Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə42/208
tarix30.12.2023
ölçüsü3,57 Mb.
#166309
1   ...   38   39   40   41   42   43   44   45   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son

-lıq, -lik; -luq, -lük
şəkilçisi: 
alçaqlıq, aydınlıq, ayıqlıq, ay-
lıq, bükiçilik, coğanlıq, çoraqlıq, dilkücilik, dirlik, ərkəklik, 
əsənlik, əyülik, gecəlik, gögçəklik, güllük, iplik, issilik, kölgəlik, 
qaqmaqlıq, qamışlıq, qaranuluq, qonaqlıq, qovanlıq, qozlıq, 
muştuluq, narlıq, oqlıq, oyanıqlıq, samanlıq, sarımsaqlıq, səbr-
lülük, səbrlülüq, şəfəqətlülik, tağlıq, taşlıq, tatlulıq, tərslik, ton-
luq, tuzluq, ululıq, varlıq, yağmurluq, yaraşıqlıq, yariliq, yaşıllıq, 
yeklik, yıllıq, yoğunluq, yüklülük 
və s. 
Nümunələrdən göründüyü kimi, bu sözlərin bir qismi yer 
anlayışı bildirən isimlərdir, digərləri isə mücərrəd anlayışları ifa-
də edir. Burada da arxaik səciyyəli sözlər vardır ki, onlar sırasın-
da 
alçaqlıq, gecəlik, qovanlıq,
yüklülük, dirlik, çoraqlıq,
əyülik
xüsusilə diqqətçəkicidir. 
Alçaqlıq
sözü farsca 
forutəni
(sadəlik, 
təvazökarlıq) lekseminin qarşılığı kimi verilmişdir. Məlum oldu-
ğu kimi, 
alçaq
sözü tarixən dilimizdə 
sadə, təvazökar
anlamında 
1
Hinduşah Naxçıvani. Əs-Sihah əl-əcəmiyyə. Elmi-tənqidi mətnin tərtibçi-
ləri: Cəmilə Sadıqova və Teyyubə Əsgərova. Bakı, Şərq-Qərb, 1993. 


99 
işlənmişdir. 
Gecəlik
sözü isə lüğətdə gecə qalmaq yeri anlamını 
daşıyır. Maraqlıdır ki, XVI əsr Azərbaycan tərcümə əsəri “Kəva-
milüt-təbir”də isə 
gecəlik
sözü gecə paltarı anlamında işlənmiş-
dir. Fikrimizcə, istər Hinduşah Naxçıvaninin, istərsə də “Kəva-
milüt-təbir”in mütərcimi Xızır Bəvazicinin işlətdiyi 
gecəlik
lek-
semini hər iki qələm sahibinin söz yaradıcılığı sahəsindəki sə-
mərəli yaradıcılığının məhsulu kimi dəyərləndirmək olar. Yuxa-
rıda qeyd olunan 
qovanlıq
isə 
bal arısı pətəyi 
mənasını daşıyır. 
Yüklülük
sözünə gəldikdə isə, H.Naxçıvani onu 
hamiləlik
məna-
sında işlətmişdir. Lüğətdə 
yüklü
sözü də 
hamilə
anlamını daşıyır. 
Qeyd edək ki, bu söz şivələrimizdə indi də hamilə mənasında öz 
işləkliyini qoruyub saxlamışdır. Arxaik səciyyəli 
dirilik
isə 
var-
lıq
anlamındadır. Bu söz XX əsrin əvvəllərində ədəbi dilimizdə 
dirilik
şəklində işlənmişdir. 
Yuxarıda qeyd olunan sözlərdən 
əyülik
leksemi 
yaxşılıq
an-
lamındadır. Lüğətdə 
əyü
sözü də yaxşı mənasında işlənmişdir. 
Məlum olduğu kimi, 
əyü
sözü müasir türk dilində 
iyi
şəklində iş-
lənir. 
Çoraqlıq
sözü də arxaik səciyyəli leksik vahiddir. 
Çoraq
– 
şor deməkdir, 
çoraqlıq
isə şoran yer anlamında işlənmişdir. Lü-
ğətdə yer almış 
yılancı
sözü isə 
ilantutan
mənasındadır. 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə