Səməd bəy Mehmandarovun 160 illik yubileyi ilə əlaqədar məktəbdə keçirilən tədbirin ssenarisi Birinci aparıcı



Yüklə 62,13 Kb.
səhifə14/17
tarix21.05.2022
ölçüsü62,13 Kb.
#87634
1   ...   9   10   11   12   13   14   15   16   17
ssenari

Bu yerdə kiçik səhnəcik:
Mehmandarov rolundakı şagird:
-Bizim ana dilimiz Azərbaycan dilidir. Biz bu dildə danışmalı. Bu dili qəlbimizə yaxın, ruhumuza qida bilməliyik. Odur ki, bütün əsgər heyətinə öz ana dilində salamlaşmanı əmr edirəm.
-Salam əsgər!
Uşaqlar xorla:
- Salam
(Məruzəni oxuyan şagird davam edir.)
Ordunu milli zabit kadrları ilə tə’min etmək üçün hərbi təhsil müəssisələrinin yaradılması zəruri idi. Bu məqsədlə 1918-ci ilin iyun ayında Gəncədə hərbi məktəb yaradıldı. 1918-1920-ci illərdə türk və rus zabitlərinin köməkliyi ilə piyada və atlı polklar, artilleriya briqadası, diviziyası yaradıldı. Azərbaycan ordusunu silah sursatla təmin etmək məqsədi ilə hökümət 1920-ci ilin yanvar ayında hərbi sənaye kompleksinin yaradılması haqqında qanun layihəsini, Gəncədə tikiləcək hərbi zavodunun smetasını və ştatını hazırlamışdı. 1920-ci ilin fevral ayının 23-də parlament hərbi zavodun tikilməsi və onun üçün 670 milyon vəsaitin ayrılması haqqında qanun qəbul etdi. Nəzərdə tutulmuş proqramın həyata keçirilməsi üçün Azərbaycan Demokratik Respublikası höküməti Antantanın Ali şurasına memorandum göndərmiş və hərbi zavodun müasir texnologiya ilə tə’min edilməsini xahiş etmişdi.
Azərbaycan Demokratik Respublikasının ordu qruculuğu siyasətində milli hiss, milli birlik, milli iftixar, vətənə, torpağa bağlılıq duyumu əsas prinsiplərdən biri idi. Hər bir zabit və əsgər özünün tarixini, keçmişini, kökünü, soyunu bilməli, onlara qırılmaz köklərlə bağlı olmalıdır. Əsgər və zabit hər şeydən əvəl vətəndaş, vətənpərvər olmalı, vətənini, dilini, millətini sevməlidir, onların qeyrətini çəkməlidir. Bu milli xüsusiyyətləri nəzərə alan Səməd bəy Mehmandarov əsgər və zabitlərin, xalqımızın tarixini, qəhrəmanlıq ən’ənələrini əks etdirən kitablarla təmin edilməsinə xüsusi fikir verir, bu kitabları oxumaq üçün onlara şərait yaradırdı. Səməd bəy Mehmandarov yazırdı: "Ziyalılarımızın ən mühüm vəzifələrindən biri xalqı və əsgərləri öz tarixi ilə tanış etməkdir. Bu, şübhəsiz ki, xalqın milli hisslərini və türk irqinə məxsusluğu ilə iftixarını artıracaqdır".
1919-cu ildə Bakıya gəlmiş ingilis jurnalisti Skotlend Liddel yazır: Bakıya çatdım.Hər yerdə yol boyu yeni qurulmuş Azərbaycan ordusunun əsgəri ilə qarşılaşdım. Hamısı hərbi salam verirdi. Mən təəəcüb içində idim. Bu mənim son 2 ildə gördüyüm adamlar deyildi. Bunlar yeni adamlar idi.İntizamlı gənc və qüvvətli əsgərlər idi.
Səməd bəy separatistlərə, ölkəni parçalamağa səy göstərənlərə xatıladırdı ki, Azərbaycanın güclü, nizamlı ordusu vardır, bu ordu cinayətkarlara dövlət əleyhinə fəaliyyət göstərənlərə imkan verməyəcəkdir. Lakin real vəziyyətdən xəbərdar olan bəzi düşmən qüvvələr Azərbaycan Demokratik Respublikasının gənc ordusunun döyüş hazırlığının aşağı səviyyədə olduğunu zənn edərək ona qarşı təxribat əməliyyatları həyata keçirməyə səy göstərirdilər. Elə bu təsəvvürlə erməni daşnakları Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədi ilə 1920-ci ilin mart ayının 22-də Əsgəran keçidini bağladılar və Qarabağın dağlıq hissəsini blokadaya aldılar. Bu təhlükəli vəziyyəti aradan götürmək və daşnaklara dərs vermək üçün Azərbaycan Demokratik Respublikası hökuməti operativ və çox ciddi tədbirlər gördü. Hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə general Həbib bəy Səlimovun komandanlığı altında Əsgəran ətrafına güclü hərbi qüvvə göndərildi və başlanan döyüşdə düşmən darmadağın edildi, erməni yaraqlılarının qərargahı dağıdıldı, daşnak qiyamı yatırdıldı. Milli ordu özünün döyüş qabiliyyətini nümayiş etdirdi.

Yüklə 62,13 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə