Firuz Mustafa
154
əlində kifayət qədər dəlil-sübut yox idi.
Onu k
əndə gətirən hissin kökündə, heç şübhəsiz ki, şəhər-
d
ə başına gələn mübhəm hadisələrlə birbaşa əlaqə vardı. Yox,
buzlaq s
əltənətindən gələn qız, onu qətiyyən bu yerlərə israrla
d
əvət etməmişdi. Amma Cavad Əmirxanlının daxilindən gələn
bir hiss az qala güclü bir
əl kimi onun yaxasından yapışıb şə-
h
ərdəki rahat ev-eşiyindən cıxararaq bu miskin kəndə gətirib
çıxarmışdı.
Ar
tıq kənd adamlarının bir çoxu Cavad Əmirxanlını öz
doğmaları kimi qəbul etməyə başlamışdılar. Sən demə, bu uca-
boy, qara
şın, çalsaç, uzun qolları az qala sallanıb dizinə düşən
adam, xasiyy
ətindəki bir çox cəhətləri, xüsusən, sadəliyi ilə on-
la
rın digər vəzifəli, oxumuş, adlı-sanlı həmyerlilərindən xeyli
f
ərqlənirmiş. Onun kefi açılanda uşaq kimi ürəkdən gülürdü və
bu zaman iri-qonur gözl
əri qıyılaraq sanki sifətində əriyib itir-
di. Ca
vad Əmirxanlının arabir hirslənməyi də olurdu. Qəzəbli
anla
rında onun enli alnındakı damarlar ilan kimi qıvrılıb qıpqır-
mızı olurdu; bu zaman onun kimisə ucadan söydüyünü eşitmək
d
ə mümkün idi. Kənd əhli adətən, Cavad Əmirxanlının işbil-
m
əz, yarıtmaz vəzifə adamlarını söydüyünün də fərqinə varır-
dılar.
K
əndə gələndən sonra “gecə qonağı”ndan bir səs-səmir
çıxmamışdı. Əslində heç kəs onu bura dəvət etməmişdi də. O
“qona
ğı” burada gözləyən bir kimsə də yox idi. Sadəcə olaraq,
indi özlüyünd
ə “Bəyaz” deyə çağırdığı qız, Cavad Əmirlinin
şəhərdəki mənzilində qəfil zühur edərək onun tarixi ata-baba
yurduna ya
xın bir yerdən, “Buzlaq” kimi tanınan mağaradan
g
əldiyini demişdi və onu da bildirmişdi ki, həmin mağaranın içi
əbədi buzlaqlarla örtülüdür. Doğma kəndlərinin yaxınlığındakı
ma
ğarada buzlağın olması Cavad Əmirxanlıya uşaqlıqdan mə-
lum idi. Amma bu buzlaqda adamla
rın yaşaması... Yox, o, kən-
din az qala qula
ğının dibində, mağaradakı buzlaqda hansısa
“qar adam”ın, daha doğrusu “qar qız”ın, yaşaması barədə indi-
y
əcən kimdənsə bir kəlmə belə eşitməmişdi. Ümumiyyətlə, bu
dunyada mövcud olan buzlaqla
rın hansındasa belə varlıqların
Seçilmiş əsərləri, I CİLD
155
ya
şaması barədə mühakimə yürütməyin özü belə, yəqin ki, bü-
tün ciddi auditoriyalarda gülü
şə səbəb ola bilərdi. Bu cür söh-
b
ətlərə nəinki təcrübəli, hər şeyə şübhə ilə yanaşan elm adam-
la
rı, hətta adi, bisavad kənd adamları belə ağız büzərdilər. Və
el
ə bu səbəbdən də Cavad Əmirxanlı “qar qız” söhbətini heç
yerd
ə açıb-ağartmırdı. Ona nə düşmüşdü ki, sinninin bu çağın-
da adamla
rı öz üstünə güldürsün? Bəlkə onun gördükləri ilğım
ki
mi bir şey idi?..
Amma o, az qala h
ər gün Bəyazla daxili mühakimədə idi.
B
əyaz onu buzlaq aləminə çağırırdı. Qızın özü görünmürdü,
amma ça
ğırışı sanki onun qulağında əks-səda verirdi: “Cavad
b
əy, haradasan?..” Elə bu səbəbdən də Cavad Əmirxanlı Buzla-
ğa yaxın bir ərazidə, meşə yaxınlığındakı vadidə, kiçik-xudma-
ni bir ev tikm
ək qərarına gəlmişdi.
O, az qala h
ər gün kənd icra hakimiyyətinə və bələdiyyə
idar
əsinə israrla baş çəkməkdə, yorulmadan ayaq döyməkdə
idi. Onu h
ər gün eyni cavabla qarşılayırdılar: “Bu, bizim səla-
hiyy
ətimizdən kənar olan bir məsələdir”.
Onu bu yerl
ərə çəkib gətirən hansısa bir qüvvə vardı və bu
qüvv
ə onu rahat buraxmır, zirvələrə sarı dartırdı; o zirvələrin
birinin
ətəyində yaşı bilinməyən “Buzlaq” vardı. Amma deyə-
s
ən, adamların çoxu onu burada, doğulduğu ata yurdunda nəin-
ki ba
şa düşmür, ümumiyyətlə, heç başa düşmək belə istəmirdi-
l
ər.
Bir d
əfə uzaq qohumu Əfrayil Cavad Əmirxanlıya baş
ç
əkməyə gəlmişdi. Bu, boy-buxunlu, sarışın, qırmızıyanaq, gur
s
əsli, yanlarını basa-basa yeriyən, dilli-dilavər, hazırcavab,
uzun ill
ər rabitə sistemində çalışmış, rayon mərkəzində yamış,
son ill
ər doğma kəndə qayıdıb özü demış, burada “kül tökmüş”
bir adam
dı. Əfrayıl aradabir fikrini əsaslandırmaq üçün uzun-
uza
dı şeirlər deyir, hikmətli məsəllər çəkirdi.
Onlar bir xeyli ordan-burdan söhb
ət acıb danışdılar. Aş-
karca görünürdü ki, qohumu onun bu yerl
ərdə məskunlaşmaq
ist
əməsinin əsl səbəbi ilə maraqlanır.
- Cavad mü
əllim, əziz qardaş, yəqin təqaüdə çıxıbsan, ta
Firuz Mustafa
156
inn
ən sonra doğma kənddə yaşamaq, buz bulaqların başında,
ya
şıl meşələrin qoynunda, çəmənliklərin ətəyində dincəlmək
ist
əyirsən hə...
- Yox... N
ə təqaüd, canım? Mənim işim-gücüm var. Sadə-
c
ə olaraq, mən burada yaradıcılıqla məşğul olmaq istəyirəm.
- Sa
ğolmuş, camaat elmlə məşğul olmaq üçün şəhərə ge-
dir, orada qa
nad açıb pərvaz edir, sən isə...
- M
əni daxili bir istək gətirib bu yerlərə, qohum...
Yax
şı ki, qohumu onu bura dartıb gətirən o “daxili istəyin”
haradan yaran
dığını, nə ilə bağlı olduğunu soruşmadı.
Əfrayıl altdan-altdan onu süzüb, sanki sözgəlişi dedi:
-
Əziz qardaş, eşitdiyimə görə, özünə meşə ətəyində yer
alıb, mülk tikmək, yurd-yuva salmaq istəyirsən.
Ca
vad Əmirxanlı bir qədər duruxub dilləndi:
- Mülk dey
əndə ki... Hə, qohum, orada balaca bir daxma
düz
ətmək istəyirəm özümə.
-
İndi hər yer satılıb, hər yer alınıb, Cvad müəllim. Çətin
ki, buralarda bir qa
rış boş yer tapa biləsən.
- M
ənə “buralar” lazım deyil... Orada mənim özümün seç-
diyim yer var.
- Onda rayon r
əhbərliyinə müraciət elə... Bəlkə ad-sanına,
şan-şöhrətinə, kitab-dəftərinə baxıb nəsə bir əncam çəkdilər.
Amma, düzü, me
şə ətəyindən sənə kiminsə yer verəcəyinə mən
inan
mıram.
- Niy
ə ki?
-
Eşitdiyimə görə, oranın öz yiyəsi, öz sahibi var.
- Kimdir ora
nın sahibi, Əfrayıl?
-
Adını dəqiq deyə bilmirəm. Amma orasını bilirəm ki,
ora
nın sahibi var. Ta sənə özgə nə deyim, nə danışım, əziz qar-
da
ş?
-Bu
ra bax, oxu atıb yayı gizlətmə, Əfrayıl. Deyəsən ad
ç
əkməyə qorxursan?
-B
əli, qorxuram. Niyə də qorxmayım ki? İndi düz söz de-
y
ənin ağzına noğul yox, güllə atırlar. Ona görə ağzımı açmağa,
bir k
əlmə doğru söz deməyə qorxuram. Əvvəllərsə qorxmur-
Dostları ilə paylaş: |