Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə41/208
tarix30.12.2023
ölçüsü3,57 Mb.
#166309
1   ...   37   38   39   40   41   42   43   44   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son

-çı, -çi
şəkilçisi: 
aşcı, aynacı, başmaqcı, bıçaqcı, boyacı, 
cövşənci, çölməkçi, dəgirmənci, dəmürci, dəvəçi, düdükci, ədikci, 
əkinci, falcı, gəmici, görkci, gözci, gürəşci, hünərci, xəbərci, ig-
nəci, işci, qapucı, qulluqcı, quyumcı, miyanəci, oyuncı, ötəci, 
parscı, pinəci, toğancı, topcı, yağcı, yaycı, yılancı, yolcı, zindan-
cı 
və s. Əsasən, peşə, sənət bildirən bu sözlərdən 
ədikçi,
toğancı, 
quyumcı
və 
cövşənci
müasir Azərbaycan ədəbi dili üçün arxaik 
səciyyə daşıyır, digərləri isə kiçik fonetik dəyişikliklə çağdaş di-
limizdə də işlənir. 
Ədikçi
sözü əski türk mətnlərində geniş yayıl-
mış 
ədik/ədük
(çəkmə) ismindən düzəlmişdir. Qeyd edək ki, 
ədikci
sözü kitabda ərəb əlifbası ilə səhv yazılmışdır: ikinci hərf 
1
Məzmuna görə 
yerə
olmalıdır. 


98 
(dal) 
vav
kimi getmişdir.
1
Lüğətdə 
ədik
(çəkmə) sözü də işlən-
mişdir. 
Toğancı
– şahin ovlayan, 
quyumcı
– zərgər, 
cövşənci
isə 
zirehli deməkdir. Yuxarıdakı sözlər sırasında 
yaycı
da arxaik sə-
ciyyə daşıyır. Bu söz lüğətdə fars mənşəli 
kəmangər
lekseminin 
qarşılığı olaraq işlənmişdir, qədim silah növü olan 
yay
hazırla-
yan usta anlamındadır. 
Xəbərci 
sözünə gəldikdə isə, o, burada 
peyğəmbər
mənasında işlənmişdir. Qeyd edək ki, 
peyğəmbər
fars mənşəli sözdür – 
xəbəraparan
deməkdir. 
Xəbərci
sözü də 
məhz bu anlamda işlənmişdir. H.Naxçıvani lüğətdə eyni mənada 
elçi
sözünü də işlətmişdir. Yuxarıdakı sözlərdən 
aşcı
müasir 
ədəbi dilimizdəki 
aşpaz
mənasında işlənmişdir. 
Gürəşci
isə 
gü-
ləşci
sözünün əski formasıdır. 
Lüğətdə yer almış 
-çı (-çi)
şəkilçili sözlərdən biri isə feildən 
düzəlmişdir. Bu, 
dilənci 
sözüdür. Maraqlıdır ki, müasir ədəbi di-
limizdə də 
-cı, -çi, -çu, -çü
şəkilçisi yalnız isimlərə qoşulur və 
dilənçi
sözü bu baxımdan istisnadır. 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə