Seçilmiş əsərləri, I cild 1


Seçilmiş əsərləri, I CİLD



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə78/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   74   75   76   77   78   79   80   81   ...   98

Seçilmiş əsərləri, I CİLD 
241 
ğara tərəfdən üzü bəri axışıb gəlir. 
Əfrayıl. Doğrudan, o nədir elə? Elə bil sel gəlir. 
Mövlud. N
ə sel? Axı yağış yoxdur. Heç göy üzündə bulud 
da görünmür. 
 
Ma
şın səsi eşidildi. 
 
R
əhman. Kimsə gələn var. 
Mövlud. O, “kims
ə” deyil, Həmzə Çaparlıdır. 
Əfrayıl. Onun özü ilandan betərdir. 
  
 Ma
şın səsi uzaqlaşdı. Həmzə Çaparlı gəldi.  
 
H
əmzə Çaparlı. İlan sürüsü kəndə hücum edib. 
Əfrayıl. Bunun günahı sizdədir. 
H
əmzə Çaparlı. Bizdə? 
Əfrayıl. Bəli, sizdə. Gedib ilanların yuvasına çöp uzatdınız. 
Onlar da hücum etdi... 
H
əmzə Çaparlı. İlanlara çöp uzadan sənin qohumun Cavad 
Əmirxanlı oldu. İlanları qəzəbləndirən odur. 
Əfrayıl. Bəs kim idi Mağaranın ağzını betonlayan: sən ya 
Cavad 
Əmirxanlı?  
H
əmzə Çaparlı. Boş-boş çərənləmə. 
Mövlud.  Ç
ərənləmə  boş-boş.  Bizim aramızda ilanlarla 
dostlu
ğu, ya düşmənçiliyi olan bir kimsə yoxdur. 
R
əhman. Elədir.  
H
əmzə  Çaparlı.  Deyəsən, ilan sürüsü istiqaməti dəyişdi. 
Odur, bir ba
xın. 
Mövlud. H
ə, elədir. Görünür, mağaranın ağzının betolandı-
ğını görüb yolu dəyişdilər. Mənim tüfəngim maşındadır, əgər o 
sürü k
əndə yaxınlaşsa mən onları gülləboran edəcəyəm. Bilir-
siz d
ə, ilan gülləyə-qırmaya doğru atılır həmişə. Yeganə hey-
van
dır ki, özü öz əcəlini könüllü seçir.  
Əfrayıl.  Amma onu da unutmayın  ki,  ilanların  qisası  çox 
aman
sız olur. Bəzən bala ilan gəlib öz anasının qisasını alır. 


Firuz Mustafa 
242 
 H
əmzə Çaparlı. Bu adam həmişə bəd şeylərdən danışır. 
Mövlud . Onun xisl
əti belədir.  
Əfrayıl. İlan sizin yanınızda toya gedəsidir.  
Mövlud. Bura bax,  ax
maq  şeylər danışırsan  ha,  Əfrayıl. 
İlan üçün saxladğım saçmaları dolruraram qarnına. Bildin? 
R
əhman. İlan sürüsü geri qayıdır... 
Əfrayıl (mənalı tərzdə). İlanın ağına da lənət, qarasına da... 
 
Əfrayıl qəzəblə yerə tüpürüb onlardan aralandı. 
Bir azdan H
əmzə Çaparlı, Rəhman və Mövlud da çıxıb get-
dil
ər.  
  
Ma
ğaranın qarşısında onu əli silahlı adamlardan biri qarşı-
la
yıb uca səslə soruşdu: 
 -Dayan, hara gedirs
ən? 
 -Buzla
ğa-deyə, Cavad Əmirxanlı özünə də qəribə təsir ba-
ğışlayan həlim səslə, sakit, təmkinli bir tərzdə cavab verdi. 
 
Əlisilahlının  səsi sanki  dırmaşıb  dağın  lap  yuxarı  başına 
qalx
dı: 
 -
Axı sənə deyildi ki, Buzlaq indi dövlətin mühafizəsi altın-
da
dır. Sən yenə gəlmisən bura? Deyəsən əcəl hərləyir səni, qo-
ca. Ge
ri dön. Əgər geri qayıtmasan bu dəqiqə atəş açacağam. 
 Ca
vad  Əmirxanlı  ayaq saxladı.  “Bu  cür  nadan düşüncəli 
alçaqlardan n
ə desən gözləmək olar”.  
 Sonra geri dönüb asta ad
dımlarla üzüaşağı enməyə başla-
dı. Əvvəlcə heç özü də bilmirdi ki, hara gedir. Çünki kənd əks 
t
ərəfdə yerləşirdi. Amma ayaqları onu tamam ayrı səmtə çəkib 
apa
rırdı.  
 Bir xeyli gedib me
şənin  ətəyindəki vadiyə  çatdı.  Ayaq 
saxla
dı. Nədənsə bu yerlər ona tanış görsənirdi. Diqqətlə ətrafa 
boylan
dı.  Zəndi onu aldatmamışdı:  bura bir neçə  gün öncə 
onun 
qızla, Bəyazla (bəlkə də Ağca ilə) “qayıq gəzintisindən” 
sonra t
ərk etdiyi yeraltı aləmin çıxışı idi! Odur, axıb gedən o 
çay  da  ona  lap  doğma gəlirdi:  çay  öz  başlanğıcını  Buzlaqdan 
götürürdü. Ca
vad  Əmirxanlı  mağaraya onun girişindən daxil 


Seçilmiş əsərləri, I CİLD 
243 
ola bilm
əmişdi, çünki ora Həmzə Çaparlının silahlı adamlarının 
n
əzarəti altında idi, əvəzində  indi  çıxışdan içəri daxil olmaq 
imka
nı yaranmışdı. Mağaranı nəzarət altına götürənlərin ağlına 
da g
ələ bilməzdi ki, Buzlağın girişi olduğu kimi, bir çıxış hissə-
si d
ə var. “Yeraltı səltənətə hansı yolla getməyin nə fərqi var 
ki, gi
riş olsun, ya çıxış”? Cavad Əmirxanlı indi çıxışdan daxil 
olub giri
şə  doğru hərəkət edə  bilərdi. Amma qəflətən  yadına 
düşdü ki, o, həmin gün “yeraltı  dünyadan”  çıxışa  qədər olan 
m
əsafəni Bəyazın idarə etdiyi qayıqla qət etmişdi. Belə çıxırdı 
ki, indi üzüa
şağı axan çayın əks isiqamətinə hərəkət etmək la-
zım gələcəkdi.  
 O, vadini keçib çaya sa
rı endi. Gurhagur axan çayın kəna-
rındakı  təbii, yaşıl  “səki” ilə, çəmənliklə  irəliləməyə  başladı. 
Qar
şıda onu tanış “dəhliz” gözləyirdi.  
 N
əsə xışıltı, fısılti səsləri eşidilirdi. Sanki haradasa yaxın-
lıqda körük basır, körüyün küt, boğuq səsini səsucaldanla ətrafa 
ya
yırdılar. Cavad Əmirxanlı başını qaldırıb diqqətlə ətrafa göz 
g
əzdirdi. Onu dəhşət bürüdü: burada ilanlar məskunlaşmışdı. 
Ağac  girdinləri kimi yan-yana sərələnmiş  ilanlar onlara tanış 
olmayan var
lığın yaxınlaşdığını hiss edib başlarını qaldırdılar. 
Əfilərin qəzəbli gözləri Cavad  Əmirxanlının  üzünə  dikildi. 
İlanlar bir xeyli elə bu vəziyyətdə donub qaldılar. Sanki onlar 
sakitc
ə  pusquda durub kiminsə  əmrini gözləyirdilər. Tazliklə 

əmrverənin” özü göründü: Haçadil  “ağac  girdinlərinin” ara-
sından  baş  qaldırdı.  Cavad  Əmirxanlı  bir  neçə  gün öncə  ona 
“b
ələdçilik” etmiş tanış ilanın gözlərinin içinə baxdı. Deyəsən, 
Haçadil d
ə onu tanımışdı. Öz “başçılarının” hərəkətindən, daha 
doğrusu, hərəkətsizliyindən, hər  şeyi dürüst anlayan ilanların 
dik
əlmiş başları az sonra aşağı əyildi.  
 Buradan o t
ərəfə  sarı  Cavad  Əmirxanlıya yenə  Haçadil 
“b
ələdçilik” edə bilərdi. Bəs bunu “köhnə dosta” necə izah et-
m
əli, onu öz istəyindən necə hali etməli?  
 Haçadil tez-t
ələsik ilan sürüsündən ayrılıb, ona yaxınlaşdı. 
Boynunu ir
əliyə sarı uzadıb iri ağzını açdı, haça dilini havada 
oynadaraq yerind
ə qıvrıldı. Sonra oxlov kimi düzəlib çayın sa-


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə