ŞƏHİd müTƏHHƏRİNİN ƏSƏRLƏRİNDƏ


İMAM HÜSEYN (Ə)-IN İBADƏTİ



Yüklə 2,23 Mb.
səhifə21/39
tarix19.10.2018
ölçüsü2,23 Mb.
#74964
1   ...   17   18   19   20   21   22   23   24   ...   39

İMAM HÜSEYN (Ə)-IN İBADƏTİ


Tasua günü axşam çağı məlun Ömər Sədin ordusu Übeydullah ibni Ziyadın göstərişi ilə hücuma keçdi. Onlar elə həmin gecə imam Hüseyn (ə)-la vuruşmaq istəyirdilər. İmam Hüseyn (ə) öz qardaşı Həzrət Əbül-Fəzlil Abbasın vasitəsi ilə onlara xəbər çatdırdı ki, bu gecə möhlət versinlər. İmam (ə) buyurdu: “Ey qardaş! Onlara de ki, bu gecəni möhlət versinlər, mən sabah vuruşaram. Mən təslim olan adam deyiləm, vuruşacağam, amma bu gecəni bizə möhlət verin.”

Amma vaxtı tələf etmək üçün bu sözü deməsini fikirləşməsinlər deyə, belə buyurdu: Qardaş! Allah Özü bilir ki, mən Onunla münacat raz-niyaz etməyi çox sevirəm. Mən istəyirəm ki, bu gecəni ömrümün axır gecəsi olaraq Allahımla münacat edəm, bu gecəni özümün tövbə istiğfar gecəsi qərar verəm.”

Kaş Aşura gecəsinin necə bir mənəviyyatlı gecə olduğunu biləydiniz. Sanki “Merac“ gecəsi idi. Onlara bir dünya şadlıq, sevinc hakim idi. O gecə özlərini pak-pakizə etdilər, hətta bədənlərinin artıq tüklərini də təmizlədilər. “Tənzif” (paklıq) adlı bir xeymə var idi. Bir nəfər xeymənin içində oturmuşdu, iki nəfər də xeymədən çöldə növbə gözləyirdilər. Onlardan biri zahirən Büreyr idi, başqası ilə zarafat edirdi. O birisi ona deyirdi ki, bu gecə zarafat gecəsi deyil. O deyirdi ki, ümumiyyətlə mən zarafat əhli deyiləm, amma bu gecə zarafat gecəsidir.

Bilirsinizmi, başqaları gəlib istiğfar edən bu insanları görəndə onların barəsində nə dedilər? Hüseyn (ə)-ın xeymələrinin yanından keçəndə dedilər (bu sözləri düşmən deyir:) Sanki arı pətəklərinin yanından keçirsən, arıların zümzümə səsləri necə ucalar? Hüseynin səhabələrinin səsləri belə idi, onlar dua, namaz, istiğfar və zikr ilə məşğul idilər.

Hüseyn (ə) buyurdu: – Bu gecəni özümün tövbə, istiğfar gecəm, merac gecəm qərar vermək istəyirəm.

Belə olanda görəsən, bizim tövbəyə ehtiyacımız yoxdurmu?! Onların ehtiyacı var, bizim isə yoxdur? Bəli! Hüseyn ibini Əli o gecəni belə keçirtdi, gecəni ibadətlə sona çatdırdı, özünün və əhli-beytinin işlərini lazımınca tərtibə saldı. Məhz belə bir gecədə öz səhabəsi üçün “Ğərra” xütbəsini buyurdu.1


İMAM SƏCCAD (Ə)-IN İBADƏTİ


Tavus Yamani deyir: Həzrət Əli ibni Hüseyn (ə)-ın ki, işa vaxtından səhərə qədər Allah Evinin ətrafında təvaf etdiyini, ibadətlə məşğul olduğunu gördüm. Xəlvət olduqda və bir kimsəni görmədikdə göylərə baxıb dedi: Pərvərdigara, ulduzlar üfüqdə görünməz oldular, camaatın gözlərinə yuxu getdi, Sənin qapıların, Səni istəyənlərin üzünə açıldı...”

Tavus o həzrətin xaze və abidcəsinə olan münacatları ilə əlaqədar çoxlu cümlələr nəql edib axırda deyir: İmam öz münacatları əsnasında bir neçə dəfə ağladı. Sonra torpağa düşdü və yerə səcdə etdi. Mən ona yaxınlaşdım, başını dizinin üstünə alıb ağladım. Mənim göz yaşlarım axıb onun üzünə damladı. Qalxıb oturdu və dedi: – Kimdir məni Pərvərdigarımı yad etməkdən ayırdı?!

Ərz etdim: – Mənəm, Tavusam, yəbnə Rəsulillah. Bu qədər ahü-zar və tabsızlıq nə üçündür? Siz ki, belə edirsiniz, onda biz günahkarlar və cəfakarlar nə etməliyik?! Sənin ki, atan Hüseyn ibni Əli, anan Fatimə və cəddin Rəsuli Əkrəmdir! (Yəni sizin Peyğəmbərlə bu qədər şərafətli nəsəbiniz, ali bağlılığınız ola-ola nə üçün qorxmalısınız?)1

Mənə baxıb buyurdu:

-----

Xeyr, xeyr, ey Tavus! Qohumluq söhbətlərini boşla! Allah behişti, hərçənd qara dərili qulam olsa belə, Ona itaət edib yaxşı əməl edənlər üçün yaratmışdır, cəhənnəm odunu da, hətta Qureyşdən bir aliacənab adam olsa belə, Ona qarşı itaətsizlik edənlər üçün yaratmışdır. Məgər Allahın buyurduğuSur çalınan zaman nəsəblər aradan gedər bir-birindən soruşmazlar” - sözünü eşitməmisənmi?! Allaha and olsun, qiyamət günü yalnız bu gün özün üçün göndərdiyin saleh əməllərin faydası olacaqdır.”2



İmam Zeynul-abidin (ə)-ın müqəddəs vücudu mənəviyyat qəhrəmanıdır.3

Peyğəmbər (s.ə.v.v) Əhli-beytindən olanların hamısı belədir, doğrudan da qəribədir! İnsan Əliyyibni Hüseyni gördükdə onun Allahdan olan qorxusunu, həqiqətdə raz-niyaz olan namazlarını eşitdikdə... Aleksis Karlın dediyi kimi “Allah dərgahına uçan ruhu var idi” (onun qıldığı namaz sadəcə üzünü qibləyə çevirən, ruhu isə başqa yerdə oyunla məşğul olanların namzı kimi bir “namaz” deyildi, namaz vaxtı ümumiyyətlə onun ruhu sanki bu bədəndən çıxırdı). Bəli, insan Əliyyibni Hüseyni gördükdə fikirləşir ki, bu islam nə imiş!! Bu necə də böyük bir ruhdur!

-----

İnsan Əliyyibni Hüseyni gördükdə sanki Peyğəmbəri ibadət mehrabında və gecənin axırıncı üçdə birində görür, yaxud Həra dağında müşahidə edir.



Bir gecə İmam (ə) özünə layiqli olduğu tərzdə dua və raz-niyazla məşğul idi, imamın uşaqlarından biri uca yerdən yıxıldı, sümükləri sındı. Ev əhli imamın ibadətinə mane olmadan sınıqçını çağırtdırıb ağrının şiddətindən fəryad edən uşağın qolunu bağlatdırdılar. Uşaq sakitləşdi və hadisə sovuşdu. Sübh İmam (ə) oğlunun qolunun sarıqlı olduğunu gördükdə soruşdu: – (Qolun) nə üçün belədir?

Dedi: – Dünən belə bir hadisə baş verdi.

Soruşdu: – Nə vaxt?

Dedi: – Dünən filan vaxt siz evdə ibadətə məşğul idiniz.

Məlum oldu ki, İmam (ə) ilahi eşqə o qədər qərq olmuş və onun ruhu Allah dərgahına tərəf elə pərvaz etmişdi ki, o səs-küylərdən heç birini hiss etməmişdi.1


Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə