ŞƏKİ Üsyanlari



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə33/35
tarix14.04.2018
ölçüsü0,79 Mb.
#38232
1   ...   27   28   29   30   31   32   33   34   35

77 

 

Abbasın  anası  Mədinə  xanım  ona  daha  çox  rəğbət  bəsləyirdi.  Eyni  zamanda  o, 



Qaçaq Abbasın qızı Fizalə üçün də yaxın bir adama çevrilir. 

  Mədinə  xanım  Xub  Əhmədə  tez-tez  yalvarırdı  ki,  bu  ailəyə  dayaq  olsun, 

onun  övladlarını  Sovet  hökumətinin  qəzəbindən  qurtarmaq  üçün  səyini 

əsirgəməsin. Bu yalvarışların müqabilində o dərdli anaya   təskinlik verir, hər şeyin 

yaxşı olacağını bildirirdi. 

  Bolşevik  rejiminin  quduz  qəzəbi  Çopur  oğlu  Babanın  ailəsinə  fəlakət 

dalınca fəlakət  gətirirdi.  Qaçaq Abbasın qardaşları Məmməd və  İsrail həbs edilib 

güllələnmiş,  anası  Mədinə,  oğlanları  Fərrux  və  Bəlyar,  qızı  Fizalə  qazamata 

salınmışdılar. 

   Şəki  həbsxanası  ağzına  kimi  qaçaq  ailələri  ilə  dolmuşdu.  Arıq  oğlu 

Əhmədin, Tapdığın, Kərimin, Əşrəfin, İsfəndiyarın da ailə üzvləri burada idilər. 

   Xub  Əhməd  şəhərə  gələrək  Qaçaq  Abbasın  ailəsini  zaminə  götürür. 

Əlbəttə, onun bu addımı razılaşdırılmşdı. O, Mədinə xanıma narkomla danışdığını, 

bu  ailənin  problemini  həll  etmək  üçün  ilkin  addım  kimi  oğlanlarından  birinin 

hökmən üzə çıxarılmasının vacibliyini bildirir. Bu barədə məlumat Qaçaq Abbasa 

çatdırıldıqda o, Xub Əhmədə inanmadığını açıq-aşkar bildirir. 

  Bu  arada  Xub  Əhmədlə  Fizalə  evlənirlər.  DSİ  agenti  ailənin  bir  üzvünə 

çevrilir.  Qaçaq  Abbas  qardaşlarını  üzə  çıxarmazdan  əvvəl  Xub  Əhmədi  bir  daha 

sınamaq məqsədilə təyin olunan yerə bir at yükü silah çatdırmağı tapşırır. Silahlar 

həmin yerə gətirilir. Bundan sonra Qaçaq Abbas qardaşları Əhməd və Vahidi üzə 

çıxmaq üçün yola salmağa razılıq verir. Vahid və Əhməd təyin olunan yerə gələn 

kimi həbs edilirlər. 

   Xub  Əhməd  bir-birinin  ardınca  Qaçaq  Abbasa  iki  məktub  göndərir. 

Həmin  məktubların  məzmunu  Xub  Əhmədin  bu  işdə  heç  bir  günah  sahibi 

olmaması fikrini təlqin edirdi. 

  Qaçaq  Abbas  bütün  konspirasiya  qaydalarını  gözləməklə  Xub  Əhmədlə 

görüşür.  Söhbət  olduqca  sərt  olur.  DSİ  agenti  andaman  etsə  də,  yalanı  yalana 

calasa da hər şey Qaçaq Abbasa aydın olur. O, qardaşlarının qisasını alır. Casusu 

sahibsiz it kimi güllələyir. Xub Əhmədin Fizalədən olan iki övladı isə uşaq evinə 

verilir. 

   30-cu  illərin  əvvəllərində  Şəki  qəzasında  fəaliyyət  göstərən  qaçaqların 

böyük  əksəriyyəti  ya  məhv  edilmiş,  ya  da  ələ  keçirilmişdi.  Qaçaq  Abbasın 

ətrafında  həlqə  hər an dolanmaqda idi. Deyəsən, o özü də artıq hər şeyin tezliklə 

bitəcəyini hiss etmişdi. Bəlkə də bunu hiss etdiyindən arvadı Xədicə ilə görüşmək 

qərarına  gəlir  (Onun  Leyli  və  Xədicə  adlı  iki  arvadı  olmuşdur).  Qaçaq  Abbas 

İsfəndiyarla  Xədicəyə  xəncər  göndərir.  Bu  bir  işarə  idi.  Əgər  xəncər  geri 

qaytarılmazsa,  deməli,  yol  açıqdır.  Xədicə  xəncəri  qəbul  edir.  Görüşə  gedərkən 

qaçaq yoldaşları Kərim və Əşrəf də onunla birlikdə idilər. Onlar pusquya düşürlər, 

Qaçaq Abbas havada tütün qoxusunu duyur və tələyə salındığını anlayır. 



78 

 

   Qaçaqları  Xədicənin  qonşusu  Məhəmməd  satmışdı.  O  buraya  kiminsə 



gələcəyini əvvəldən hiss etmiş, və inqilabi sayıqlıq nümayiş etdirmişdir. 

  Pusquda  duran  dəstəyə  erməni  millətindən  olan  çekistlər  Badalyan  və 

Vartan rəhbərlik edirdilər. Döyüş başlanır. Əvvəl Əşrəfi, sonra isə Kərimi vururlar. 

Snayper  Səmir  Qaçaq  Abbası  da  yaralayır,  qayanın  arxasına  çəkilməyə  macal 

tapan  Qaçaq  Abbas  onun  yerini  müəyyən  edir  və  cavab  atəşi  ilə  Səmirin  düz 

alnından  vurur.  Abbasın  olduğu  mövqe  üzük  kimi  əhatəyə  alınmışdı.  Ağır  yaralı 

halda bu mühasirədən çıxmaq qeyri-mümkün idi. Bunu başa düşən Abbas həyatını 

olduqca baha  satmağa, son damla  qanına  qədər vuruşmağa  qərar verir. Bu şərəfli 

ölümü  allahsız  bolşevik  rejimi  ilə  uzun  illər  apardığı  mübarizə  dastanının 

yaddaqalan epiloquna çevirmək istəyirdi. Buna da nail olur. 

  Çox  saylı  yaralarından  axan  qana,  dəhşətli  ağrılara  baxmayaraq  barıt 

tüstüsündən, tərdən qapqara qaralmış halda qaş qaralana qədər vuruşur. Qüvvəsinin 

tükəndiyini  hiss  etdikdə  isə  özünü  vurur.  Qaçaq  Abbas  günəşin  qürub  çağının 

insana  təlqin  etdiyi  qəriblik  duyğusunun  qanadlarında  bu  əzabla  dünyanı  tərk 

etdi.

64

 



  Bəxtiyar Vahabzadənin xatirələrindən: 

  «...Qaçaq  Abbasın  meyitini  dağdan  düşürdükləri  indi  də  gözümün 

qabağındadır. Meyiti şəlin üstünə qoyub dağ aşağı sürüyürdülər. 

  Eybəcər  şəklə  salınmış  meyiti  milis  idarəsinin  qarşısında  şəlin  üstündə 

uzatmışdılar.  Bütün  şəhər  meyitin  yanından  keçməli  idi.  Bununla  rəsmi  dairələr 

adamları  qorxudub  demək  istəyirdi  ki,  hökumətdən  narazı  adamların  aqibəti  belə 

olacaq». 

65

 



   1939-cu  ildə  cəsarətli  hücumları  ilə  hakimiyyət  orqanlarını  daim  təşviş 

içində saxlayan ələkeçməz xalq qisasçıları zəyzidli Xudu İbrahim Abdulla oğlunun 

və  bideyizli  Cəfər  Mirzə  oğlunun  qaçaq  dəstələri  də  sıradan  çıxarıldı.  Bu  hadisə 

əsasən ermənilərin başçılıq etdiyi Azərbaycan hüquq-mühafizə orqanlarının böyük 

uğuru kimi qeyd edilmişdir. 

  Azərbaycan  XDİK  Yemelyanovun  1940-cı  il  yanvar  ayının  10-da  verdiyi 

24 saylı əmrin məzmunu bunu təsdiq edir. Əmrdə qaçaqlara quldur epiteti vurulur, 

onlar  soyğunçuluqda,  qətllər  törətməkdə  ittiham  olunur.  Əslində  isə  qaçaqların 

qəzəbi xalqa zülm etməkdə ad çıxarmış ayrı-ayrı bolşevik çinovniklərin və xüsusi 

xidmət  orqanları  işçilərinin  üzərinə  yönəlmişdi.  Qaçaqlar  tərəfindən  1932-ci  ildə 

Azərbaycan DSİ-nin Cəfərabad şöbəsinin müvəkkili, milli mənşəcə erməni olan və 

bədnam  əməlləri  ilə  yerli  əhalinin  nifrətini  qazanmış  Aqacanovun  öldürülməsi 

bunu sübut edir. Sənədin məzmunundan o da məlum olur ki, elin igid övladlarının 

                                                           

64

  Qaçaq  Abbasla bağlı  epizodlar  Nəzir  Eltəkinin  «Qaçaq  Abbas»  poemasına  (Bakı,  Gənclik, 2001  və 



ixtiyar yaşlı kişilərin söhbətlərinə istinad edilərək yazılmışdır  

65

 Bəxtiyar Vahabzadə. Şənbə gecəsinə keçən yol. Bakı, Azərnəşr, 19.91, s. 259 



 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə