ŞƏKİ Üsyanlari



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə27/35
tarix14.04.2018
ölçüsü0,79 Mb.
#38232
1   ...   23   24   25   26   27   28   29   30   ...   35

61 

 

kütlələr  kolxozlara  cəlb  edilməli,  taxıl  talvarları  yaradılmalıdır.  «Məhsul  və 



kollektivləşmə  günü»  kütləvi  istehsalat  bayramı,  kolxozçuların,  ortababların  və 

yoxsulların qolçomaqlarla mübarizəyə səfərbərliyə alınması günüdür. 

58

 

  Sənədin məzmunundan məlum olur ki, qolçomaqla, yəni fərdi təsərrüfatla 



mübarizədən imtina edilmir. Ortabab və yoxsul kəndliləri onların təsir dairəsindən 

qoparmaq  üçün  inzibati  təzyiq  formaları  qismən  təbliğatı,  ideoloji  vasitələrlə, 

psixoloji təsir formaları ilə əvəz olunurdu. 

    


                                                           

58

 



Şəki arxivi. Əsas fondu 1, saxlama vahidi 13 

 



62 

 

NƏTİCƏ 

 

   Vətən  tarixi  milli  idrakın  inkişafına  təkan  verən  başlıca  amildir.  Milli 



özünüdəyərləndirmə keçmişdən gəlir. Ağac torpağın dərinliklərinə uzanan kökləri 

vasitəsi  ilə  ucalmaq,  yüksəlmək  imkanı  əldə  etdiyi  kimi,  xalq  da  milli  yüksəliş 

üçün mənəvi gücü tarixdən alır. 

  Tarixin milli idrakın məkanı olduğunu yaxşı anlayan imperiya ideoloqları 

xalqımıza baş ucalığı gətirən tarixi hadisələri kommunist ideologiyasının ehkamları 

nöqteyi-nəzərindən  izah  etməklə  əsaslı  təhrifə  məruz  qoymuş  və  həmin  məkanı 

əlimizdən almağa çalışmışlar. Başqa sözlə tariximizi təhrif etməklə milli təfəkkürə 

pozucu  təsir  göstərmək  və  Milli  özünüdərk  prosesini  ləngitmək  həmin 

ideologiyanın əsas hədəfi olmuşdur. 

   1918-20-ci  illərdə  mövcud  olmuş  Milli  hökumətin  irəli  sürdüyü 

məramnamənin təməl prinsiplərindən biri belə idi:  millətin əksəriyyəti rəncbərdir. 

Rəncbərin maaşı, həyatının təminatı torpaqdır. Torpaq abad olarsa millət də məsud 

olar . 

   Sovet  hökuməti  kəndlini  torpaqdan  və  əməyinin  nəticələrindən  məhrum 



etməklə  əlini işdən soyutmuş, torpağı abad yox, bərbad vəziyyətə  salmışdı.  Kənd 

təsərrüfatının  olduqca  ağır  vəziyyətə  düşməsi  hakimiyyətin  ən  yuxarı  pillələrində 

belə  etiraf  olunmuşdu.  Kollektivləşmədən  10  il  sonra  ЦИК(b)P  MK  katibi 

səviyyəsində bildirilmişdi ki, azad kəndli təsərrüfatı ilə müqayisədə kolxozçuların 

əmək məhsuldarlığı xeyli aşağıdır. 

   1931-ci il fevralın 28-dən martın 1-nə kimi Nuxa şəhər və rayon İcraiyyə 

Komitəsinin  geniş  plenumu  keçirilmişdi.  Plenumun  gündəliyində  duran  ən  ümdə 

məsələ  vergilərin  toplanması  zamanı  qarşıya  çıxan  çətinlikləri  aradan  qaldırmaq 

üçün  tətbiq  olunacaq  tədbirlərin  müəyyənləşdirilməsi  idi.  Həmin  il  üçün  rayon 

daxilində 321488 manat 55 qəpik vergi toplanmalı idi. 

59

   


  Bu o dövr üçün böyük  məbləğ idi.  Həm də vergilərin böyük hissəsi  fərdi 

təsərrüfatların  üzərinə  qoyulmuşdu.  Təsəvvür  etmək  çətin  deyil  ki,  dövlət 

tərəfindən  yaradılmış  saysız-hesabsız  maneələrlə  üzləşən,  inzibati  metodlarla 

fəaliyyət  imkanları  məhdudlaşdırılan  fərdi  təsərrüfatlar  üçün  bu  vergiləri  ödəmək 

necə  böyük  çətinlik  təşkil  edirdi.  Lakin  hakimiyyət  orqanları  bu  çətinliklərlə 

barışmaq  istəmir,  kütləvi  kollektivləşmənin  ilkin  mərhələsində  və  üsyan 

yatırılarkən  soyub-taladıqları  fərdi  təsərrüfatlara  güc  çatmayan  vergilər  təyin 

edirdilər. 

  Yuxarıda  adı  çəkilən  plenumda  vergiləri  toplamaq  üçün  inzibati 

metodların  tətbiq  olunması  haqda  qərar  qəbul  olundu.  Qərarda  deyilirdi  ki, 

vergiləri  yığmaq  üçün  inzibati  idarələr  bu  işə  cəlb  edilməli,  vergi  verməyənlərə 

                                                           

59

 Şəki arxivi. Fond 13, siyahı 1, saxlama vahidi 1 



 


63 

 

qarşı inzibati tədbirlər tətbiq olunmalıdır. Orada həmçinin bildirilirdi ki, vergilərlə 



bağlı məsələlər məhkəmənin diqqət mərkəzində olmalı və  bu qəbildən olan işlərə 

növbədən kənar baxılması təmin edilməlidir. 

  Vergiləri toplamaq məqsədi ilə əlaqədar şəxslərin yerlərə göndərilməsi və 

füqarə  muzdurların  da  bu  işə  cəlb  olunması  plenumun  qəbul  etdiyi  qərarlar 

sırasında idi. Bütün bunlar bir daha sübut edirdi ki, Sovet hökuməti kəndlini fərdi 

torpaq  sahəsindən  məhrum  edən  aqrar  siyasəti  davam  etdirmək  və  

kollektivləşməni başa çatdırmaq niyyətində israrlı idi. 

   1930-cu  ilin  noyabrında  Nuxa  şəhər  İcraiyyə  Komitəsi  Şəhər 

yaxınlığındakı  olduqca  məhdud  torpaq  fonduna  malik  olan  Kiş  və  Qoxmuq 

kəndlərində  yeni  kolxozların  yaradılması  haqqında  qərar  qəbul  etdi.  Bu  fakt 

kollektivləşmə kampaniyasının geniş miqyasından xəbər verirdi. 

   1930-cu il noyabrın 27-də şəhər Soveti rəyasət heyətinin qəbul etdiyi daha 

bir  qərar  dövlətin  bütün  torpaqlar  üzərində  qəti  inhisarçı  mövqeyinin  daha  da 

möhkəmləndiyini  və  torpaqla  bağlı  bütün  məsələlərdə  sərəncam  vermək 

funksiyasının  əndazəsiz  şəkildə  hakimiyyət  orqanlarının  əlində  cəmləşdiyini 

göstərirdi.  Həmin  qərar  Nuxa  şəhərinin  tabeliyində  olan  və  bağ-bostan  bitkiləri 

əkini  üçün  istifadə  edilən  torpaqlar  haqqında  idi.  Məsələ  burasında  idi  ki,  2336 

hektar torpaq şəhərin Qışlaq hissəsində yaşayan əhalinin, 136 hektar sahə isə Dodu 

adlanan  məhəllənin  sakinlərinin  istifadəsində  idi.  Qərarda  göstərilirdi  ki, 

icarədarlar  şəxsi  maraqlarını  düşündüklərindən  şəhər  əhalisinin  bu  torpaqlardan 

faydalanması qeyri mümkündür. Ona görə də həmin torpaqlar onlardan alınıb şəhər 

sovetinin  sərəncamına  verilməlidir.  Mülkiyyət  toxunulmazlığı  hüququndan  bəhs 

etmək  mənasızdır.  Çünki  bu  hüquq  ittifaqda  1917-ci  ildə,  bizdə  isə  1920-ci  ildə 

ləğv edilib. 

  Kustar  istehsalın  məhdudlaşdırılması  prosesi  isə  öz  məntiqi  sonluğuna, 

həmin istehsalı iflas həddinə yaxınlaşdırırdı. 

   1930-cu  il  noyabrın  13-də  dabbağ  sexlərində  antisanitariya  vəziyyətinin 

mövcud  olduğunu  əsaslandıran  akt  tərtib  olunmuşdur.  İcraiyyə  Komitəsinin 

nümayəndəsi  Seyid  Seyidov,  dəri  artelinin  sədri  Yaqub  Səlimov,  sanitar  həkimi 

Semyonov və baytar həkimi Demart tərəfindən imzalanmış həmin aktda bildirilirdi 

ki,  dabbağ  sexlərində  hökm  sürən  antisanitariya  vəziyyəti  müxtəlif  xəstəliklərin 

yayılması üçün zəmin rolunu oynayır. 

  Dabbağ sexlərinə edilən daha bir yoxlama reydinin çıxardığı nəticə bu idi 

ki, guya həmin sexlərin sahibləri yüzlərlə dərini alıb gizlətməklə eyni qəbildən olan 

dövlət istehsalını tənəzzülə uğratmaq məqsədini güdmüşlər. 

  Nuxa  şəhər  Soveti  bütün  bunları  nəzərə  alaraq  1930-cu  il  dekabrın  4-də 

fərdi qaydada işləyən dabbağlara patent verilməsini dayandırmaq haqqında göstəriş 

verir.  Eyni  zamanda  inzibati  şöbəyə  tapşırılır  ki,  kustar  istehsala  qarşı  inzibati 

qaydada mübarizəni gücləndirsin. 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə