ŞƏKİ Üsyanlari



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə32/35
tarix14.04.2018
ölçüsü0,79 Mb.
#38232
1   ...   27   28   29   30   31   32   33   34   35

75 

 

meyitləri şəhərə gətirilir və yəqin ki, tanınma adı ilə, əslində isə göz dağı vermək 



üçün mərhumların qardaşı Şirəliyə göstərilir. 

  İki  ayaqlıların  vəhşiliyi  dörd  ayaqlıların  törətdikləri  vəhşiliklərdən  daha 

dəhşətli  olur.  Çünki  dörd  ayaqlılar  şüurdan  məhrum  olduqlarına  görə  öz 

qurbanlarının  cəsədlərini  yaxınlarına,  əzizlərinə  göstərib  həzz  almaq  imkanına 

malik olmurlar. 

  Məmməd kişinin ailəsinin fəlakətləri bununla bitmədi. Az sonra onun daha 

iki övladı -  Şirəli və Əli də həbs edildilər. Halbuki, onlar mərhum qardaşlarından 

fərqli olaraq nə üsyan hərəkatında iştirak etmiş, nə də sovet rejiminə qarşı hər hansı 

düşmənçilik hərəkətinə yol vermişdilər. 

  Dörd  oğul  övladından  məhrum  olmuş  Firuzə  ananın  əzab-əziyyətlərinin 

həddi  hüdudu  yox  idi.  O,  övladlarının  itkisindən  irəli  gələn  dözülməz  qübarı  daş 

kimi  sinəsindən  asaraq  o  zaman  vəzifədə  olan  qohumu  Hüseyn  kişi  ilə  birlikdə 

Şirəli və Əlini zaminə götürmək üçün məhbəsə yollanır. Lakin orada ona bildirirlər 

ki,  həbs  edilənlərdən  yalnız  birini  zaminə  verə  bilərlər.  Övladlarına  münasibətdə 

bərabərliyi hər şeydən üstün tutan, onlara qarşı ayrı-seçkiliyi böyük qəbahət hesab 

edən Firuzə xanım ana ucalığında duraraq deyir: 

  -    Buraxırsınızsa  hər  ikisini  buraxın,  yox,  bunu  etmək  istəmirsinizsə, 

qoyun ikisi də yatsın. 

  Bir  müddət  sonra  Əlini  Balakənə,  Şirəlini  isə  Qutqaşenə  sürgün  edirlər. 

Sürgün  cəzasının  tətbiq  edilməsində  əsas  məqsəd  heç  də  günahı  olmayan 

«günahkarları» cəzalandırmaq deyil, xəbis əməllər sahibinin təhlükəsizliyini təmin 

etmək idi. 

  Prokuror  Aşot  İsxanyan,  DSİ-nin  əməkdaşları  Ter-Qriqoryan,  Zaven 

Ayriyan, Pavel Şalomer, İvan Yeromin, Qaçaq Abbası ələ keçirmək üçün tədbirlər 

tökür,  planlar  cızırdılar.  Lakin  bütün  bunlar  əbəs  idi.  Hiylə  və  məkr  igidlik  və 

cəsarət qarşısında aciz qalmışdı. Xudu İbrahim, Tanrıverdi Şərif, Nağdalı, Əhməd, 

Hümbət,  Hayıl,  Hidayət,  Alı,  Aslan,  İsfəndiyar,  Əşrəf,  Kor  Umar  və  Abdulla 

Qaçaq Abbasın ən yaxın silahdaşları idi. 

  Qaçaqların  şəhərdə  və  kəndlərdə  himayədarları  da  var  idi.  «Qaçağı  el 

saxlar»  atalar  deyimi  bütün  məna  çalarları  ilə  o  illərdə  özünü  təsdiq  etdi.  Kiş 

kəndindən  olan  Ələşrəf,  Göynükdən  Əli  və  Şəfayət  qaçaqların  ərzaqla,  bir  sıra 

mühüm  xarakterli  məlumatlarla  təmin  olunmasında  əlaqələndirici  rolunu 

oynayırdılar. 

  Hər  yerdə  həmişə  mənəvi  baxımdan  yoxsul  olan  adamlar  şərin  törətdiyi 

fəsadlara qəhmar çıxmışlar. Bu adamların həyat qayəsi belədir: «Təmin olunmamış 

insan olmaqdansa təmin olunmuş heyvan olmaq daha yaxşıdır». 

  Təbii ki, belələri o zaman Şəkidə də kifayət qədər idi. O ölkədə ki, dövlət 

insan həyatının bütün sahələrini nəzarətdə saxlamaq niyyətinə düşür, orada iradəsi 

zəif  adamlar  ictimai-siyasi  mühitin  mənfi  təsirinə  müqavimət  göstərməkdənsə, 

həmin  mühitə  uyğunlaşmağa  daha  çox  üstünlük  verirlər.  Yaşadıqları  dövrün 




76 

 

mahiyyətcə  naqis  ictimai-siyasi  mühitinə  boyun  əyərək  ter-qriqoryanların, 



işxanyanların  əlində  alətə  çevrilən  Vəli,  Seyidməmməd,  Siyahpər,  Bığ  Bəkir, 

Zahid,  Beyrəddin  Həmid,  Ümid,  xaldanlı  Knyaz,  küngütlü  İsmayıl,  oxudlu 

Məhəmməd,  Baxış,  Şəki  şəhərindən  evlər  yıxan,  xanimanlar  dağıdan  ispolkom 

Ələşrəf,  Veysəl,  Nizaməddin  qaçaqlara  qarşı  mübarizənin  önündə  getmiş, 

ümumiyyətlə,  bolşevizmin  törətdiyi  naqis  əməllərlə  barışan  zümrənin  qəniminə 

çevrilmişdilər. 

  Bir  dəfə  Ümid,  Knyaz,  Vəli,  İsmayıl,  Məhəmməd,  Baxış  Beyrəddin  və 

Qasımoğlu  Siyahpər  bir  “otryadda”  (silahlı  dəstədə)  birləşərək  sorağı  «Çaqqal 

dərəsində»n gələn Qaçaq Abbasın dəstəsinə  hücum edirlər. Döyüş başlayan kimi, 

Qaçaq Abbas dayısının qatili Baxışı cəhənnəmə vasil edir. 

  Otryad üzvləri onun cəsədini orada qoyub başı pozuq halda qaçırlar. 

  Onlar  bu  döyüş  haqqında  erməni  və  rus  rəhbərləri  qarşısında  hesabat 

verərkən, qaçaqların sayca çox olmasından, mühasirəni yarıb çıxmalarından və bu 

zaman göstərdikləri şücaətdən bəhs edirlər. Lakin döyüşün şahidi olmuş Siyahpərin 

qardaşı  Zahid  onları  ifşa  edərək  hadisəni  olduğu  kimi  ağalarına  nəql  etməklə 

qardaşı qarışıq otryadın üzvlərini pis vəziyyətdə qoyur. 

   Qaçaq  Abbasın  digər  otryadla  döyüşü  Co  dərəsində  baş  verir.  Həmin 

otryada bələdçiliyi İsmayıl və Vəli edirdilər. Xeyli itki verən bu dəstə də döyüşdən 

məğlub durumda çıxır. 

  Xüsusi  xidmət  orqanları  xalq  içərisində  qaçaqlara  qarşı  etimadsızlıq 

yaratmaqla  onları  cəmiyyətdən  təcrid  etmək  və  təkləmək  üçün  müxtəlif  planlar 

hazırlayırdılar.  Ter-Qriqoryan  və  Suren  Mkırtıçyan  bu  qəbildən  olan  bir  təxribat 

əməli  düşünmüşdülər.  Onlar  ipək  fabrikini  yandırıb,  bu  işdə  qaçaqları 

günahlandırmaq və fəhlələrə «görürsünüzmü qaçaqlar fabriki yandırmaqla sizi işsiz 

və çörəksiz qoydular» deməklə xalq qəzəbini onların üzərinə yönəltmək niyyətində 

idilər. Qaçaq Abbas təkbaşına Şəkiyə gələrək fəhlələri bu niyyətdən xəbərdar edir, 

eyni zamanda bu fitnənin ideya müəllifi olan xüsusi şöbənin rəisi Sureni öldürür. 

  Onun haqqında Şəkidən Bakıya məlumat məlumatın ardınca göndərilir və 

kömək  tələb  olunurdu.  Nəhayət,  Bakıda,  Azərbaycan  Dövlət  Siyasi  idarəsində 

xüsusi  əməliyyat  planı  işlənib  hazırlanılır.  DSİ-nin  nümayəndəsi  Əhmədə  bu 

əməliyyatın  həyata  keçirilməsində  aparıcı  rol  ayrılır.  Əslən  Lənkərandan  olan 

Əhməd yaraşıqlı, gülərüz və ünsiyyətli olduğundan DSİ əməkdaşları arasında Xub 

Əhməd ayaması ilə tanınırdı. 

  O, Şəkiyə meşə təsərrüfatı mütəxəssisi kimi gəlməli və Zəyzid ətrafındakı 

meşəyə  meşəbəyi  təyin  olunmalı  idi.  Xub  Əhməd  Zəyziddə  özünü  camaata  milli 

adət  ənənələrə,  dini  dəyərlərə  xüsusi  rəğbət  bəsləyən  şəxs  kimi  tanıtmalı,  Qaçaq 

Abbasın  ailəsinə  yaxınlaşıb,  qulluğunda  müntəzir  dayanmaqla  onların  hüsn-

rəğbətini qazanmalı idi. 

  Əməliyyat  nəzərdə  tutulduğu  qaydada  başlanır.  Az  sonra  Xub  Əhməd 

kənddə  hamının  sevimlisinə  çevrilir.  «Seyid  ocağın»dan  olduğundan  Qaçaq 




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə