Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə127/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   123   124   125   126   127   128   129   130   ...   184

 

281


 –  Yağımız qurtarıb də... – Gəlin, elə bil bağça, müəlliməsi idi, uşağı başa 

salırdı; sonra ürəkdolusu əsnədi və gözlərindən iki gilə yaş süzülüb üzüylə axdı. – 

Talonu da vermir upravdom hələ, deyir ki, gəlməyib. Bəs, nə vaxt gələcək? Üç 

gündən sonra ay qurtarır?.. Fırıldaqdı hamısı! Altdan satırlar talonnarı rayonlulara. 

Rayonda, deyir, yağın kilosu əldə on beş manatdı! – Yenə ürəkdolusu  əsnəmək 

istədi, amma axıracan  əsnəyə bilmədi, gözü oğluna sataşdı,  əsnəməyi hələ  də 

yaraşığını itirməmiş balaca burnunda ilişib qaldı. – Bircə bunun işi düzəlsəydi!.. 

Qoca yağ söhbətini ortaya atmışdı, amma daha gəlinin dediklərinə fikir 

vermirdi, diqqətlə öz əyninə baxırdı: hələ otuz il bundan əvvəl nəşriyyatda kassaçı 

işlədiyi vaxt (indi tamam yadından çıxartdığı o zamanlar) özünə aldığı boz kostyum 

(bu boz kostyum o qədər köhnə  və eyni zamanda o qədər səliqəliydi ki, elə bil, 

muzey eksponatı idi!). Elə həmin qədim vaxtlardan – əllinci illərdən qalma miləmil 

köynək, enli qəhvəyi qalstuk; qoca hər gün səhər yerindən qalxanda boz kostyumu 

geyirdi, miləmil köynəyin üstündən enli, qəhvəyi qalstukunu taxırdı, elə bil ki, o 

keçmiş vaxtlardakı kimi, işə gedəcəkdi və  hər gün də heç hara getmədiyi, təkcə 

evdə, ya da ki, həyət qapılarının ağzındakı taxta skamyada hərəkətsiz oturduğu üçün, 

boz kostyum didilib-sökülmürdü, ayda, iki ayda bir dəfə  də, gecə qoca yatandan 

sonra gəlinin ütüsündən, şotkasından keçirdi. 

O payız səhəri qoca diqqətlə öz əyninə baxa-baxa əlini pencəyinin yaxasında 

gəzdirdi, iki əlini də şalvarın üstündən bir dəri, bir sümük olan dizlərinə sürtdü, elə 

bil, öz-özünü yoxlayırdı və soruşdu: 

 – Mən kiməm? 

Oğlu qocaya baxdı  və birdən-birə  qızardı,  ərinin beləcə  qızarmağı,  əlbəttə, 

gəlinin gözündən yayınmadı, arvad ürək ağrısı ilə fikirləşdi ki, əri hələ də qocanın 

belə bir vəziyyəti ilə barışa bilmir, kişinin xəcalətini çəkir. 

Qoca bu dəfə də diqqətlə oğluna baxdı: 

 – Bəs... sən kimsən? 

 – Mən itəm! Pişiyəm! Əbləhin biriyəm! Heç bilirəm ki, kiməm? – Əlindəki boş 

stəkanı hirslə nəlbəkinin üstünə qoyub ayağa qalxdı, balaca arakəsməyə çıxıb köhnə 

paltosunu, papağını asılqandan götürdü, əyninə geyməyib, elə-eləcə evdən çıxdı, 

həyətdəki zibil yeşiyinin yanından ötüb birbaş işə yollandı: iyirmi il idi ki, Statistika 

Idarəsində təsərrüfat müdiri işləyirdi (işçisi də ancaq özündən ibarət idi). 

 Gəlin: 

 – Fağır, o saat özündən çıxır!.. – dedi. – Neynəsin e? Mən qaragünün də əlindən 

bir iş gəlsəydi, bu bədbəxt oğluna kömək eləyərdim də, maaş alardım... Məni bazara 

qoymur, özü gedir. Bilirsən nöşün? – Gəlin bu sözləri qocaya baxa-baxa deyirdi və 

qoca da gözlərini bu qadına dikmişdi, nə dediyinin fərqinə varmırdı, təkcə elə onu 

fikirləşirdi ki, görəsən, bu arvad kimdi belə bu qədər danışır? – Elə bilir ki, mən başa 

düşmürəm!.. Eşşəyəm bəyəm mən ki, ya, başa düşməyim? Nöş başa düşmürəm? 

Ona görə özü gedir ki, bazarda şey-şüyü ucuz almaqçün qəpiy davası  əliyir. Başa 

düşdün?.. – Gəlin bu sualı da qayınatasına baxa-baxa verdi, elə bil ki, qoca doğrudan 

da, nəsə başa düşməliymiş; sonra özü başa saldı: – Qeyrətinə  sığışdırmır ki, mən 

gedim ucuz şey axtarım bazarda?.. Istəmir ki, arvadı başqalarının arvadından əskik 

olsun, qəpiy davası ələsin!.. Bununçun da özü gedir bazara... Ona deyən lazımdı ki, 

ay bədbəxt oğlu bədbəxt, mən nəyəm begəm? Böyük zibil-zadam? Bude, camaat 

necə, – əli ilə  pəncərədən həyəti göstərdi – mən də eləyçinə  də!.. Ancaq deyə 

bilmirəm də ona... Necə deyim? Ürəyini sındırmaq istəmirəm də... – Sonra oğluna 

baxdı. – Ancaq sən zirəng ol bir az! 




 

282


Cavan oğlan, onsuz da, yekə burnunu – burunda babasına, yəni indi gəlinə baxa-

baxa bu arvadın kim olduğu barədə fikirləşən və uzun – uzadı danışmağından təngə 

gələn qocaya çəkmişdi – az qaldı əlindəki stəkanın lap içinə soxsun: 

 – Mən neyniyim e?.. – donquldandı. 

 Gəlin oğlunu yamsıladı: 

 – «Neyniyim?».. Əfəl olma də!.. 




 

283


Məsələ burasında idi ki, əsgərlikdən təzə qayıdıb Tarix Institutunda kuryer 

işləyən bu oğlanın təzə  işə keçmək məsələsi bu gün həll olunmalı idi – anası 

istəyirdi ki, daha doğrusu, var gücüylə çalışırdı ki, oğlu milisioner olsun, amma adi 

milisioner yox, Azərbaycan Kommunist Partiyası  Mərkəzi Komitəsinin binasında 

qapıda dayanan milisioner; belə bir yer olduğunu və ora indi cavan adam 

axtardıqlarını bu həyətdə yaşayan milisioner Əliabbas demişdi, daha doğrusu, bunu 

milisioner  Əliabbas arvadı Firuzəyə demişdi, Firuzə  də düz beş gün bundan əvvəl 

həyətdəki krantda qab-qacaq yuyanda bunu arvadlara demişdi: « – Ude, milsəner 

yeri boşdu sekada, adam axtarırlar ora! Sekanın dükanı var, bufetində də nə qədər 

istəyirsən sveji ət var, ağəz, apelsin də var e, orda həmişə öz qiymətinə, kilosu iki 

manata!...  Ətağanın cəddiyçün,  Əliabbas qərdeşüvüz diyir ki, yağ da olur orda, 

talonsuz-zadsız!.. O biri milsənerlər səhərdən-axşamacan küçələrdədi, fağırlar, 

ancaq sekadakı milsəner həmişə isti yerdə oturur, içəridə, qapının yanında, 

dakumentlərə baxır ki, hə, sən gir içəri, sən də, sənə olmaz, girə bilməzsən, 

vəssalam! Ancaq nə istəyir, gedir bufetdən alır, arvad-uşağı da bey balası kimi 

yaşayır!.. Özü də girib orda bufetdə abed əliyir!.. Bələdi də, haqq yoxdu də bu 

zaraza dünyada!.. Əliabbası kimdi ora götürən? Hay-hayı gedib, vay-vayı qalıb!.. 

Pensiyəyə  çıxır də, fağır gələn il... Kimdi onu ora götürən?..  Əliabbas qərdeşivüz 

deyir ki, ora elə-belə heç kimi götürməzlər! Ya gərək adamun olsun, tapşursun səni, 

ya da ki...» Bu sözləri düz beş gün bundan əvvəl Firuzədən eşitmişdi və bu sözlər 

düz beş gün idi ki, gəlinə rahatlıq vermirdi, beyninə elə girmişdi ki, çıxarmaq 

mümkün deyildi (çıxarmaq istəmirdi də!) və bu beş gündə evdə  səhər-axşam bu 

məsələdən danışırdı, oğlunu həmin yerə düzəltməkdən ötrü tədbir tökürdü və  hər 

dəfə  də  ərinə, oğluna, qızlarına deyirdi: « – Heç kimə demüyün ha!...» Təkcə 

qayınatasına xəbərdarlıq eləmirdi, çünki bilirdi ki, qoca elə sklerozdu ki, altı-yeddi 

ildi, onsuz da, heç nə başa düşmür, heç nə yadında qalmır və heç kimi də tanımır. 

Gəlin əvvəlcə oğlunu yanına salıb apardı Azərbaycan Kommunist Partiyası Mərkəzi 

Komitəsinin təzə böyük binasının qabağına, əlləşdi, vuruşdu, soraqlaşıb öyrəndi ki, 

hansı qapıdan hara getmək lazımdı, bu işlərə kim baxır, özü qaldı küçədə, oğlunu 

göndərdi içəri (məktəbi qurtarmağı haqqındakı kamal attestatı,  əsgərlikdə aldığı 

tərifnamə  və sairə  sənədlərlə birlikdə) və bir az keçəndən sonra oğlu suyu süzülə-

süzülə geri qayıtdı ki, düzəlmədi, məni heç kimin yanına buraxmadılar, dedilər get 

ayrı yerdə özünə iş axtar. Səhərisi gün yenə qayınatasını evdə tək qoydu – qocanı 

evdə tək qoyanda da həmişə nigarançılıqdan ürək-göbəyini yeyirdi ki, birdən suyu 

açar, bağlamaz, ya qazı açıb bağlamaz, ya özü yıxılar-eləyər, qalxa bilməz – yenə 

oğlunu yanına salıb (işdə də elə bilirdilər ki, institutun kuryeri məktubları ünvanlara 

çatdırır, avtobusda, trolleybusda ləngiyir) getdi Azərbaycan Kommunist Partiyası 

Mərkəzi Komitəsinin binasına, amma bu dəfə o kamal şəhadətnaməsini də, o mayor 

Ivanovun imzaladığı tərifnaməni də, qalan sənədləri də özü ilə götürdü, oğlu küçədə 

dayanıb gözlədi, özü içəri girdi və yenə  də heç nə  çıxmadı, onu da rəisin yanına 

buraxmadılar: « – Ay bacı, get oğluna başqa yerdə iş axtar, burda iş yoxdur! Bura 

sekadı e, seka!...». Həmin gün də oğlu dayanacaqlarda işlənmiş avtobus, trolleybus, 

tramvay biletləri yığıb işə apardı, bu qədər  şəhəri dolaşmışam, ona görə  də 

ləngimişəm (həmişəki kimi, o biletlərin pulunu da kassadan götürüb gedib özünə 

siqaret aldı), gəlin də kor-peşman evinə qayıtdı, başa düşdü ki, elə çətin bir məsələyə 

girişib ki, onun xörəyi deyil, amma milisioner Əliabbasın arvadı Firuzənin dediyi o 

sözlər başından çıxmırdı ki, çıxmırdı. Səhəri gün istədi ki, indi də  ərini göndərsin 

oğluyla, amma göndərmədi, çünki getməyinə gedəcəkdi, sonra da dava salacaqdı, 




Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə