Seçilmiş əsərləri, I cild 1


Seçilmiş əsərləri, I CİLD



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə80/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   76   77   78   79   80   81   82   83   ...   98

Seçilmiş əsərləri, I CİLD 
247 
 
Əfilər Buzlağın  həndəvərinə  çatanda maşın  uğultusu  eşi-
dildi. Sonra 
bu uğultunu qarışıq səs-küy əvəz etdi. Çox güman 
ki, ikiayaq
lılar ilan sürüsünü görüb əl-ayağa düşmüşdülər. Əs-
lind
ə  heç Haçadil özü də  indiyəcən bu qədər ilanı  bir  yerdə 
görm
əmişdi. Əzəmətli, cəsur Haçadil indi özünü hədsiz güclü 
hesab edirdi. O, sürünün önünd
ə gedirdi. 
 
İlan sürüsü adamlara sarı axışırdı. 
 Adamlar ilanla
rın  yaxınlaşdığını  görüb yaxınlıqdakı  yük 
ma
şınının kabinəsinə doluşdular. Amma maşının kiçik kabinəsi 
onla
rın  hamısını  tutmadı;  ona  görə  adamların  bir  neçəsi cəld 
h
ərəkətlə maşının kuzovuna dırmaşdı. Qızmış ilanlar düz onla-
rın üstünə gəlirdi.  
 Kuzova qalx
mış ikiayaqlılardan biri ucadan qışqırib nəsə 
de
di. İlanlarla adamlar arasındakı məsafə bir-iki ilan boyu an-
caq olar
dı.  Bu  zaman dəhşətli gurultu  eşidildi.  Qırmalar dolu 
kimi 
ətrafa səpələndi. İlanlar qırmalara sarı tullandı; sanki on-
lar t
əhlükəni elə havadaca qapıb zərərsizləşdirmək istəyirdilər.  
 Növb
əti atəş yük maşınının kabinəsindən açıldı. İlanlar ye-
n
ə  qırmalara sarı  atıldılar; bu vəziyyətdə  onlar havada süzən 
oxa b
ənzəyirdilər.  
 Get-ged
ə  sürəkli atəşlərin sayı  artmaqda  idi.  İlanlarla 
adamlar ara
sında ölüm-dirim müharibəsi gedirdi. Heç bir tərəf 
t
əslim olub geri çəkilmək niyyətində deyildi.  
 At
əş səsləri dərədə əks-səda verirdi.  
 Haçadil bir neç
ə  yerdən yaralanmışdı.  O,  sürünüb  özünü 
ma
şının  altına təpdi.  İndi ilan dəstəsi pərən-pərən olmuşdu. 
Əfilərin bir neçəsi kabinəyə və kuzova dırmaşmaqda idi. Kabi-
n
ədəki adamlar tez-tələsik şüşəni yuxarı qaldırdılar; indi onlar 
t
əhlükəsiz yerdə idilər. 
 Yük ma
şınının  üstündəki adamlar bir neçə  dəfə  ard-arda 
at
əş  açdılar. Güllələri havada udan ilanların  qəzəbli  fışıltısı 
adamla
rı vahiməyə salmışdı. İndi yerdə bir-birinə kəndir kimi 
dola
şıb-sarmaşmış yaralı-ölümcül ilanlar qıvrılıb açılırdı. 
 Bu d
əm kabinənin şüşəsi astaca endirildi. Qəzəbli ilanlar-
dan biri ox kimi hava
ya atılıb başını çölə çıxaran adamın boy-


Firuz Mustafa 
248 
nundan çal
dı. Dəhşətli qışqırıq səsi güllə kimi qayalara dəyib 
geri qa
yıtdı. 
 Tüf
ənglər təzədən şaqqıldadı. 
 Haçadil sürünüb yük ma
şınının altından çıxaraq yaxınlıq-
da
kı qayalığa üz tudu. Sağ qalan ilanlar yaralı Haçadilin arxa-
sınca qoşdular. 
 Yen
ə atəş səsləri eşidilirdi. 
 
 Q
ız dillənmədi. 
 Ca
vad Əmirxanlı yenə soruşdu: 
 -
Əsl adın nədir sənin? 
 
Qız  gülümsəyib onun üzünə  baxdı.  İndi onun gözlərinin 
d
ərinliyində sanki vulkan püskürürdü. 
 Ca
vad Əmirxanlı yenə nəsə demək istədi. Amma dili söz 
tutma
dı. Dizləri əsdi. Qız əlindəki budağı sehrli çubuq kimi ha-
vada oynat
dı. Sanki mağarada qəfildən külək baş qaldırdı, “gü-

şü ağacı”ın yarpaqları titrəməyə başladı. Qız bircə anda qey-
b
ə çəkildi, səssizliyə qovuşdu. Cavad Əmirxanlıya elə gəldi ki
qar üst
ə bir müddət qızın işıqlı haləsi qaldı, sonra o işıq da təd-
ric
ən çəkilib getdi. Haradasa nəsə  ilan kimi  fışıldadı.  Ətrafa 
qur
ğuşun kimi ağır bir zülmət çökdü.  
 Yerd
ə, daha doğrusu, qarın üstündə nəsə közərməyə başla-
dı. Cavad Əmirxanlı əyilib baxdı, bu, köz deyildi, bir qom çi-
ç
ək idi. Bu bir dəstə çiçək bir ovuc bənövşəyə bənzəyirdi. Çi-
ç
əyin rayihəsi ətrafı bürüdü. Yox, bu bənövşə ətri deyildi. Ca-
vad Əmirxanlı bu çiçəyi haradasa görmüşdü. Bəs harada? Yu-
xuda
mı? Həyatdamı? Sanki onun yaddaşı  birdən-birə  su kimi 
duru
lub  açıldı.  O,  qəfildən yeraltı  səltənətə  ilk dəfə  endikləri 
günü, ya
şıllıqlara qərq olmuş vadidən keçərkən çayın sahilində 
budaqla
rı çətir kimi açılmış ağacı və həmin ağacın  yarpaqları 
ara
sından boylanan zərif çiçəkləri xatırladı. Onu da xatırladı ki, 
o vaxt h
əmin çiçəklərin bihuşedici ətri ətrafa yayılmışdı və bu 
ətir uzun müddət onu tərk etməmişdi. İndi həmin günün ovqatı-
nı təzədən yaşamağa başlayan Cavad Əmirxanlı bu ətri acgöz-
lükl
ə ciyərinə çəkdi. Sonra əyilib çiçəyi yerdən götürmək istə-


Seçilmiş əsərləri, I CİLD 
249 
di. S
əntirlədi. Yerə çökdü.  
 Uzaq
dan şaqqıltı eşidildi. Sanki ildırım çaxdı, göy gürül-
da
dı. Yeraltı səltənət dəhşətli uğultu içində yırğalanmağa başla-
dı.  
 Q
əfil peyda olan yaralı Haçadil yerə uzanmış Cavad Əmir-
xan
lıya yaxınlaşdı.  Sonra  ağrıdan  qıvrılan ilan, başını  çiçək 
d
əstəsinin üstünə qoyub qəzəblə fışıldadı. 
  
 
Əfrayıl  Cavad  Əmirxanlının  evinin qapısını  bərk-bərk 
döym
əyə başladı. İçəridən cavab gəlmirdi. Səs-küyə yaxınlıqda 
tonqal çat
mış qonşu özünü yetirdi. 
 -N
ə olub, ay Əfrayıl?  
 -Cavada teleqram var. Bu r
əhmətliyin  oğlu haraya gedib 
gör
əsən, əziz qardaş? 
 -Yax
şı, bəs o nə teleqramdır elə? 
 -Budur, burada ya
zılıb: “Cavad, təcili gəl. Ətiqənin vəziy-
y
əti ağırdır. Şəhla”. Poçtdan verdilər mənə. Axı mən köhnə ra-
bit
ə işçisiyəm. Bilirsən, Ətiqə kimdir? Cavad Əmirxanlının ar-
va
dı. 
 -Bilir
əm. Onda belə çıxır ki, arvad rəhmərə gedib. 
 -M
ən də elə düşünürəm, əziz qardaş. “Vəziyyəti ağırdırın” 
ta ora
sı-burası yoxdur ki... Biz belə şeyləri yaxşı bilirik. De gö-
rüm, s
ən sonuncu dəfə onu harada, nə vaxt görmüsən? 
 -Kimi? 
 -Qon
şunu. Cavadı deyirəm də... 
 -Dün
ən səhər gördüyümdür. Subaşına çıxmışdım. Həm də 
quru
muş ağacları, çürümüş yarpaqları yandıracaqdım. Gördüm 
ki, o, h
əyətdə kiminləsə söhbət edir. Amma mən nə illah elə-
dims
ə onun yanındakı adamı görə bilmədim. O, tək idi. Di gəl 
ki, 
əl-qolunu ölçə-ölçə  kiminləsə  ucadan söhbət edirdi. Mən 
yüz faiz 
əminəm ki, onun yanında adam vardı. Amma, sadəcə 
olaraq, o ada
mı mən görə bilmədim. Heç sən də görə bilməzdin 
o ada
mı yəqin ki... Elə şeylər var ki, onu gözlə görmək olmur 
axı... Hə, Əfrayıl, sən bu gecəki seli-suyu gördün də. O, görə-
s
ən, nə sel idi elə?.. Öz aramızdır, bu tərəflərə çoxdandır heç 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə