SəDƏRƏk xeyriYYƏ CƏMİYYƏTİ naxçivan qəDİm dən güNÜM ÜZƏ QƏDƏR (Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş məqalələr toplusu) Bakı 2014



Yüklə 8,95 Mb.
Pdf görüntüsü
səhifə26/62
tarix19.07.2018
ölçüsü8,95 Mb.
#56634
1   ...   22   23   24   25   26   27   28   29   ...   62

Qeyd  edək  ki,  Van,  Urmiya  və  Göycə  gölü  hövzələri  və  ətraf 
abidələrində  yayılmış  boyalı  qabları  A.Özfırat  “Araz  boyalıları” 
qrupuna aid  edir (27,  s.2).
Qəbirdən  tapılmış  gil  qablar  formasına  və  keyfıyyətinə  görə  də 
fərqlənirlər.  Bu  qabların  üzərində  metal  parlaqlığı  və  qabın  boğaz 
hissəsi  ilə  gövdəsi  arasında  kəskin  keçid  vardır.  Göstərilən  əlamətlər 
ilk  tunc  dövrü  keramikası  üçün  xarakterikdir.  Eyni  ilə  bu  cür üç  qab 
Kveçxelebinin  B  təbəqəsindən(ilk  tunc  dövrü)  aşkar  edilmişdir  (28, 
s.  146-148).  Avropadan  Altaylara  qədər,  Cənubi  Qafqazda  və  Aralıq 
dənizi  sahillərində  yayılmış  kurqanlarda  dəfn  adəti  təqribən  eyni 
olmuşdur (29,  s.  204-211).
Plovdağ  kurqanlarınm  tədqiqi  orta  tunc  dövrü  kurqan  qəbirlər 
mədəniyyətinin  bəzi  müddəalarına yenidən baxmağı  zəruri  edir.
Dəfn 
adətinin  oxşarlığı 
baxımından 
Plovdağ 
kurqanlarını 
Trialetinin  tək  dəfnli  erkən  kurqanları  ilə  və  Ağrı  vadisindəki  bəzı 
kurqanlarla  müqayisə  etmək  olar.  Lakin  Plovdağ  kurqanlarında 
olduqca  ciddi  qaydalar  əsasında  yerinə  yetirilən  və  uzun  müddət 
stabil  qalan  dəfn  adətini  nə  Trialetidə,  nə  də  Ağrı  vadisi  abidələrində 
görə  bilmirik.  Eyni  zamanda  dəfn  adətinin  bəzi  vacib  elementlən 
(baş  daşı  qoyulması,  qurbangahların  içərisinin  mütləq  dasdan 
qurulması  və  s.)  həmin  abidələrdə  qeydə  alınınamışdır.  Naxçıvanın 
eneolit,  ilk  və  orta  tunc  dövrü  dəfn  adətinin  bəzi  elementlərinə 
(əlində  cam  dəfn  olunma  adəti)  Trialeti  və  Ağrı  vadisi  abidələrində 
rast gəlinməmişdir.
Kurqan 
mədəniyyətinin 
olduqca  mübahisəli 
olan 
genezisi 
məsələsi  də  hələlik  həll  edilməmişdir.  Onların  Mərkəzi  və  Şərqi 
Avropadan,  Misirdən  (30,  s.  62)  gəldiyi  qeyd  olunur  və  həmişə  də 
kurqan  mədəniyyəti  hind-avropa tayfalarımn  yayılması  (31,  s. 107)  və 
onların  mifologiyasındakı  “tısbağa”  kultu  ilə  əlaqələndirilir  (29,  s. 
207-211).  Bu  tezislə  qətiyyən  razılaşmaq  olmaz.  Ona  görə  ki,  hələlik 
kurqanların  nə  genezisi,  nə  də  ctnik  mənsubiyyət  məsələsi  həll 
edilməmişdir.  Bizə  elə  gəlir  ki,  kurqan  mədəniyyətinin  yaranmasının 
köçəriliklə  bağlı  olduğunu  ehtimal  etmok daha  düzgün olardı.  Köçəri 
həyat  tərzi  kcçirmiş  hər  hansı  bir  xalq  özünü  kurqan  mədəniyyətinin
varisi  hesab  edə  bilər.  Əvvəllər  köçəri  həyat  tərzi  keçirməmiş  xalq 
isə  yoxdur.
Naxçıvanin  əlverişli  təbii-coğrafl  şəraiti  və  geosiyasi  mövqeyi 
bölgədə 
iqtisadi 
münasibətlərin 
erkən 
inkişafına 
və 
sosial 
differensasiyaya  şərait  yaratmışdır.  Artıq  İlk  tunc  dövründə  yaşayış 
məskənləri 
genişlənmiş, 
onların 
plan 
quruluşunda 
müəyyən 
qanunauyğunluqlar  əmələ  gəlmişdir.  Əlverişli  təbii  hündürlükdə 
yerləşən  dini  mərkəzin  -   məbədin  ətrafında  nisbətən  varlı  yaşayış 
evləri  və  sənətkar emalatxanaları  yerləşmişdir.  Protoşəhər və  ya  ilkin 
şəhər  sənətkarlığının  əsasını  metal  alətlər  və  silahlar,  daş  alətlər, 
bəzək  əşyaları  və  toxuculuq  məhsullan  təşkil  etmişdir.  Bu  zaman 
iqtisadi-mədəni  əlaqələrin  kifayət  qədər  inkişaf  etdiyini,  arxeoloji 
qazıntılar  zamanı  tapılan,  Yaxın  Şərq  ölkələrində  istehsal  olunmuş 
bəzək əşyaları  və  keramika nümunələri  sübut edir.
Plovdağ  yaşayış  yerləri  və  nekropollarımn  tədqiqinin  Azərbaycan 
arxeologiyası  üçün  mühüm  əhəmiyyəti  vardır.  Bu  abidələr  Yaxın 
Şərqi  Şimali  Qafqaz  və  Cənubi  Şərqi  Avropa  ilə  birləşdirən  zəncirin 
çatışmayan  həlqəsidir.  Plovdağ yaşayış  yeri  və  nekropollarından  əldə 
edilən  arxeoloji  materiallarda  sinkretiklik  qabarıq  şəkildə  nəzərə 
çarpır.  Əlbəttə,  bir  və  ya  bir  neçə  abidənin  hərtərəfli  tədqiqi  tunc 
dövrünün  öyrənilməsində  olan  problemləri  tam  həll  edə  bilməz  (32, 
s.18)  Lakin  Plovdağın  qəbir  abidələri  I  və  II  Kültəpə  yaşayış  yerləri, 
Ovçular  təpəsi  və  başqa  sinxron  abidələrlə  birlikdə  Naxçıvanın  tunc 
dövrünün  kompleks  tədqiqinə  imkan verəcəkdir.
Arazın  orta  axarında  yerləşən  yaşayış  yerlərinin  quruluşunda 
əsaslı  dəyişikliklər  e.ə.  II  minilliyin  sonlarında  əmələ  gəlir.  Güclü 
müdafiə 
qabliyyətinə  malik  möhtəşəm  qalalar  tikilir, 
köhnə 
şəhərlərin  ətrafına  müdafiə  divarları  çəkilir.  Bu  proses  Manna  və 
Midiya  ərazilərində  bir  neçə  əsr  davam  etmişdir.  Bu  dəyişikliklərin 
səbəbi  təcavüzkar  Assuriya  dövlətinin  işğalçı  hücumları  olmuşdur. 
Çox  ehtimal  ki,  möhtəşəm  qalalara  malik,  döyüş  qabliyyəti 
gücləndirilmiş  qədim  Naxçıvan  qəbilələrinin  də  ətraf  regionlara 
yürüşləri  olmuşdur.


Sumbatan-Dizə  Yaşayış  Yeri.Sumbatan 
Dizo  yaşayış  yeri 
Naxçıvan  MR  Ordubad  rayonu  ərazisində  ,  Araz  çayının  qolu  olan 
Gilan  çayın  sağ  sahilində,  Sumbatan  dağının  üzorində  və  ətəklərində 
yerləşir.  Şərq  tərəfındən  Gilan  çay,  qərb  tərəfındən  isə  Yayeı  arxı 
keçdiyindən  Sumbatan  dağının  ətrafı  yaşıllıqdır.  Dağın  şimal  və 
cənub  ətəklərindəki  bulaqlar  və  təbii  miidatlə  sistemi  qədim 
zamanlardan  insanların  burada  məskən  salmasına  şərait  yaratınışdır. 
Sumbatan  dağının  üzərində  və  ətəklərində  abidələrin  tutduğu  ərazi  6- 
7  ha-ya  qədədir  və  onların  çoxu  orta  əsrlərdə  və  sonrakı  dövrlərdə 
güclü  dağıntıya  məruz  qalmışdır.  Xüsusən,  XIV-XV  əsrlərdə  dağın 
şimal-qərb  tərəfmdə kənd  salınarkən  antik  dövrə  aid  qalanın  müdafıə 
divarları  və  digər  tikililəri  dağıdılmışdır.  Arxeoloji  tədqiqatlar 
göstərir  ki,  Sumbatan  yaşayış  yeri  e.ə.  II  minilliyin  sonu  -   I 
minilliyin  əvvəllərində  Sumbatan  dağının  zirvəsini  və  yamaclarım 
əhatə  edən  kiçik  şəhər  olmuşdur.  Azərbaycan  ərazisində  bu  tip. 
relyefə 
uyğunlaşdırılmış 
şəhərlər 
çox 
olmuşdur. 
Qəbilə 
birləşmələrinin  mərkəzi  olan  bu  yaşayış  yerləri,  tədrieən  müdafiə 
divarları  ilə möhkəmləndirilərək  şəhərlərə çevrilmişlər.
Sumbatan  -  Dizə  yaşayış  yerində  arxeoloji  tədqiqat  işləri  2008-ci 
ildə  dağın  şimal-şərq  tərrəfındə  aparılmış  və  abidənin  çoxtəbəqəli 
olduğu,  yaşayış  yerinin  yaxınlığında  kurqanların  və  plitəli  qəbirlərin 
yerləşdiyi 
müəyyən 
edilmişdir. 
Qazıntının 
dağın 
şimal-şərq 
tərrəfində  aparılmasına  səbəb  çökəkliyin  Gilançaya  tərəf  olan 
hissəsində  siklopik  divar qalıqlarınm  izlənməsi  oldu.  Siklopik  divarın 
tikintisində  istifadə  olunan  irihəcmli  dağ  daşları  elə  burada. 
dağıntəkindən  qazılıb  çıxarılmışdır.  Hörgü  zamaııı  əniri  daşlar  özülə 
qoyulmuşdur.  Divarınöziilü  (himi)  dərində  deyildir.  Burada  dağın 
yamacı  3,5  m  enində  və  divarın  zunluğu  böyunda  iifüqi  vəziyətdə  30 
sm  dərinlikdə  qazılmış  və  divar  işlənmişdir.  Divarın  eni 
3,5  m. 
salamat  qalmış  hissəsinin  uzunluğu  isə  23,  5  ın-dir.  Miidaflə 
divanmn  xarici  tərəfınin  tikintisində  irihocmli  dağ  daşlarından 
istifadə  olunmuşdur.  Bəzi  daşların  çokisi  1,5-2  tona  yaxındır.  Buna 
baxmayaraq  müdafıə  divarının  bu  torofı  dağın  yamacına  tərof 
olduğunda  ndağıntıya  dalıa  çox  məruz  qalımşdır.  Divardan  uçub
tökiilən  irihəcmli  daşlar  aşağıdakı  divarların  da  birhissəsini  uçurub 
dağıtmışdır.
Müdafiə  divarınm  cənub  hissəsinin  içəri  tərəfində 
50x50  sm 
ölçülərində  taxça  olmuş,  sonuncu  bərpa  dövründə  daşla  işlənərək 
tutulmuşdur. 
Taxçaya 
işlənmiş  daşların 
üstündə  uzunmüddət 
odyandığından  onlar qəhvəyi  rəng alaraq  çat-çat olmuşdur.
Divarın  şimal  tərəfındə  1,3  m  enində  giriş  yolu  olmuş,  sonuncu 
bərpa  dövründə  daşla  işlənərək  tutulmuşdur.  Həm  taxça  yerinin,  həm 
qapı 
yerinin 
bərpa  zamanı 
işlənərək 
tutulması, 
kompleksin 
təyinatınm  dəyişdiyini  göstərir.
2010-cu  ildə dağın  zirvəsində, 480  kv.m.  sahədə aparılan  arxeoloji 
qazıntılar  burada  dini-inzibati  təyinatlı  tikili  kompleksinin  olduğunu 
gostərdi.  Kompleks,  antik  dövrdə,  orta  əsrlərdə  və  müasir  dövrdə 
dəfələrlə  dağıntıya  məruz  qalmışdır.  Hər  dəfə  dağıntıya  məruz 
qaldıqdan  sonra  bərpa  olunmuşdur  ki,  bərpa  izləri,  xüsusilə 
kompleksin  şərq  tərəfində  daha  aydın  izlənir.  Kompleksin  yaşayış 
yerinə  tərəf  olan  hissəsinə  nisbətən,  sıldırım  qayalığa  tərof  olan 
hissəsindəki  divarlarınm  özülü  o  dövrdəki  yer  səthindən  1,8-2,0  m 
hündürlüyündə  (6-8  daş  hündürlükdə)  salamat  qalmışdır.  Axırıncı 
dağıntidan  sonra  -   təqribən  eramızın  III  əsrində  tikintinin  toyinatı 
doyişdirilmişdir.
Tikilinin  əsas  divarı  şimal-cənub  istiqamətindo  olub,  eni  conub 
tərəfdə  3,0  m,  şimal  tərəfdə  isə  2,8  m-dir.  Kontforslarla  təchiz 
olunmuş  bu divarı  həm  tikilinin,  həm  də şəhərin  müdafıə divarı  hesab 
etmək  olar.  Bu  siklopik  divarın  mərkəzi  hissəsində  çokisi  5-8  tona 
qədər  olan  qaya  parçaları  vardır.  Qazıntı  zamam  müoyyən  edildi  ki, 
müdafiə  divarı  işlonərkən  dağın  zirvəsindəki  qaya  parçalarından 
səınərəli  şokildə  istifadə  olunmuşdur.  Komplcksin  divarları  da 
nəhong  qaya  parçalarının 
üzərində  işlənmiş,  onların  tikintisindo 
bərkidici  maddo  kimi  palçıq  məhlulundan  istifadə  olunmuşdur.  2-3 
metrlik  divarların  hər  iki  tərəfinə  işlənmiş  iri  daşların  arası  müxtolif 
həcmli  daşlarla  və  palçıqla  doldurulmuşdur.  Bu  zaman  ən  iri  hocmli 
daşlar  yaşayış  yerinə  tərəf  deyil,  divarın  əks  tərofınə  düzülmüşdür. 
Müdafiə  divarınm  şərq  tərəfdən  dörd  kontrforsu  (eni  1,5  m,  uzunluğu


Yüklə 8,95 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə