Seçilmiş əsərləri, I cild 1



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə75/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   71   72   73   74   75   76   77   78   ...   98

Firuz Mustafa 
232 
bu s
əhər Buzlağa baş çəkmək istədim, oradakı silahlı adamlar 
m
əni heç yaxına qoymadılar. Dedilər  ki, artıq  buralar qoruq-
muzey kimi n
əzarətdədir. 
Əfrayıi. Bir şey eşitmişəm mən bu günlərdə, 
 S
ənə də söyləyim, agah olasan. 
 Deyirl
ər ki, Həmzə o mağarada 
 X
əzinə axtarır, dəfinə gəzir.  
 Ca
vad Əmirxanlı. Yaxşı, səndən bir şey soruşum; bilmir-
s
ən ki, Həmzənin yanındakı o qara örpəkli qız kimdir?  
Əfrayıi. Niyə bilmirəm ki? Bilirəm, bəli, 
 
Ağcadır o gözəl hurinin adı. 
 Özü d
ə Mövludun gəlinidir o, 
 Am
ma başqasına yetişir dadı. 
 Ca
vad Əmirxanlı. Heç nə anlamadım, bir az aydın danış.  
Əfrayıi. Mövludun oğlunun arvadıdır o, 
 Amma deyirl
ər ki, Həmzə saxlayır. 
Ca
vad Əmirxanlı. Necə yəni “Həmzə saxlayır”? 
Əfrayıi. Ta bunun necəsi-filanı yox ki, 
 H
əmzə məşuqə tək saxlayır onu. 
 Bu mahalda ha
mı danışır bunu. 
 Çapar
lı əxlaqsız, pozğun bir adam
 Bi
şərəf, bihəya, arsız, riyakar, 
 Ondan h
ər nə desən gözləmək olar.  
 
Hava ya
vaş-yavaş qaralırdı. Deyəsən, Əfrayıl harasa tələ-
sir
dı. 
 
Ca
vad Əmirxanlı. Əfrayıl, getmək istəyirsən? 
Əfrayıi. Daha axşam düşür, gedək deyirəm, 
 Gör
ək başaımıza nə gəlir bizim.  
Ca
vad  Əmirxanlı.  Yaxşı,  onda sən get, mən hələ  burada-
yam, bir az g
əzişəcəyəm. 
 
 
Əfrayıl ayaqlarını sürüyə-sürüyə getdi.  
 Bir azdan qaran
lıq düşdü.  


Seçilmiş əsərləri, I CİLD 
233 
 Ca
vad Əmirxanlı çayın sahili ilə uzüyuxarı getməyə başla-
dı. Bu çay öz mənbəyini mağara tərəfdən götürürdü.  
 “Amma indi oraya getm
ək mümkün deyil, o tərəflər silahlı 
adamla
rın nəzarətinə verilib”. 
 Ca
vad  Əmirxanlınının  içini bayaqdan bəri bir sual did-
m
əkdə idi: “O qız buraya necə gəlib çıxıb?.. Həmzənin qəbul 
ota
ğındakı qız. Bu, odur, Bəyazdır, buna heç bir şübhə ola bil-
m
əz. Düzdür, sifətini tam görə bilmədim, üzünü nədənsə yay-
lıqla bərk-bərk örtmüşdü, amma gözlərindən tanıdım onu. Doğ-
rudan
mı  yaddaşım  məni aldadır? Yox, ola bilməz. Bu, odur, 
odur. B
əyazdır”.  
 “Q
əbul otğının”  bir küncünə  qoyulmuş  stolun atxasında 
əyləşərək Həmzə Çaparlının yanına gəlib-gedənləri qarşılayıb-
yola sa
lan qız eyzən o idi, Bəyaz idi. Buna şəkk-şübhə ola bil-
m
əzdi. Cavad  Əmirxanlı  mat-məəttəl qalmışdı.  Axı  bu,  necə 
ola bil
ərdi? Bəlkə onlar, Ağca ilə Bəyaz, əkiz baçi idilər? Yox, 
b
əlkə onu qarabasma izləyir? Bəlkə heç Bəyaz adlı bir bəni-in-
san yoxdur bu dünyada? B
əlkə...” 
 
Ayaq s
əsi eşidildi. 
 
Ca
vad Əmirxanlı. Aliyə, bu, sənsən. Nə gəzirsən bu qaran-
lıqda? 
Aliy
ə. Darıxdım. Səni görməyə gəldim, Cavad. 
Ca
vad Əmirxanlı. Qəribə adamsan, vallah. 
Aliy
ə. Niyə ki? Cavad, mən yaxşı bilirəm sən niyə gəlmi-
s
ən bura. 
 
“Dey
əsən bu, doğrudan da havalıdır.Gecənin bu vədəsi nə 
g
əzir burada? Bəs mən? Bəs mən özüm nə  axtarıram? Bəlkə 
m
ən də havalanmışam?” 
 
Aliy
ə. Cavad, siz tərəflərdə Həmzə Çaparlı adlı birisi var, 
y
əqin ki, adını eşitmisən onun. Bəlkə elə özünü də tanıyırsan.... 
Ca
vad Əmirxanlı. Hə... Nə olub ki? 


Firuz Mustafa 
234 
Aliy
ə. Sən Buzlaqdan torpaq almağa gəlmisən bura. O, sə-
n
ə torpaq verməyəcək, Cavad. Onun qapısına getməyə dəyməz
Cavad. O, ha
mının, sənin də, mənim də, elə bütün bu rayonun 
ba
şına oyun açır. Heç bilirsən nə hoqqalardan çıxır Həmzə Ça-
par
lı?.. 
 
Araya sükut çökdü. Olsun ki, Ca
vad Əmirxanlı ya həmyer-
lisi H
əmzə  Çaparlının  nə  hoqqalardan  çıxdığını  bildiyi üçün, 
ya bilm
ək istəmədiyi, ya da bilmək istədiyi üçün susub süaledici 
n
əzərlərlə qadının üzünə baxdı. 
 
Aliy
ə. O, ən ağlagəlməz işlərdən çıxır. Mən yaxşı bilirəm, 
iki böyük hovuzu var onun. Birind
ə  delfin, digərində  timsah 
saxla
yır.  
 
Ca
vad Əmirxanlı yenə susdu. 
 
Aliy
ə.Timsaha adam əti yedizdirir. Onun timsahı başqa ət 
yemir. 
 
Ca
vad Əmirxanlı təəccüblə qadının üzünə baxdı. Aliyə san-
ki bu anlarda iç
ərisində timsah gərdiş edən hovuzun kənarında 
dayan
mışdı: onun üz-gözündən kədər və iztirab tökülürdü. 
 
Aliy
ə. İnanmırsan? Həmzə Çaparlının xəstəxana və morqla 
müqavil
əsi var; sahibsiz ölüləri ona təhvil verirlər. Onun yaxın 
ada
mı var kənddə, adı Mövluddur, meyitləri o atır timsaha.  
 
Ca
vad Əmirxanlı hələ də susmağında, Aliyə isə  danışma-
ğında idi. 
 
Aliy
ə.  İnanmırsan, Cavad?  Əvvəllər mən də  inanmırdım. 
Amma öt
ən il bir qonşumuzun başına gələn  işdən sonra mən 
inan
dım ki, eşitdiklərim həqiqətdir. Qonşumun qonağı gəlmişdi 
başqa rayondan. Deyəsən, əsgərlikdə bir yerdə xidmət ediblər-


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə