ŞƏKİ Üsyanlari



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə34/35
tarix14.04.2018
ölçüsü0,79 Mb.
#38232
1   ...   27   28   29   30   31   32   33   34   35
    Bu səhifədəki naviqasiya:
  • Əmr.

79 

 

məhv  olmasında  karaxanovların,  tumanyanların  tərəfindən  öz  soydaşlarımız  da 



iştirak etmişdilər. 

   Həmin sənədi diqqətinizə çatdırıram: 

 

Əmr.  

 

Surəti: 


   Azərbaycan SSR Xalq Daxili İşlər Komissarı 01 yanvar 1940-cı il. № 24. 

Bakı şəhəri. 

   1927-ci ildən Nuxa rayonunun ərazisində fəaliyyət göstərən Xudu İbrahim 

Abdulla oğlunun Zəyzid və Cəfər Mirzə oğlunun Bideyiz siyasi quldur qruplarının 

son qalıqlarına qarşı əməliyyat aparılıb. 

  Adı  çəkilən  quldur  qruplar  illər  ərzində  Nuxa,  Vartaşen  və  b.  qonşu 

rayonlarda kolxozçular, kənd fəalları, partiya-sovet aparatı nümayəndələrinə qarşı 

50 terror aktı törətmişlər. 

   1932-ci  ildə  həmin  banda  ilə  toqquşmada  Azərbaycan  SSR  DSİ-nin 

Cəfərabad rayon şöbəsinin mütəvəkkili Aqacanov yoldaş öldürülmüşdür. Qətllərlə 

yanaşı  quldur  dəstəsi  soyğunçuluq,  kolxoz  əmlakının,  evlərin  yandırılması  və  s. 

məşğul olmuşdur. 

   «Sovet» adına kolxozun sədri Əsgərov Abdulla Məmməd oğlunun, Aşağı 

Şabalıd kəndinin sakini Mahmudov Həsənin, Yun tədarükü idarəsinin Nuxa rayon 

şöbəsinin  rəisi  Tumanyan  Sərkis  Avahimoviçin,  Aşağı  Göynük  kəndinin  sakini 

Sadıxov-Əsgərov  Talıbın,  meşəbəyi  Mustafa  Qurban  oğlunun  və  «Sovet»  adına 

kolxozun  briqadiri  Həbillah  Nəsrulla  oğlunun  XDİK-na  etdikləri  köməyin 

sayəsində,  göstərdikləri  fədakarlıq  və  qətiyyət  hesabına  1939-cu  ilin  martından 

sentyabrına  kimi  olan  müddət  ərzində  bu  quldur  dəstələrinin  başçıları  Xudu 

İbrahim  Abdulla  oğlu,  Cəfər  Mirzə  oğlu  və  həmin  dəstələrin  üzvləri  İsgəndər 

Molla  Məmməd  oğlu,  Əşrəf  Cəfər  oğlu  məhv  edilmiş,  Yəhya  Abdulla  oğlu  və 

Sabir  Qafar  oğlu  diri  ələ  keçirilmişlər.  Beləliklə,  birləşmiş  Zəyzid-Bideyiz  siyasi 

quldur dəstəsi tamamilə ləğv edilmişdir. 

   Əsgərov  Məmməd  Abdulla  oğlunun,  Mahmudov  Həsənin,  Mustafayev 

Mustafa  Qurban  oğlunun,  Tumanyan  Sərkis  Avahimoviçin,  Sadıxov-Əsgərov 

Talıbın,  Rəhim  Məmməd  oğlunun  və  Həbillah  Nəsrulla  oğlunun  yüksək 

vətənpərvərliyini  qeyd  edərək  onların  hamısına  pul  mükafatı  verməklə  təşəkkür 

elan etmək XDİK-nin Nuxa şəhər şöbəsinin rəisi Karaxanova həvalə edilsin. 

   Əmrin  əsli  Azərbaycan  SSR  XDİK-nin  bütün  rayon  şöbələrinin  operativ 

heyəti qarşısında, həmçinin XDİK-nin bütün hərbi hissələri qarşısında elan edilsin. 

   Azərbaycan  SSR  Xalq  Daxili  İşlər  komissarı,  təhlükəsizlik  xidməti 

mayoru Yemelyanov. 

   Azərbaycan  SSR  Xalq  Daxili  İşlər  Komissarlığı  ikinci  şöbənin  rəisi, 

təhlükəsizlik xidməti kapitanı Qriqoryan. 




80 

 

  Doğrudur:  Azərbaycan  SSR  Xalq  Daxili  İşlər  Komissarlığının  Nuxa 



şöbəsinin rəisi təhlükəsizlik xidməti baş leytenantı Karaxanov.

66

 



  Yuxarıdakı  sənəddə  ləğv  edilənlərin  sırasında  adı  xatırlanan  İsgəndər 

Molla  Məmməd  oğlu  pəhləvan  cüssəli,  olduqca  cəsur  bir  insan  idi.  1939-cu  ildə 

onu  aldadaraq  oylağı  olan  dağlardan  qoparıb  əvvəlcədən  pusqu  qurulmuş  San 

Qobu  deyilən  əraziyə  gətirmişdilər.  Əl-qolu  açıq  ikən  ona  yaxın  gəlməyə  cürət 

etməyərək  kəməndə  salmış,  sonra  isə  güllələmişdilər.  Bununla  da  ürəkləri 

soyumamış, meyitin başını kəsmişdilər. 

  Nuxa-Zaqatala dairəsində qaçaqçılıq hərəkatının məşhur simalarından biri 

də  Vartaşen  (Oğuz)  rayonunun  Muxas  kəndindən  olan  Tapdıq  Üzeyir  oğlu 

Mikayılov  idi.  Bolşevik  rejiminin  müəyyən  etdiyi  meyarlar  baxımından  ortabab 

kəndli  zümrəsinə  mənsub  olan  Tapdığın  Muxasda  balaca  bir  dəyirmanı  vardı. 

1918-ci ildə Calud talanı zamanı islamı qəbul etmiş Ağasəf adlı bir nökəri də olub. 

Bu nökər Tapdığın həyatının sonrakı mərhələsində üzləşdiyi bütün fəlakətlərin əsas 

baiskarı  oldu.  On  birinci  bolşevik  ordusu  sıralarına  qoşulmuş  Ağasəf  onu  yeni 

ağalarına  sovet  hökumətinin  təhlükəli  düşməni  kimi  təqdim  edir.  Bu  təqdimat 

Tapdığın boynuna keçirilən ölüm ilgəyinə çevrildi. 1920-ci ilin mayında on birinci 

ordunun  sağa-sola  ölüm  saçdığı  günlərdə  onu  həbs  edib  güllələmək  üçün  Şəkiyə 

aparırlar. Sanki hər şey bitmiş, ölüm qaçılmaz olmuşdu. 

  Lakin möcüzə baş verir. Tapdıq qaçıb xilas ola bilir. O, 1930-cu ilə qədər 

yarı qaçaq həyat tərzi keçirir. Bəli, belə hallar da mövcud olmuşdur. Adətən bu cür 

gün-güzəran  sürən  adamlar  silahı  əllərindən  yerə  qoymadan  təsərrüfatla,  əkin-

biçinlə məşğul olurdular. 

  Qaçaq  Tapdıq  1930-cu  ildə  başlanmış  Şəki  üsyanında  iştirak  edir.  Üsyan 

yatırıldıqdan sonra yenidən dağlara-daşlara pənah aparır. 

  Tapdıq  bolşevik  rejiminin  törətdiyi  rəzalətlərə  qarşı  çıxıb,  üsyan 

hərəkatında  iştirak  edəndə  də,  ləyaqətinə  qarşı  yönələn  alçaq  əmələ  görə  Muxas 

kəndində  Qazi və  Kamil  kimi əclafları güllələyəndə  də, bacısının namusuna  qəsd 

edən Baş Daşağıllı qoçu Məhəmmədi cəhənnəmə vasil edəndə də qisasçı idi. Şərəf 

və ləyaqət qisasçısı. Bu elə insanlıq naminə aparılan mübarizə idi. 

   1930-cu  ildə  atası  Üzeyir  kişini  və  üç  əmisini  güllələdilər.  Doğmalarının 

məhv  edilməsi  onun  həyatının  ən  faciəli  səhifələrindən  biri  idi.  Qanı-qanından, 

canı-canından  olan  əzizlərinin  qətlindən  irəli  gələn  ürək  çatladan,  üzücü  kədərlə 

uzun müddət baş-başa qaldı Tapdıq. 

   Qaçaq Tapdığı xəyanətin qara kölgəsi tora saldı. 1941-ci ilin oktyabrında 

hakimiyyət  orqanları  onu  Şəkinin  Oraban  kəndində,  evində  yaşadığı  Gözəl  adlı 

qadının xəyanətindən bəhrələnərək qətlə yetirdilər. 

  Qaçaqçılıq  hərəkatının  son  mərhələsində  qaçaqlara  qarşı  intensiv  təqib 

mühiti  yaradılmışdı.  Bu  işə  cəmiyyətin  bütün  zümrələrinin  nümayəndələri  cəlb 

                                                           

66

 Şəki arxivi. Əsas fond 2, saxlama vahidi 219, vərəqə 124 




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə