421
Onlar gedirdi və bütün görkəmləri ilə, yerişləri, gülüşləri, o yalançı uzun
kirpikləriylə yenə aləmə meydan oxuyurdu və heç kimin ağlına gəlməzdi ki, o
gözlərdə o cürə sərçə nigarançılığı ola bilər və o qızlar eləcə həyəcanlana bilər...
18 may 1984.
Bakı.
HABILIN KAMANÇASI
Habil Kaman kamançanı dizinin üstünə alıb çalmağa başlayır və bir azdan
gözlərini yumur, çaldığı musiqinin hisslər aləminə gedir, o aləmin rəngləri,
həyəcanları, görümləri ilə yaşayır.
Hər dəfə səhnədə, yaxud televiziya ekranında Habilə baxdıqca, onun musiqisinə
qulaq asdıqca, elə bil, o dəm onun qapalı gözlərinin qarşısından keçənləri mən də
görürəm.
Habilin kamançası səslənir, dünyaya insanlar gəlir, yaşayır, sevir, sevilir,
xoşbəxt olur, dərd çəkir və bir gün gəldiyi kimi də, köçüb gedir... Və dünyaya yeni
insanlar gəlir...
Habilin kamançası insanın, ömrün müvəqqətiliyindən, insanlığın, yaşayışın isə
əbədiliyindən deyir...
Habilin kamanı Azərbaycandan deyir...
Qoca və müdrik Dədə Qorqudu görürəm, cavan, təmiz, çılğın Kərəmi görürəm,
gözəl, ismətli, qeyrətli Nigarı görürəm...
Habilin kamançası səslənir, Koroğlu Qıratın belinə qalxır, Şah Ismayıl qanlı
döyüşlərdən sonra, öz zərif, həzin insani hisslərini ağ vərəqə köçürür, Füzuli
düşünür, Leyli çəməndə gül-çiçək dərir...
Habilin kamançası səslənir, Araz çayı axır və çayın şırıltısı Habilin
kamançasının dili ilə dünyanın dərdindən, ələmindən deyir, Dərviş Mahmud sazı
sinəsinə sıxır və mən onun yüz il bundan əvvəl dediyi misraları eşidirəm:
Bu dünyanın çox olubdur cəfası,
Cəfasına dəyməz zövqi-səfası.
Guşumda səslənir getmək sədası,
Ürəyim həsrətlə dolub, ağlaram...
Habilin kamançası səslənir, mən Qarabağı görürəm, Şirvanı, Naxçıvanı, Mili,
Muğanı, Lənkəranı, Abşeronu, ömrümdə heç vaxt getmədiyim, görmədiyim Təbrizi
görürəm, Ərdəbili görürəm, Sərabı görürəm, Ərk qalasının önündə dayanıb
babaların ucalığına baxıram...
Habilin kamançası səslənir, Habilin qapalı gözlərinin qarşısından keçənləri mən
də görürəm, o musiqiyə qulaq asa-asa həmin kamançanı da yaddan çıxarıram.
Habilin özünü də yaddan çıxarıram, mən oluram, o musiqi olur, mənim Xalqım və
mənim Vətənim olur...
Bu – kamançanın da, Habilin də böyüklüyüdür.
422
15 dekabr 1985.
Bakı.
AĞABƏYIM AĞA
Axır vaxtlar tez-tez Ağabəyim ağanın iki yüz il bundan əvvəl söylədiyi o iki
misra yadıma düşür:
Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Heç bilmədim ömrüm necə gəldi, necə getdi...
Niyə tez-tez yadıma düşür bu iki misra?
Yəni yalnız ona görə ki, haçansa bir vaxt ayılırıq və görürük ki, heç bilməmişik
ömür necə gəlib, necə gedib?
Buradakı həsrətə görə?
Ağabəyim ağa Qarabağ xanı Ibrahimxəlil xanın qızı idi, Şuşada anadan
olmuşdu, Irana, Fətəli şaha ərə verilmişdi, amma həmişə də qəribçilik içində
olmuşdu.
Düzdü, qəribçilik səni yalnız qürbətdə basmır, bəzən öz evinin içində də qərib
olursan, amma Ağabəyim ağanın ürəyi Qarabağda, Şuşada qalmışdı və Ağabəyim
ağa dərdli bir «ah» çəkmişdi:
Mən aşığam, qara bağ,
Qara salxım, qara bağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmır Qarabağ...
Əslində hər bir adamın içində öz Şuşası var, bəzən heç bundan özünün də xəbəri
olmur, amma ürəyi o şüşənin içindədi, öz Şuşasındadı. O Şuşa kiminçünsə bir
həyətdi, kiminçünsə bir tut ağacıdı, bir böyürtkən koludu, kiminçünsə bir məhəllədi,
amma o həyət də, o tut ağacı, böyürtkən kolu da, əlbəttə, öz-özlüyündə Şuşa deyil,
oradakı təbəssümdü, hissdi, oranın həmişəlik keçmişdə qalmağından doğan
təəssüfdü, həsrətdi; hər birimizin bir-birinə bənzəməyən, amma elə bil ki, əbədi olan
bir həzinlik içində eyni təəssüflə, eyni həsrət, eyni yanğı ilə illər keçdikcə rəngini
itirən, cizgiləri əriyən öz Şuşası.
Bu nə müdriklik dərsidi belə, mən verirəm?
Bu nə nəsihətdi belə?
Ağabəyim ağa iki misra da demişdi:
Ey naseh, nəsihətin mənə əbəsdir, əbəs,
Ətəkləyər sözlərin atəşimi – söndürməz.
3 dekabr 1987.
Mərdəkan.
423
ƏKRƏM ƏYLISLININ ANASI
Paris hara, o uzaq Ordubad, o gözəl Əylis kəndi hara?
O gözəl Əylis kəndində o gözəl qarı indi nə eləyir görəsən?
Kiçik, amma səssiz-küysüz, rahat və xudmani «Dupleks» otelinin beşinci
mərtəbəsindəki səliqəli otağın pəncərəsindən Eyfel qülləsinin soyuq dəmirləri
görünür, mən isə, sübh tezdən gözlərimi açıb birdən-birə o gözəl Əylis kəndini, o
gözəl Əylis kəndində Əkrəm Əylislinin qoca anasını yadıma salıram.
Niyə?
Bilmirəm...
Təxminən on il bundan əvvəl idi, Naxçıvana getmişdik, oradan Ordubada
qalxdıq, səhər-səhər də Əylisə baş çəkdik.
Əkrəm Əylisligilin həyətində oturub səhər çörəyi yeyirdik və Əkrəm Əylislinin
qoca anası qabağımıza balaca bir qabda ilıq yumurta qoydu və o ilıq yumurtanın
dadı indiyə qədər mənim damağımdan çəkilməyib.
Mən hərdənbir bu barədə fikirləşəndə gözlərimin qabağına Əylisin o gözəl
bağları yox, buz kimi suyu axan o kəhrizi yox, o dağlar, o çöllər yox, o qoca ananın
əlləri gəlir, elə bil ki, o ağaclar da, o dağlar-dərələr, o su, o gül-çiçək də taxta kimi o
quru barmaqların bərəkəti, istisi müqabilində susur və xatirəyə gəlməyə ürək
eləmir...
O quru barmaqlarda gizlənmiş mehribançılıq, məhəbbət illər keçdikcə hərdən
yada düşəndə elə bil ki, daha artıq bir hərarətlə adamın içini qızdırır: adam elə bil ki,
o quru barmaqların bərəkətini, nəsə, işıqlı bir varlıq kimi, gözləri ilə görür...
Indi də pəncərəmdən Eyfel qülləsinin o soyuq dəmirlərinə baxdıqça mənə elə
gəlir ki, o quru barmaqlar nəsə tikəndə də, bişirəndə də, silib-süpürəndə də əslində
həmişə bütün ətrafa gizli bir layla deyir.
15 oktyabr 1988.
Paris.
ÜÇ XATIRƏ
I
Axşam Sergey Baruzdin və Vladimir Drozdla birlikdə gəzə-gəzə gedib
Brandenburq qapılarının qabağında dayandıq və xeyli müddət Qərbi Berlinə tərəf
baxdıq. Indi gecədir, oteldə oturub bu cümlələri yazıram və Brandenburq qapıları
ağzındakı o əsgərlərin baxışını təzədən öz üzərimdə hiss edirəm. Orda-burda
dayanmış o əsgərlər, zabitlər, bayaq elə bir şübhə, hətta, ədavətlə bizə baxırdılar ki,
elə bil, baxışları da tüfəng lüləsi idi, üstümüzə tuşlanmışdı.
Bu – Almaniya Demokratik Respublikasının ordusu idi.
Mən isə, Qərbi Berlinə tərəf baxırdım və təzə-təzə yanmağa başlayan o işıqlar
nə qədər yaxın və eyni zamanda da nə qədər əlçatmaz idi...
424
O dəm mənə elə gəlirdi ki, yalnız Berlin yox, yalnız Almaniya və alman xalqı
yox, Şiller də iki yerə bölünüb, Motsart da, Bax da, Bethoven də, Heyne də iki yerə
bölünüb və mən bu bölünməni, parçalanmanı indi, az qala, cismani hiss etdim: insan
bədəni ortadan iki yerə parçalanıb, qan axır...
Drozd da Qərbi Berlinin işıqlarına baxırdı və öz-özünə dodaqaltı nəsə
pıçıldayırdı.
– Volodya, sən nə hiss edirsən? – soruşdum.
Drozd:
– Dəhşətdi!.. – dedi.
– Mənim xalqım da beləcə bir dəhşət içindədi... – dedim.
Brandenburq qapıları haçansa açılacaqmı?
24 sentyabr 1987.
Şərqi Berlin.
II
Günorta rəssam Ə. Behkalamın emalatxanasına gedəndə Berlin divarı boyunca
xeyli addımladıq və mən tez-tez ayaq saxlayıb o divara çəkilmiş şəkillərə baxırdım.
Divarın o tərəfi Şərqi Berlin idi. Kənardan da Brandenburq qapıları görünürdü.
Yadıma gəlir, iki il bundan əvvəl orada (o tayda!) dayanıb bu tərəfə baxırdım...
Eyni bir şəhəri – Berlini bütöv görmək üçün iki dəfə uzun səfərə çıxmaq
lazımmış...
Birinci dəfə Bakıdan Moskvaya, Moskvadan da Şərqi Berlinə uçmuşdum və
oradan piyada gəzə-gəzə bura gələ bilmək əvəzinə, buranı görmək üçün ikinci bir
marşrut lazım imiş: təzədən Bakıdan Moskvaya, Moskvadan Dyüsseldorfa,
Dyüsseldorfdan da Qərbi Berlinə.
Yadıma gəlir, orada əsgərlər şübhə ilə, daxili bir gərginliklə mənə baxırdı,
ətrafda var-gəl edirdi, barmaqları da sinələrindən sallanmış avtomatın tətiyi
üstündə...
Burada isə heç kim yoxdu. Almaniya Demokratik Respublikasına qaçmaq
istəyirsən? Qaç! Xoş gəldin!..
Uşaqlar, həvəskarlar, peşəkarlar, bacaranlar və bacarmayanlar sonu görünməyən
o Berlin divarına rəngbərəng, cürbəcür şəkillər çəkiblər: gülməli heyvanlar,
təlxəklər, güllər-çiçəklər... Amma bu dəm mənə elə gəlir ki, o heyvanlar, o təlxəklər,
o gül-çiçək, hətta o rənglər də – qırmızı da, yaşıl da, göy də, çəhrayı da əslində bir
matəm içindədi...
Görəsən, elə bir vaxt gələcəkmi bu divar sökülsün? Yoxsa, bu Berlin divarında
bir zindan əbədiliyi var?
2 iyun 1989.
Qərbi Berlin.
425
III
Bu gün səhər bərk külək əsirdi, qar yağırdı, bir sözlə, əməlli-başlı qasırğa idi,
amma o küləyə, o qara, çovğuna baxmayaraq səhər-səhər maşınla Brandenburq
qapılarına tərəf getdik, sonra maşından düşüb piyada Berlinin şərq hissəsinə keçdim,
təzədən qərbə gəldim, yenə şərqə getdim...
Bir azdan Berlindəki Dünya Mədəniyyət Evində mənim mətbuat konfransım
başlayacaqdı, amma qəribə idi, mən bu yerdən ayrıla bilmirdim.
Bax, burada vaxtıyla əli avtomatlı əsgərlər gəzişərdi və o əsgərlərin şübhəli
baxışları indiki kimi yadımdadı. Hətta mənə elə gəlir ki, o əsgərləri indi də görsəm,
sifətdən tanıyaram...
Brandenburq qapıları bu qədər adi imiş... Adi şəhər qapıları...
Amma mən nə üçün bu adilikdən qopa bilmirəm? O çovğunda şərqdən qərbə,
qərbdən şərqə addımlayıram...
5 fevral 1991.
Berlin.
426
MÜNDƏRİCAT
Hakim oxucudur…………………………………………………… 3
HEKAYƏLƏR
Mənlə mən arasında……………………….………………………... 7
Sarı pencək……………………….……………………….………… 9
Qatar. Pikasso. Latur. 1968. ……………………………………....... 17
Beş qəpiklik motosikl ……………………………………………… 25
Epitafiya……………………….……………………………………. 35
Zireh……………………….……………………….……………….. 38
Qırmızı ayı balası……………………….…………………………... 45
On ildən sonra……………………….……………………………… 51
Iki Çal Papağın və bir Qara Kepkanın nağılı ………………………. 65
Gümüşü, narıncı, məxməri……………………….………………… 69
Baladadaşın ilk məhəbbəti…………………………………………. 80
Günlərin bir günündə……………………….………………………. 92
Qış nağılı ……………………….……………………….………….
102
Bu dünyada qatarlar gedər ……………………….………………… 111
Talvar ……………………….……………………….……………..
117
Şuşaya duman gəlib ……………………….……………………….. 127
Bülbülün nağılı ……………………….…………………………..... 149
Baladadaşın toy hamamı ……………………….…………………..
154
Ayaqqabı ……………………….…………………………………..
166
Hotel Bristol ……………………….……………………………….
183
Hönkürtü ……………………….…………………………………..
191
Bozluq içində iki nəfər ……………………….…………………….
197
Parisdə avtomobil qəzası ……………………….………………….
203
Beş dəqiqə və əbədiyyət ……………………….…………………… 216
Gül dedi bülbülə... ……………………….………………………… 226
Ömrün son səhəri ……………………….………………………….. 252
Stalinin ölümü ……………………….……………………………... 266
Dünyanın bəxtəvəri ……………………….………………………... 279
Aydınlıq gecələr
292
Qırmızı qərənfil gülləri «Pera Palas» otelində qaldı………………... 296
Qızıl diş……………………….……………………….……………. 311
«Sarı gəlin»……………………….………………………………… 328
Araba ……………………….………………………………………. 339
«Qarabağ şikəstəsi»……………………….………………………… 357
UŞAQ HEKAYƏLƏRI
SƏLIMIN HEKAYƏLƏRI
Mənə niyə gülürlər? ……………………….……………………….. 377
Gör necə top vuraram……………………….………………………. 378
Mən Lalə istəyirəm……………………….………………………… 378
Belə də iş olar? ……………………….…………………………….. 379
Mən hər şeyi bilirəm……………………….……………………….. 380
AYSUNUN, HUMAYIN, GÜNAYIN,
YALÇININ VƏ NIGARIN NAĞILLARI
427
Balaca qırmızı çiçək……………………….………………………... 382
Küləyin, çinarın və qaranquş balasının hekayəti…………………… 383
Nigar, Yalçın və onların Dədəsi……………………….…………… 384
Mən yaman qoçağam……………………….………………………. 386
Günayın, Yalçının, Nigarın və yekə canavarın nağılı………………. 387
Humayın yuxusu……………………….…………………………… 390
Günay, Humay, bir dənə günəbaxan və qırt toyuğun cücələri……… 393
Axı, nə oldu ki, birdən hamı güldü? ……………………………….. 395
Ayıca……………………….……………………….………………. 396
Gilas qız……………………….……………………………………. 398
Qəhrəman Aysu, qara pişik və cıqqılı siçanın nağılı……………….. 399
Kukla, yoxsa Aysu? ……………………….……………………….
401
Aysu yorulub……………………….………………………………. 402
Aysu və balaca balıqlar……………………….……………………. 402
SÖZLƏR, YANILTMACLAR, TAPMACALAR
Qar yağıb, yağmayıb? ……………………….……………………... 404
Qumru quşları……………………….……………………………… 404
«Süz» və «süz»……………………….…………………………….. 404
Bu «saz» hansı «saz»dı? ……………………….…………………… 404
Kim uçundu, nə uçdu, nə uçmadı? …………………………………. 404
Necə oldu ki, yağış yağdı və dana hirsləndi? ………………………. 405
Gülüşün bacısı Gülər gülə gülür……………………………………. 405
Abşeronda……………………….……………………….…………. 405
Nənəm yaman hirsləndi……………………….……………………. 405
Düzdə……………………….………………………………………. 406
Babamla ot çalmağa getmişdik……………………………………... 406
ADDA-BUDDA
Dünyaya insanlar gələcək……………………….………………….. 408
Qumru quşları……………………….……………………………… 408
«Sçastye»……………………….…………………………………… 409
Xoşbəxtlik haqqında ……………………….………………………. 410
Sətirlərin ölümü……………………….……………………………. 411
Qara qarğalar……………………….……………………………….. 411
Yazıqlıq……………………….……………………….……………. 412
Qaratoyuqlar……………………….……………………………….. 413
Qırt toyuq……………………….……………………….………….. 415
Üçüncü sərçə ……………………….………………………………. 415
«Aləm olduqca...» ……………………….…………………………. 416
Alma əhvalatı……………………….………………………………. 417
Bədbəxt şir……………………….…………………………………. 418
Yandırır bu ölüm……………………….…………………………… 418
Iki qız və sərçə ……………………….…………………………….. 420
Habilin kamançası……………………….…………………………. 421
Ağabəyim Ağa……………………….……………………………... 422
Əkrəm Əylislinin anası……………………….…………………….. 423
Üç xatirə……………………….…………………………………… 423
428
ELÇIN
(ƏFƏNDIYEV ELÇIN ILYAS oğlu)
SEÇILMIŞ ƏSƏRLƏRI
(10 cilddə)
1-ci cild
NƏŞRIYYAT REDAKTORU
Akif Dənzizadə,
RƏSSAMI
Ilqar Tofiqoğlu,
BƏDII REDAKTORU
Ilham Niftəliyev,
TEXNIKI REDAKTORU
Denis Izuf,
KORREKTORLAR
Rəfiqə Qəmbərqızı,
Fəridə Ələsgərli,
Gülarə Qədirova,
OPERATORLAR
Aygün Əmirli,
Elnurə Abuşeva,
Ramilə Əliyeva,
ÇAPA MƏSUL
Sərraf Mürsəlov,
Anar Abdullayev,
Azər Yunusov.
Çapa imzalanmış 01.09.2005,
formatı 60x90 1/16,
39,5 ç.v.
ofset kağızı ¹1, tayms qarnituru,
sifariş 01/01,
sayı 1000.
Kitab
* "ÇINAR-ÇAP"
nəşriyyatında nəşrə hazırlanmış
və
ofset üsulu ilə çap olunmuşdur.
( Tel.: 4989555, 4937255, 4902757
Dostları ilə paylaş: |