Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə43/208
tarix30.12.2023
ölçüsü3,57 Mb.
#166309
1   ...   39   40   41   42   43   44   45   46   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son

-lu, -lü
şəkilçisi: 
adlu, ağrulu, altunlu, andlu, arzulu, bəzək-
lü, borclu, çıqıllu, dəmirlü, dərtlü, dövlətlü, əqllü, əsllü, gizlü, 
hörmətlü, xəşmlü, köylü, qayğulu, quyruqlu, qüssəlü, sulu, taşlu, 
tükülu, udlu, uslu, üzlü, yadaqlu, yaşlu, yüklü 
və s. Bu sözlərdən 
adlu, yadaqlu
və 
tükülü
farsca 
namzəd
(
adaxlı
) sözünün qarşılığı 
kimi verilmişdir. Qeyd edək ki, lüğətin Bakı nəşrində əsas götü-
rülmüş Sankt-Peterburq nüsxəsində 
namzəd
lekseminin qarşılığı 
tükülü,
Bratislava nüsxəsində isə 
yadaqlu, adlu
şəklindədir
1
. Bu 
sözlərdən 
adlu,
müəyyən mənada farsca 
namzəd
sözünün hərfi 
tərcüməsidir, 
yadaqlu
müasir ədəbi dilimizdə 
adaxlı
şəklində iş-
lənir. 
Tükülü
isə 
arxaik
səciyyəli türkmənşəli sözdür. 
Ağıllı
mə-
1
Hinduşah Naxçıvani. Əs-Sihah əl-əcəmiyyə. Elmi-tənqidi mətnin tərtibçi-
ləri: Cəmilə Sadıqova və Teyyubə Əsgərova. Bakı, Şərq-Qərb, 1993. 


100 
nasını daşıyan 
uslu
(
ağıllı
) sözü də müasir Azərbaycan ədəbi dili 
üçün arxaik səciyyə daşıyır. Maraqlıdır ki, H.Naxçıvani lüğətdə 
əqllü
sözünü farsca 
xirədmənd
sözünün, 
uslu
sözünü isə 
fərre-
mənd
və 
huşmənd
sözlərinin qarşılığı kimi işlətmişdir. Farsmən-
şəli yuxarıdakı sözlərin hər üçü 
ağıllı,
bilikli
deməkdir ki, onlar-
dan 
fərremənd
fars dili üçün arxaik səciyyə daşıyır. 
Yuxarıdakı sözlərdən 
udlu
xüsusilə diqqətçəkicidir: lüğətdə 
bu söz 
abırlı, həyalı
anlamında işlənmişdir. H.Naxçıvani lüğətdə 
ud
sözünü də farsca 
şərm
(
abır, həya
) sözünün qarşılığı kimi iş-
lətmişdir. Lüğətdəki 
köylü
isə müasir ədəbi dilimizdə 
kəndli
şək-
lində işlənir. Türkiyə türkcəsində isə bu söz olduğu kimi qoru-
nub saxlanılmışdır. Lüğətdəki 
çıqıllı
və 
taşlu
sözləri isə 
çınqıllı
və 
daşlı
sözlərinin əski fonetik variantlarıdır. 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə