ŞƏKİ Üsyanlari



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə29/35
tarix14.04.2018
ölçüsü0,79 Mb.
#38232
1   ...   25   26   27   28   29   30   31   32   ...   35

67 

 

yığılıb,  təhsilə  başladılar.  Cəmiyyət  kəndlərdə  də  məktəblər  açmağa  mübəlliğlər 



göndərib,  əhalinin  köməyilə  25-ə  qədər  məktəb  binası  qoydu.  Bundan  başqa, 

Cəmiyyət savadsız, sirini böyük cavanlarımızın da qeydinə qalıb, onlar üçün vətən 

məktəbində pulsuz gecə kursu açdı. 

  Qız  balalarının  oxuyub  tərbiyə  sahibi  olması  cəmiyyətin  məqsədlərindən 

birisi olduğundan  maarifcə ən geridə  qalan şəhərin  «Yuxarı baş»  hissəsində  yenə 

pulsuz  olaraq  bir  qız  məktəbi  də  güşad  etdi.  Burada  fəqir  qızların  kitab,  qələm, 

dəftər məxaricini də cəmiyyət öz dəröhdə etdi. 

   İki  sənə  müddətində  cəmiyyət  həmin  məktəbləri  öz  xərcilə  idarə  etdi. 

Bununla belə hökumətdən də müavinət gözləməkdə idi. Təşəkkürlər olsun ki, milli 

hökumətimizin  maarifə  verdiyi  əhəmiyyətdən  dolayı,  cəmiyyət  məktəblərinə 

müavinət göstərdi və müəllimlərin maşını verməyi öhdəsinə aldı. 

  Cəmiyyət burada Nuxa və Ərəş maarif müfəttişi Abdullah bəy Əfəndizadə 

cənablarına  minnətdardır.  Cəmiyyət  millətin  qeyri  ehtiyaclarına  da  biganə 

qalmamışdır. 

   Kazanda  ümumrusiya  müsəlmanlarının  hərbi  qurultayına  göstərdiyi 

müavinət, fəqir müsəlman tələbələrinə verdiyi ianə və qeyri bu qəbildəndir. 

  Həmən iki hərc-mərc sənələrində xeyli müşülata uğrayıb böyük maneələrə 

təsadüf  edən  cəmiyyət  yuxarıdakı  fəaliyyəti  göstərə  bildiyindən  ümid  vardır  ki, 

bundan sonrakı zamanda da millətin köməyi ilə bütün məqsədlərinə nail olacaqdır. 

 

 



NUXA «HÜRRİYYƏTİ MAARİF CƏMİYYƏTİNİN» 

İKİ SƏNƏLİK HAQQ-HESABI 

 

Cəmiyyətin idarə heyəti. 



    

1917 sənəsi aprel  ibtidasından 1919 sənəsi  mart ibtidasına  qədər cəmiyyət 

idarəsinin heyəti aşağıda zikr olunan şəxslərdən ibarətdir. 

 

1. Fəxri sədir -  Nurməhəmməd Əfəndi İmamzadə 



2. Müavinu sədr və xəzinədar -  Abdullah Əbdülrəhmanzadə 

3. Katibi cəmiyyət -  Veysəl Mustafazadə 

4. Əbdürrəşid Əfəndizadə 

5. Zahid İbrahimxəlilzadə 

6. Əsgər Ağaməhəmmədzadə 

7. Mirhəsən Axundzadə 

8. Rəcəb Əfəndizadə 

 

Bunlara qandirat və idarə köməkçiləri. 



 


68 

 

1. Hacı Qədir Hacı Əhməd oğlu 



2. Usta Əhməd usta Əziz oğlu 

3. Hidayət Hacı Əfəndi oğlu 

4. Yusif Xəlilzadə 

5. Musa Muradov 

 

Təftiş komissiyası 



 

1. Əbdülkərim İmamzadə 

2. Həsən Əbdülrəhmanzadə 

3. Cəfərqulu Bəşir oğlu 

4. Ələkbər Hacı Məhəmməd oğlu 

5. Vahab Sadıqzadə 

 

 

NUXA HÜRRİYYƏTİ MAARİF CƏMİYYƏTİNİN MƏRAMNAMƏSİ  

 

Cəmiyyətin qayəsi 



 

Cəmiyyətin  ümdə  məqsədi  Nuxa  şəhərində  və  qəzasında  sakin  türk 

millətdaşlarının  arasında  elm  və  maarifi  nəşr  etmək  və  mədəniyyət  aləminə  sövq 

etməkdir. 

      

 

Sahei-fəaliyyət 



 

   a)  Hal-hazırda  Nuxa  şəhərində  və  qəzasında  mövcud  məktəb  və 

mədrəsələrə maddi və mənəvi kömək ediyor. 

   b)  Təzə  məktəb  və  mədrasə  açanları  tərğib  və  təsviq  edir  və  onlara 

müavinətdə bulunur. 

   c)  Cəmiyyət  lazım  bildiyi  məhəldə  və  məkanda  öz  xərcinə  ibtidai  milli 

məktəblər açıyor. 

   ç)  Rüşdi  edadi  və  darülfünunlarda  oxuyan  və  oxumaq  istəyən  türk 

tələbələrinə maddi və mənəvi yardım ediyor. 

   d)  Nuxa  şəhəri  və  qəzasında  olan  fəqir  və  yetim  müsəlman  balalarını 

Cəmiyyət öz himayəsinə alıyor və onların ibtidai təlim və tərbiyəsi haqqında lazımi 

tədbirlər ittixaz ediyor. 

  2. Məktəb sirininə qədər olan 57 yaşlı uşaqları tərbiyə üçün Cəmiyyət uşaq 

baxçaları (Darüttərbiyələr) təsis ediyor. 

  3.  Camaat  üçün  qiraəti-ümumi  məclisi  və  ümumi  milli  qiraətxana  və 

kitabxana açıyor. 




69 

 

  4.  Camaat  üçün  gecə  kursları,  cümə  məktəbləri  və  xalq  darülfünunları 



açıyor. 

  5. Mütaliə üçün və məktəblərdə tədris olunmaq üçün hər qisim ədəbi, elmi, 

fənni və tarixi kitablar təb və nəşr ediyor və qüvvei-maliyyəsi artdıqca türk dilində 

qəzetə və məcmuə nəşr ediyor. 

  6.  Millətimizin  ədib  və  şairələrinin  əsərlərini  toplamaq  üçün  ədəbiyyat 

məcmuələri nəşr ediyor. 

  7. Məktəb və mədrəsələrdən ötrü müqtədir müəllim və müəllimələr tapmaq 

üçün lazım gələn yerlərə müraciət ediyor. 

   8.  Milli  ibtidai  məktəblərə  müəllim  və  müəllimələr  hazırlamak  üçün 

Qafqasiyada,  Türkiyədə  və  sair  məmləkətlərdə  olan  darülmüəlliminlərə  təhsil 

etməyi istedadlı müəllim və müəllimələrdən göndəriyor. 

  9. Qüvveyimaliyyəsi müsaid olursa, cəmiyyət öz xərcinə müəllimlər kursu, 

darülmüəllimat açıyor. 

  10.  Müəllim  və  müəllimələr  üçün  təlim  və  tərbiyəyə  dair  məclislər, 

müəllimlər şurası və müəllimlər qurultayı düzəldir. 

   11. Hər zaman teatro, ədəbi müsamirələr, elmi və fənni söhbət məclisləri, 

seyri-ümumilər və s. bu kibi məclislər tərtib ediyor. 

   12.  Milli  musiqi  və  mahnılarımızı  ehya  etmək  üçün  Cəmiyyət  lazım 

bildiyi  məktəblərə  musiqişünas  müəllimlər  və  müğənnilər  dəvət  ediyor  və  yainki 

musiqi kursları açıyor. 

   13. Millətimiz arasında sinaət və  ziraətin tərəqqi və intişarına təbliğat və 

təşviqatda bulunur. Bu məqsəd üçün Yevropada mövcud yeni üsuli-sinaət və ziraət 

haqqında  mühazirələr  tərtib  veriyor  və  ki,  kitabçalar  nəşr  ediyor  və 

qüvveimaliyyəsi müsayid olursa, yerin əhval və şəraitinə görə arıçılıq, baramaçılıq 

və maldarlıq kursları, sinaət və ziraət məktəbləri güşad ediyor. 

   14. Cəmiyyət milli sport (tərbiyei-mədəniyyə) meydançaları təsis ediyor. 

   15. Millətimizin tarixi və milli asari ətiqələrini torlamaq üçün muzeyxana 

bina ediyor. 

   16.  Cəmiyyət  millətimizin  mənafeyinə  çalışan  ümumtəşkilatlar  ilə  öz 

nümayəndələri  vasitəsilə  əlaqədə  bulunur  və  hər  cür  milli  təşkilatların  vücuda 

gəlməsinə səy və guşəş ediyor. 

   17.  Cəmiyyət  əhali  ilə  daha  sıx  rabitədə  bulunmaq  üçün  lazım  bildiyi 

məhəllərdə və qəryələrdə öz şöbələrini güşad [ediyor]. 

 

 



QAÇAQÇILIQ HƏRƏKATI 

 

  Üsyan  yatırıldıqdan  sonra  çarpışmalardan  sağ-salamat  çıxmış  hərəkat 



iştirakçıları  dağlara,  meşələrə  çəkilərək  bolşevik  rejiminə  qarşı  mübarizənin 

qaçaqçılıq  mərhələsinə  -  partizan  mübarizəsinə  başladılar.  Doğrudur,  üsyandan 




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə