Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə113/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   109   110   111   112   113   114   115   116   ...   184

 

248


 – Heç nə... Amma sənsiz bir günüm olmasın!.. 

 – Bəsdi. Baxırlar... 

 – Baxsınlar də... Indi öpəcəyəm səni! 

Züleyxa qorxdu ki, Əlipaşa, doğrudan da, bir belə camaatın içində onu öpər. 

 – Qayıdaq, – dedi. 

Əlipaşa: 

 – Yox, oynayaq, – dedi. 

«Gül dedi bülbülə: – «Bağıma gəlmə...» 

Züleyxa, düzdü, qorxdu ki, birdən Əlipaşa onu bu qədər camaatın içində öpər, 

amma o qorxuda nəsə elə bir şey də vardı ki, adamın ürəyinə sevinc gətirirdi. 

«Gül dedi bulbülə: – «Bağıma gəlmə...». 

 – Züleyxa... 

 – Nədi? 

 – Bağışla məni... 

 – Nə? 

 – Deyirəm, bağışla məni, Züleyxa... 



 – Nəyə görə? 

 – Hər şeyə görə... Ümumiyyətlə, Züleyxa... Ümumiyyətlə, bağışla məni... 

Züleyxa o dəm Əlipaşanın gözlərində bir yaş işıltısı gördü və qorxdu ki, indi özü 

Əlipaşadan beşbetər başlayar hönkür-hönkür ağlamağa, amma həmişəki kimi, özünü 

ələ aldı, gülümsədi və pıçıldadı: 

 – Sənsiz biz kimə lazımıq? Allah həmişə sənin canına sağlıq versin, Əlipaşa... 

Bu dəm bu «Sağlamlıq» restoranında çalınan bu «Gəlin havası» uzun-uzun illər 

bundan  əvvəl ikiotaqlı balaca bir evdə  tələbəlikdən təzəcə  çıxmış  və ürəyi böyük 

arzularla, böyük istəklərlə dolu olan bir oğlanla lap cavan və gözəl bir qızın 

toyundan xəbər verirdi... 

O balaca ikiotaqlı evdəki o toy gününün hissləri, həyəcanlı günləri, aylar, illər 

bir-birini  əvəz etdikcə, o günlərin, o ayların, o illərin qayğılarının  əlindən çox 

xəlvətlərə, çox dərinlərə düşüb qalmışdı, amma kirəc bağlamamışdı və indi Züleyxa 

ilə Əlipaşa bir-birinin gözünün içinə baxdıqca, elə bil, o baxışlar gedib o dərinlərə 

çatırdı, o xəlvətləri aşkar edirdi... 

Züleyxa dedi: 

 – Uşaqlar evdə nigaran qalacaq... 

 – Qoy gedim onları da gətirim bura! 

 – Yox, yox, Əlipaşa, lazım deyil. 

 – Niyə? 

 – Soyuqdu, qoy otursunlar evdə. 

 – Yaxşı paltarları yoxdu, ona görə? 

 – Yox, Əlipaşa, vallah yox. Niyə yoxdu paltarları? Soyuqdu ona görə. 

 – Sən necə deyirsən, elə olsun... 

Züleyxa açıq-aşkar təşəkkür dolu nəzərlərlə ərinə baxdı. 



 

249


Əlipaşanın ürəyi sözlə dolu idi, Əlipaşa Züleyxaya çox söz demək istəyirdi, 

amma bir də baxıb gördü ki, professor qadın da gəlib qoşulub onlara, kök əndamını 

sındıra-sındıra onların qabağında oynayır, sonra Səlim Sürəyya da gəlib onlara 

qoşuldu, sonra Məlik, yüksək vəzifəsini yadından çıxartdı, gəlib onlara qoşuldu, 

sonra məclisin bütün üzvləri bir-bir gəlib onlara qoşuldu, üstü yarımçıq  şüşələrlə, 

yeyilib boşalmış boşqablarla dolu o uzun mizin arxasında təkcə müdir Əlimuxtar 

müəllim oturmuşdu, gözlərini restoranın meydançasında oynayanlara zilləyib dərin 

qullablar vura-vura, tüstünü bütün ciyərinə çəkə-çəkə siqaret sümürürdü. 

Hamı  rəqsi başa vurub mizin arxasına keçəndə  Səlim Sürəyya Züleyxa xanım 

üçün təmiz çəngəl-bıçaq, təmiz boşqablar gətirtdi, bircə dəqiqənin içində isti kabab, 

qıpqırmızı qızardılmış və içi ləvəngi ilə doldurulmuş çolpa gəldi və Əlipaşa o təmiz 

çəngəl-bıçağa fikir vermədən öz çəngəli, öz bıçağı ilə Züleyxaya qulluq edə-edə 

yavaşdan soruşurdu: 

 – Onu tanıyırsan? 

 – Yox, kimdi ki? 

 – Televizorda görməmisən? 

 – Hə... hə...  

Bu adamlar bir-bir Züleyxanın yadına düşürdü, onları televizorda görmüşdü, 

əvvəllər boş vaxtı olanda bir-iki yazılarını oxumuşdu. 

 – Züleyxa... 

 – Hə? 

 – Züleyxa, bu məclisin pulunu mən verəcəyəm e... 



Züleyxa qızardılmış toyuq döşünə batırdığı çəngəli bir an əlində saxladı, sonra 

Əlipaşaya baxdı, sonra bir-bir məclisdə oturmuş adamlara baxdı və bir söz demədi. 

«Gül dedi bülbülə: – «Bağıma gəlmə». 

Əlipaşa ağzını Züleyxanın qulağına yaxınlaşdırıb: 

 – O qızı görürsən? – soruşdu. 

 – Hansı qızı? 

 – Ode, o stolda oturub, üç nəfərlə bir yerdə... 

 – Hə gördüm... – Züleyxa pıçıldadı. 

 – Bayaq o qıznan oynayırdım. 

 – A-a-a... – Züleyxa maraqla o qıza – son dəblə geyinmiş o gözəl qıza baxdı, 

sonra yenə Əlipaşaya baxdı və gülə-gülə həmin pıçıltı ilə: – Doğrudan? – soruşdu. 

 – Hə! – Əlipaşa da güldü və Əlipaşaya o da çox ləzzət elədi ki, o gözəl qızla 

oynamağı Züdeyxaya bu cür maraqlı, bu cür xoş gəldi, hətta, elə bil, Züleyxa indi 

onunla, yəni Əlipaşa ilə fəxr edirdi... 

O gözəl qız da, deyəsən, başa düşdü ki, söhbət ondan gedir və Züleyxa bu boyda 

məsafədən görməsə də, hiss etdi ki, o gözəl qızın qulaqları qızarır. 

O qız bir daha Əlipaşaya tərəf baxmadı. 

Züleyxanın saçları Əlipaşanın alnına, gicgahına, yanağına dəyirdi və Züleyxanın 

o xurmayı saçlarının yüngüllüyünü, o toxunuşunun xəfifliyini Əlipaşa elə bil təkcə 

alnında, təkcə gicgahında, sifətində hiss etmirdi, o saçların zərifliyini bütün bədəni 

ilə duyurdu, o zəriflik indi qanına yayılmışdı, bütün bədənindən axırdı. 

Züleyxanın saçlarının xüsusi ətri var idi və elə bil ki, o ətir çox-çox 

keçmişlərdən gəlib çıxdı, elə bil ki, unudulmuşdu, yaddan çıxmışdı, bir-birini əvəz 

edən o günlərin, o ayların, illərin arxasında qalmışdı  və  Əlipaşa o ətri yalnız indi 

tanıdı; necə olmuşdu ki, o xurmayı saçların ətri, bax, bu ətri beləcə yaddan çıxmışdı 

və görəsən, indi Züleyxanın özünün xəbəri var saçlarının ətrindən? 




 

250


Professor qadın ayağa qalxdı: 

 – Bu dəfə söz mənimdir! – dedi, amma professor qadın sağlığı deməmişdən 

əvvəl Əlipaşa yenə dilləndi: 

 – Züleyxa... 

 – Hə. 

 – Züleyxa, bu məclisin pulunu mən verəcəyəm e... 



Züleyxa: 

 – Yaxşı eləyəcəksən!.. – dedi. 

 

 

BEŞINCI FƏSIL 



 

Hesab 803 manat elədi. 

Əlipaşa bufetdən baxan Mürsəlin bərəlmiş gözlərinin qabağında xörəkpaylayana 

düz 800 manat pul saydı, sonra Züleyxaya baxdı. 

Züleyxa redükülünü açıb onluq çıxartdı və xörəkpaylayana verdi. 

Xörəkpaylayan pulun artığını qaytarmaq üçün ciblərini qurdalayanda Züleyxa: 

 – Artığı lazım deyil... – dedi. 

Əlipaşa hamı ilə, hətta, o professor qadın ilə də qucaqlaşıb, öpüşüb Züleyxa ilə 

birlikdə «Sağlamlıq» restoranından çıxmaq istəyəndə müdir Əlimuxtar müəllim 

onlara yaxınlaşıb: 

 – Bütün ömrüm boyu... – Amma dodağı qaçdı, qəhərləndi və sözlərinin dalını 

deyə bilmədi. 

Içəridə isə, bufetdə yazıq Mürsəlin gözləri eləcə bərələ qalmışdı. 

Klarnetçalan şair Səlim Sürəyyadan sonra, bir az dincəlirdi, orkestr isə asta-asta 

«Yar bizə qonaq gələcək»... havasını çalırdı. 

 

 



ALTINCI  VƏ  SONUNCU  FƏSIL 

 

Ayaqlarının altındakı qarı  xırçıldada-xırçıldada, topuğacan qara bata-bata 



tamam bomboş, tamam sakit bir küçə ilə gedirdilər; avtomat telefonla evə  zəng 

eləyib qızlara demişdilər ki, nigaran qalmasınlar, bir az havada gəzib gələcəklər. 

«Gül dedi bülbülə: – «Bağıma gəlmə...». 

 – Yaman güldən, bülbüldən deyirsən a!.. 

 – Soyuq deyil sənə? 

 – Bu şubaya nə soyuq? Sənə soyuq olar, palton nazikdir. 

 – Mənə soyuq deyil. 

 – Keflisən də, ona görə... 

 – Mən? – təəccüblə soruşdu və güldü. 

 – Hə, əlbəttə, sən!.. – Züleyxa da güldü. 

 – Bilirsən, bizim müdir də oradaydı e, yadımdan çıxdı sənə göstərim... 

 – Neynirəm onu görüb? 

 – Amma, vallah, Səlim Sürəyya yaxşı adamdı. 

 – Axtarsan dünyada elə hamı yaxşı adamdı... 

 – Mürsəl də? 

 – Mən nə bilim e... 

 – Bəs, sən nə bilirsən? 

 – Onu bilirəm ki, dünyanın ən yaxşı adamı sənsən! 




Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə