Seçilmiş əsərləri, I cild 1



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə77/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   73   74   75   76   77   78   79   80   ...   98

Firuz Mustafa 
238 
 B
əyaz. Bilirəm. 
 Ca
vad Əmirxanlı. Onları yalnız var-dövlət maraqlandırır. 
Onlar s
ərvət üçün hər şeylərindən keçməyə hazırdeırlar. 
 B
əyaz. Bilirəm. (Pauza). Artıq sənin gördüyün buz heykəl-
l
ər əriməyə başlayıb, Cavad bəy. 
 - ... 
 B
əyaz. Bəlkə də sən heç düz-əməlli bilmirsən o heykəllər 
haradan g
əlib çıxıb buzlağa. 
 - ... 
 B
əyaz.  Həmin heykəllər bir zaman adi insanlar olublar. 
Onlar könüllü sur
ətdə bu yolu seçiblər.  
 Ca
vad Əmirxanlı. Hansı yolu? 
 B
əyaz. Buz heykələ dönmək yolunu. 
 Ca
vad Əmirxanlı. Niyə seçiblər bu yolu? 
 B
əyaz. Onlar bizim əcdadlarımız olublar, Cavad bəy. Kö-
nüllü sur
ətdə özlərini donmağa məcbur ediblər.  
 Ca
vad Əmirxanlı. Bu nə zaman baş berib? 
 Ca
vad ƏmirxanlıBəyaz. Sən nəyi nəzərdə tutursan? 
 Onlar buzla
ğa nə vaxtdan gəliblər? 
 B
əyaz. Bu, çox uzun illər bundan əvvəl baş verib. Onları-
rın yaşı bəlkə də bu Buzlağın yaşı qədərdir.  
 Ca
vad Əmirxanlı. Onlar nə məqsədlə özlərinin buz heykə-
l
ə dönməsini istəyiblər? 
 B
əyaz. Onlar insanların nə vaxtsa əbədi bir həyat yaşaya-
caqla
rına inanıblar. Ümid ediblər ki, donmuş bədənləri günlə-
rin bir gü
nü  açılacaq və  onların  buz  qatlarının  arasından boy 
verib dikil
ən bədənləri təzədən canlanacaq, o canlanan bədən-
l
ərə yenidən ruh gələcək.  
 Ca
vad Əmirxanlı. Bəs sonra? 
 B
əyaz. Nə sonra? Bizim əcdadlarımız nə vaxtsa əbədi hə-
yata, ölümsüzlüy
ə inanırdılar. Elə ona görə də onlar bu buzlağı 
özl
əri üçün əbəbiyyətə açılan bir qapı hesab ediblər...  
 Ca
vad Əmirxanlı. ...və könüllü olaraq oranı məskən seçib-
l
ər.  
 B
əyaz. Bəli. 


Seçilmiş əsərləri, I CİLD 
239 
 
“B
əlkə mən ondan hər şeyi öz adıyla soruşum. Görəsən o, 
lunatik oldu
ğunu bilirmi. Bu, bəlkə də Aliyənin uydurmasıdır. 
Özü d
ə əzəlki geyimindədir”. 
  
Ca
vad Əmirxanlı yalnız indi qızın Həvva geyimində oldu-
ğunun fərqinə  vardı.  Elə  bil bayaqdan  qızın  çiyninə  qonmuş 
zülm
ət gecə birdən-birə qara şal kimi sürüşüb yerə düşdü. 
 
Qızın mühakimələri onu heyrətləndirməkdə idi. Yox, bu-
rada han
sısa xəstəlikdən, havalanmaqdan söhbət gedə bilməzdi. 
  
 B
əyaz. Məni bir insan olaraq öz növümün taleyi daim dü-
şündürüb, Cavad bəy. 
 Ca
vad Əmirxanlı. Hansı mənada? 
 B
əyaz.  Elə  hər mənada. Onun həm daxili, həm də  zahiri 
al
əminə  baş  vurmaq mənimçün həmişə  maraqlı  olub.  Mən o 
Ma
ğarada illərdən bəri öz əcdadlarımın ruhu ilə danışır, onların 
cismin
ə qoruq çəkirdim. Əcdadlarım olmasa, mən də olmaya-
cam. S
ən mənə inanmırsan, Cavad bəy? 
  
Qız  nədənsə  gülümsədi və  bir müddət müəmmalı  şəkildə 
susdu.  
  
Ca
vad Əmirxanlı. İnanıram, əlbəttə. Yaxşı, səncə Mağara-
da
kı buz heykəllərin, daha doğrusu, buz adamların, taleyi necə 
olacaq? 
 B
əyaz. Təəssüf ki, bu, artıq bizdən asılı deyil, Cavad bəy. 
M
ən bilmirəm bu işlərin sonu necə olacaq. 
 
H
ər ikisi bir xeyli susdu. 
 
Ca
vad Əmirxanlı. İstəyirsən ikimiz də birlikdə gedək Buz-
la
ğa... 
B
əyaz.  Onsuz da bu mənasızdır.  Kimdir bizi oraya yaxın 
buraxa
n? İndi o tərəflər nəzarətə alınıb. 


Firuz Mustafa 
240 
 
Ya
xınlıqda şağğıltı eşidildi. 
 Ca
vad Əmirxanlı diksinib qeyri-ixtiyari ətrafa boylandı. 
Qız bir göz qırpımında qaranlığa qovuşdu. 
G
ələn Əfrayıl idi. 
 
Əfrayıl. Bayaqdan burdasan? 
 B
əs getməmisən? 
 El
ə bil kimləsə söhbət edirsən? 
 Get dinc
əl, yuxuna haram qatma sən. 
 H
ər şey yaxşı olar, fikir eyləmə. 
 H
ələlik hər şeyi pul həll eləyir, 
 
Doğru söz heç kəsə lazım deyildir. 
 Vaxt g
ələr həqiqət tapar yerini
 
Doğru doğru olar, yalansa yalan. 
 
İndi qarışıbdır ağ ilə qara. 
 
İnsanlar bu başla gedirlər hara? 
 
İndi əvəz edib yolsuzluq yolu, 
 Ha
mı var-dövlətin, sərvətin qulu. 
 G
əl gedək, gəl gedək, Cavad, gecədir. 
 S
əni bu yerlərdə saxlayan nədir? 
 Ca
vad Əmirxanlı. Hə, gedək. Bir azdan səhər açılacaq.  
 
On
lar çıxıb getdilər. 
 
Gün
əş doğdu. 
Sübh tezd
ən Əfrayılın səsi kəndi başına götürdü; o, köhnə 
iş yerinin-poçtun qapısında dayanıb qışqırırdı.  
 
Əfrayıl. Camaat, ilanlar kəndə hücüm edib. 
Mövlud. N
ə hay-küy salmısan? 
Əfrayıl. İlanlar... 
R
əhman. Nə ilan? Sən hansı ilanlardan danışırsan, Əfrayıl 
kişi? 
Əfrayıl. Görmürsünüz ilanları? Odur, dağın döşündən, Ma-


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə