S.ƏLİyev: “TƏDRİSİn yüKSƏk səVİYYƏDƏ aparilmasi müƏLLİMLƏRİn təLƏBƏLƏRƏ olan



Yüklə 313,35 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix14.10.2017
ölçüsü313,35 Kb.
#4999
1   2   3   4   5   6   7

30 sentyabr 2015-ci il

http://www.amu.edu.az

5

-  Bu  il  universitetin  müalicə-



profilaktika, 

stomatologiya, 

əczaçılıq,  hərbi  tibb,  tibbi 

profilaktika  və  tibbi  biologiya 

fakültələrinə minə yaxın tələbə 

qəbul olub. Adətən yüksək bal 

toplayanlar 

universitetimizə 

qəbul  olduğundan,  bu  il  də 

elə  olub.  Sevindirici  haldır  ki, 

bu  il    qəbul  olan  tələbələrin 

400-ə yaxını 600-dən çox bal 

toplayanlardır.  Bu  isə  əlaçı 

tələbə  deməkdir.  Tələbələrin 

24-ü prezident təqaüdçüsüdür. 

“Bilik 


günü” 

münasibətilə 

hörmətli  rektorumuz,  akade-

mik  Əhliman  Əmiraslanov 

tələbələrlə görüş keçirdi. Onun 

həm  də  bu  günlərdə  prezi-

dent təqaüdçüləri ilə də görü-

şü  oldu.  Dəyərli  tövsiyələrini 

verərək  yeni  tədris  ilində 

on lara 


uğurlar 

arzuladı.                                                                                                                           

Bil diyiniz 

kimi 


universitet 

rəhbərliyi  daima  əlaçı  tə lə-

bələrin  fəaliyyətini  diqqətdə 

saxlayır.  Hər  il  olduğu  kimi, 

bu  il  də  “Sabah”  qrupu  təşkil 

olunub.  Bu  qrup  3-cü  kurs-

dan  fəaliyyət  göstərir.  Aşağı 

kurslarda  oxuyan  tələbələr 

üçün  də  bu  tipli  qrup  yara-

dılır.  Çalışırıq  ki,  tələbələr 

həmçinin  ingilis  dilində  də 

dərs  alsınlar.  Tədrisin  yüksək 

səviyyədə 

təşkilini 

təmin 

etmək  məqsədi  ilə  möhtərəm 



Prezidentimizin  fərmanları  ilə 

universitetin  yeni  klinikaları 

inşa edilərək istifadəyə verilib. 

Tədris  aparma  ərazisi  əvvəlki 

illərə  nisbətən  3  dəfəyədək 

genişləndirilib.    Bu  da,  heç 

şübhəsiz,  tələbələrin  tibbi  ba-

carıqları 

mənimsəməsində 

müs bət  rol  oynayır.  Yataqxa-

na  da  əsaslı  təmir  olunaraq 

tələbələrin  ixtiyarına  verilib. 

Tələbələr üçün bu ildən başla-

yaraq  kitabxana  əsaslı  təmirə 

başlayıb.  Təmir  başa  çatdıq-

dan sonra elektron kitabxana-

nın  təşkil  olunacağı  nəzərdə 

tutulub.  Bu  da  tələbələrin 

tədrisi 

yüksək 


səviyyədə 

mənimsəməsində  əhəmiyyətli 

rol oynayacaq. 

“Yeni  dərsliklər  nəşr 

olunub”

 

- Bu il tələbələr dərslik problemi 

ilə üzləşməyəcəklər ki?

-  Son  zamanlar  yeni  dərs-

liklərin  sayı  artıb.  Bizim  əksər 

kafedramızda  dərsliklər  ha-

zırlanaraq  çap  olunub.  Pato-

loji  fiziologiya  kafedrasında 

əvvəllər situasiyalarla bağlı və 

test  suallarına  dair  dərsliklər 

olub.  Dərsliklərimiz  bir  neçə 

il öncə həm kril, həm də latın 

əlifbası  ilə  çap  olunmuşdu. 

Yeniləşməyə  ehtiyac  oldu-

ğuna  görə,  kollektiv  son  tibbi 

nailiyyətlər  nəzərə  alınmaqla 

yeni  dərslik  hazırlayaraq  çap 

etdirib,  tələbələrə  tədris  olu-

nur. Doğrudur, bütün kafedra-

lar hələ ki, azərbaycan dilində 

dərsliklərlə əhatə olunmasalar 

da,  hesab  edirəm  ki,  yaxın 

gələcəkdə bu problem mütləq 

aradan  qaldırılacaq.  Amma 

demək olar ki, kafedraların  90 

faizi  tam  dərsliklə  təmin  olu-

nub. 

- Yüksək bal toplayan tələbələr 

sonralar 

tədris 

prosesində 

problemlərlə üzləşmir?

- Yüksək    balla univer siteti-

mizə  daxil  olan  tələbələrin 

demək  olar  ki  əksəriyyəti 

özləri ni  doğruldur.  Hazırda 

ka fedralarımız  da  tələbələrin  

qəbu luna  tam  hazırdır.  Hör-

mətli  rektorumuz  Əhliman 

müəl limin  göstərişi  ilə  ka-

fedralar  texniki  vasitələr  və 

raktivlərlə 

təchiz 


olunub. 

Təd risin  yüksək  səviyyədə 

aparılması,  keyfiyyət  göstə-

riciləri  isə  indən  sonra  müəl-

limlərin 

tələbələrə 

olan 

münasibətindən asılı olacaq. 



Tələbə 

çətinlikdən 

qorxmamalıdır...

Yeni  tədris  ilinin  başlaması 

ilə əlaqədar tələbələrlə də gö-

rüşüb,  onların  təəssüratlarını 

oxucularımızla  bölüşmək  qə-

rarına gəldik. Bizi ən çox ma-

raqlandıran isə yeni qəbul olan 

tələbələrin fikirləri idi. 

Hərbi  tibb  fakültəsinin  I  kurs 

tələbəsi  Mirmövsüm  Şixəliyev 

uşalıqdan  həkim  olmaq  ar-

zusunda  olduğunu  bildirir.  O, 

əvvəllər  stomatoloq  olmaq 

istəyib.  Böyüdükcə  fikrindən 

daşınıb.  Seçimi  hərbi  tibb 

fakültəsi  olub.  Bu  il  imtahan 

verərək  401  balla  universitetə 

qəbul  olub.  Dərslərin  çətin 

olduğunu  dilə  gətirən  Mir-

mövsüm  müəllimlərindən  ra-

zıdır.  Hesab  edir  ki,  tənbəllik 

etməsə, çətinlikləri arxada qo-

yacaq. 

Mirmövsimin  tələbə  yoldaşı, 



hərbi  tibb  fakültəsinin  I  kurs 

tələbəsi  Kamran  Yunisov  da 

dərslərin  çətin  olmasını  desə 

də,  yaxşı  oxuyan  tələbə  üçün  

bunun problemli hal olmadığı-

nı, çətinliyin onu qorxutmadığı-

nı bildirdi: “ Tibb Universitetinə 

527  balla  qəbul  olmuşam. 

Mən elə əvvəldən bura hazır-

laşmışam.  Bu  gün  Vətənimizi 

düşmənlərdən 

qoruyanlar 

bizim  cəsur  hərbçilərimiz  və 

əsgərlərimizdir.  Ona  görə  də 

qəlbimdən keçdi ki, Vətənimizi 

göz  bəbəyi  kimi  qoruyunların 

sağlamlığının  keşiyində  du-

rum.  Hesab  edirəm  ki,  mən 

bu addımı atmaqla qismən də 

olsa,  Vətən  qarşısında  borcu-

mu yerinə yetirmiş olaram”.  

I  müalicə  işi  fakültəsinin  I 

kurs tələbələri Aytac Həmido-

va, 


Dürdanə 

Yusifova, 

Şəms  Qurbanzadə,  Fidan 

Rüstəmzadə,  Raya  Əliyeva, 

Elvin  Mirzəyev  də    həkim  ol-

maq  arzusunda  olduqlarını 

bildirdilər.  Universitetə  qəbul 

olduqları  üçün  çox  seviniblər. 

Müəllimlərdən  və  tələbə  yol-

daşlarından  razılıq  etdilər. 

Qədəm  qoyduqları  bu  yeni 

həyatda özlərinə dost və rəfiqə 

də tapıblar. Savadlı həkim kimi 

universiteti  bitirmək  arzusun-

da olduğunu da bildirdilər. 

Fətəliyev  Məhərrəm  də  580 

bal  toplayaraq  stomatolo-

giya  fakültəsinə  daxil  olan 

tələbələrdəndir.  Ona  stoma-

toloq  olmaq  arzusunu  atası 

aşılayıb.  Məhərrəm  deyir  ki, 

atasının bu peşənin incəlikləri 

ilə  bağlı  söylədiyi  fikirlərin 

müsbət təsiri olub. Hesab edir 

ki,  bu  peşəni  müəllimləri  ona 

bir daha sevdirəcəklər. 



“Bu ölkəni və milləti çox 

sevdim”

Bəllidir  ki,  universitetdə  yerli 

tələbələrlə  yanaşı,  minə  ya-

xın  əcnəbi  tələbələr  də  təhsil 

alır. Biz onlarla da görüşməyə 

nail olduq. İran İslam Respub-

likasından  olan  II  müalicə-

profilaktika  fakültəsinin  3-cü 

kurs  tələbəsi  Saman  Möhtati 

Tibb  Universitetində  təhsil  al-

dığı  üçün  fəxr  etdiyini  bildirdi: 

“Bu  universitetdə  yaxşı  oxu-

maq  isə  tələbədən  asılıdır. 

Tələbə inkişaf  etmək istəyirsə, 

mütləq  çalışmalıdır.  Çün-

ki  burada  birmənalı  olaraq, 

tələbənin  biliklərə  və  təcrübi 

vərdişlərə  yiyələnmələri  üçün 

hər  cür  şərait  var.  Həm  kli-

nik,  həm  də  adi  dərsləri  nor-

mal  şəkildə  davam  etdiririk. 

Müəllimlərimizin  savadından 

və bizə göstərdikləri diqqət və 

qayğıdan tam razıyıq” 

Kərküklü Ömər Hamdi Cihad 

da S.Möhtati ilə eyni fakültədə 

oxuyur: 

“Burada 


oxumaq 

mənim  üçün  böyük  fəxrdir. 

Elə  uşaqlıqdan  həkim  olmaq 

istrəmişəm. Müəllimlərimizdən 

razıyam.  Azərbaycan  və  bu 

ölkənin  insanları  mənim  çox 

xoşuma  gəldi.  Əgər  universi-

teti bitirəndən sonra bir həkim 

kimi  məni  burada  saxlasalar, 

məmuniyyətlə razılıq verərəm. 

Hər şey qaydasındadı.”

Əlbəttə,  yeni  tələbə  üçün 

yeni şəraitə alışmaq müəyyən 

vaxt tələb edir. Dərslərin ağırlı-

ğı oxumaq və çalışmaq istəyən 

tələbəni  heç  vaxt  qorxutma-

malıdır.  Onlar  bir  şeyi  unut-

mamalıdırlar ki, nə qədər ağır-

lığa  qatlaşsalar  və  nə  qədər 

çalışsalar,  bir  o  qədər  yaxşı 

mütəxəssis  olacaq,  xalqına 

bir  o  qədər  xeyir  verəcəklər.                                        

Onlara yaxşı həkim olmalarını 

arzulayan



Qabil ABDULLAYEV

Fotolar Cənnətalı Çingizindir

S.ƏLİYEV:

“TƏDRİSİN YÜKSƏK SƏVİYYƏDƏ 

APARILMASI MÜƏLLİMLƏRİN TƏLƏBƏLƏRƏ 

OLAN MÜNASİBƏTİNDƏN ASILI OLACAQ” 

H

ər il olduğu kimi, bu il də sentyabrın 15-dən etibarən 

Respublikada  fəaliyyət  göstərən  orta  və  ali  təhsil 

müəssisələrində yeni tədris ilinə start verilib. Qızmar 

yay tətilindən qayıdan Azərbaycan Tibb Universitetinin tələbə 

şəhərciyində  də  bir  canlanma  var.  Tələbə-müəllimlərin  yeni 

tədris ilinə necə başladıqları və ümumiyyətlə universitetdə bu 

münasibətlə  hazırlığın  hansı  səviyyədə  olduğunu  öyrənmək 

məqsədilə tədris işləri üzrə prorektor, professor Sabir Əliyevin 

“Təbib” qəzeti üçün mövqeyini öyrənməyi lazım bildik: 


Yüklə 313,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə