Seçilmiş əsərləri, I cild 1



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə74/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   70   71   72   73   74   75   76   77   ...   98

Firuz Mustafa 
228 
Bel
ələrinə nə deyəsən? Mən həmişə deyirəm ki, sən pulun qulu 
olsan, pul s
ənə  ağa  olacaq. Sən pulun  ağası  olsan, pul sənin 
q
əsdinə duracaq, necə ki, hər bir nökər öz ağasının qəsdinə dur-
ma
ğa  hazır  olur;  sən pulun nə  dostu ol, nə  də  düşməni, sən 
onun ta
nışı ol; onsuz da indi biz tanışlarımızın çoxuna dost de-
yirik... Cavad, insan öz haq
qını sonacan tələb etməlidir.  
 Ca
vad Əmirxanlı bu dəfə həm də öz zənnində yanılmadı-
ğını  sübut etmək üçün gedirdi Həmzə  Çaparlının  bərbəzəkli 
“q
əbul evinə”. 
 Onu yen
ə  həmin xanım  qarşıladı;  o,  Cavad  Əmirxanlını 
gözal
tı süzüb, heç bir şey soruşmadan sakitcə Həmzə Çaparlı-
nın  əyləşdiyi otağa  keçdi.  Qızın  geri dönməyi xeyli çəkdi; o, 
handan-hana öz yerin
ə qayıdıb, stulda əyləşəndən sonra dilucu: 
 -Buyurun, keçin-dey
ə, astadan dilləndi. 
 H
əmzə Çaparlı bu dəfə onu çox soyuq qarşıladı. Əli ilə əy-
l
əşməyə  yer göstərəndən sonra, qarşısındakı kağızları üst-üstə 
yığı-yığa birbaşa mətləbə keçdi: 
 -
Eşidirəm. 
 -M
ən yenə o məsələ üçün gəlmişəm. 
 -Han
sı məsələ üçün? 
 -Torpaq m
əsələsi üçün. 
 -Hmmm... S
ən haradan torpaq istəyirsən, Cavad? 
 -H
əmzə, sən özün yaxşı bilirsən mən haradan torpaq istə-
yir
əm. 
 -S
ənin nəyinə  lazımdır  torpaq? Bir də  ki, indi yaşadığın 
evin qaba
ğında torpaq sahəsi var axı... 
 -M
ən Mağara tərəfdən, Buzlağa yaxın yerdən istəyirəm. 
 -Oralar dövl
ətin sərəncamındadır. Kiminsə o yerlərdən bir 
qa
rış satmağa icazəsi yoxdur. 
 -M
ənim bildiyimə görə, oranın icazəsini oğlunla sən verir-
s
ən. 
 Ca
vad  Əmirxanlının  dediyi son cümlə, deyəsən, Həmzə 
Çapar
lının lap ürəyindən oldu, ayağa durub kabinet boyu obaş-
buba
şa gəzinməyə başladı. “Oranın icazəsini oğlunla sən verir-
s
ən...” Handan-hana ayaq saxlayıb diqqətlə Cavad Əmirxanlı-


Seçilmiş əsərləri, I CİLD 
229 
nın üzünə baxdı. 
 -Kim deyir bunu?  
 -Ha
mı deyır. 
 -“Ha
mı”? O “hamı” kimdir məsələn? 
 Ota
ğa sükut çökdü. 
 H
əmzə Çaparlı gülümsədi, onun sallaq dodaqları səyridi. 
 -
Bu, Əfrayılın fantaziyasıdır. Düz deyirəm? 
  
Bu 
əsnada Əfrayıl içəri girdi, salam-kalamsız irəli yeryib 
H
əmzə Çaparlının qənşərində dayandı. 
 
H
əmzə Çaparlı. Sənə kim icazə verdi ki, özünü icazəsiz-fi-
lan
sız içəri təpirsən? 
Əfrayıl. Mənə nə icazə?  
 
İcazəyə bax. 
 Yoxsa icaz
əylə açılır səhər, 
 Yoxsa icaz
əylə oyanır torpaq? 
 M
ənə nə icazə?  
 
İcazəliyəm. 
H
əmzə Çaparlı. Sənə nə lazımdır?  
Əfrayıl. Yaşamaq lazımdır bilmək istəsən. 
H
əmzə  Çaparlı.  Yaşa  də. Kimdir sənə  mane olan, kimdir 
s
ənin əl-qolunu bağlayan? 
Əfrayıl. Sənsən mane olan, bir də ki, oğlun. 
 H
ər yer özəlləşib ata malı tək. 
 Ha
nı əkin yeri, otarğa yeri? 
 Ha
nı biçənəklər, örüşlər hanı? 
 
Əl-qol aça bilmir camaat artıq, 
 xirtd
əyə yığılıb xalq əlinizdən. 
 Bir qa
rış torpağa möhtac qalmışıq, 
 daha bizim deyil bulaqlar, çaylar. 
 Kimdir mane olan biz
ə? Sizsiniz. 
 
Əlinizdən kəndir çeynəyirik biz. 
 
 H
əmzə Çaparlı əsəbi şəkildə keçib stolun arxasında əyləş-


Firuz Mustafa 
230 
di. 
Əlinin altındakı düyməni basdı. Qız qapıda göründü. 
  
 H
əmzə Çaparlı. Ağca, niyə bu adamı icazəsiz içəri burax-
mısan? 
  
 
Qız  dillənmədi, başını  günahkarcasına  aşağı  dikdi.  İndi 
H
əmzə Çaparlı ilə Cavad Əmirxanlı üzbəüz əyləşmişdilər, Əf-
ra
yılla Ağca ayaq üstə idi. Cavad Əmirxanlının gözü Ağcanın 
üzünd
ə idi.  
 
 Ca
vad Əmirxanlı (öz-özünə) “Bu ki, Bəyazdır. Özüdür ki, 
var. Yox, z
ənnim məni aldada bilməz”.  
 
 Bird
ən onların  (Cavad  Əmirxanlı  ilə  Ağcanın)  baxışları 
toq
quşdu.  Ağca nəzərlərini ondan yayındırmaq istədi, amma 
bacarma
dı, başına atdığı qara şalın uzun ətəyini ilik kimi dü-
mağ barmaqları ilə didişdirməyə başladı.  
  
 H
əmzə Çaparlı. Yaxşı, gedə bilərsən.  
  
H
əmzə Çaparlı bu sözləri, heç şübhəsiz ki, Ağcaya deyirdi. 
Am
ma qız hələ susmaqda idi.  
 
 
Əfrayıl. O qızın zərrəcə günahı yoxdur, 
 M
ən özüm iznsiz girmişəm bura.  
  
 Son
ra Əfrayıl üzünü Ağcaya sarı tutdu. 
  
 
Əfrayıl. Sən get, bala, burada sənlik bir iş yoxdur. 
 
 
Qız sakitcə otağı tərk etdi. 
 
Ca
vad Əmirxanlı. Guya kiminsə icazəsiz girməsi nəsə bir 
faci
ə-zad törədib. Bu, nə səviyyəsiz söhbətdir belə? 
 H
əmzə Çaparlı. Səviyyəsiz sən özünsən. Bildin? Deyəsən 


Seçilmiş əsərləri, I CİLD 
231 
harada, kimin ya
nında olduğunu unutmusan. Hər ikiniz gedə 
bil
ərsiniz. Bir də mənim yanıma bu cür xahiş üçün gəlməyin. 
Əfrayıl. Xahişə, minnətə gəlməmişəm mən. 
 T
ələblə gəlmişəm sənin yanına. 
 H
əmzə Çaparlı. Mən sizə sözümü dedim. Bu ərazidə sizə 
veril
əsi torpaq yoxdur. Ümumiyyətlə, bizdə  boş,  sahibsiz bir 
qa
rış da yer yoxdur. Sahibsiz torpaq sahəsi yoxdur bizdə.Vəs-
salam. 
Əfrayıl. Cavad Əmirxanlı, gəl gedək burdan, 
 Kamala çatma
yıb hələ bu insan. 
 Heç insan dem
əyə dilim gəlməyir, 
 
Bu, xalq düşmənidir, bu, qaniçəndir. 
 
Alınıb-satılıb burada hər şey, 
 Namus-ar sa
tılıb, vicdan satılıb.  
 
Şəhərlər satılıb, kəndlər satılıb, 
 Gör
əsən burada bizə nə qalıb? 
 
H
əmzə Çaparlı. Alçaq adam, kəs səsini. İnan ki, sənin kö-
künü k
əsərəm, nəslinin axırına çıxaram. 
Əfrayıl. İnanıram, bəli, elə bununçün 
 “Qaniç
ən” deyirəm mən sənə, Həmzə.  
 H
ər cür pislik etmək gələr əlindən, 
 Bunu yax
şı bilir, anlayıram mən. 
H
əmzə  Çaparlı.  Madam ki, bunları  bilirsən, onda susma-
ğın, dilini qatlayıb qarnına qoymağın məsləhətdir. 
 
 H
əmzə Çaparlı fit çala-çala otaqda o baş-bu başa var-gəl 
etm
əyə  başladı;  o,  sanki bu dəqiqələrdə  yanındakı  adamları 
görmürdü.  
 Ca
vad Əmirxanlı ilə Əfrayıl onu tərs-tərs süzüb, otağı tərk 
etdil
ər. Onlar çayın sahilinə endilər. 
 
Ca
vad Əmirxanlı. Mən bu məsələni belə qoymayacağam. 
Əfrayıi. Hansı məsələni? 
Ca
vad  Əmirxanlı.Torpaq məsələsini, yer məsələsini. Mən 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə