Səməd bəy Mehmandarovun 160 illik yubileyi ilə əlaqədar məktəbdə keçirilən tədbirin ssenarisi Birinci aparıcı


(Mehmandorov rolunu canlandıran şagird)



Yüklə 62,13 Kb.
səhifə11/17
tarix21.05.2022
ölçüsü62,13 Kb.
#87634
1   ...   7   8   9   10   11   12   13   14   ...   17
ssenari

(Mehmandorov rolunu canlandıran şagird)
-Təslim olmaq?!Bir daha Müharibədə iştirak etməmək?! Mən hərbiçiyəm.Mən satqın deyiləm. Əgər dövlət mənə güvənərək məni buraya uzaq şərqə göndəribsə və üstəlik mən bir Azərbaycan övladıyamsa, mən Qafqazın havasını udmuşamsa qətiyyətlə belə bir rəzil, təslimçiliyə qol çəkə bilmərəm.
Bir daha Yaponiyaya qarşı müharibədə iştirak etməyəcəyi barədə iltizam vermədiyinə görə general-mayor Səməd bəy Mehmandarov əsir alınıb Yaponiyanın Naqoya şəhərinə göndərildi.
Aparıcı:
O, Rusiyaya 1905-ci il avqustun 23-də, Portsmut sülh müqaviləsi bağlanandan sonra qayıda bildi. Üç yüz otuz iki günlük məşhur Port-Artur qalasının müdafiəsi general Səməd bəy Mehmandarovun taleyinə belə yazıldı.
1-ci dünya müharibəsi illərində
(Şagirdlərdən biri oxuyur.)
Birinci dünya müharibəsi başlananda Mehmandarov Vladiqafqazda yerləşən 21-ci piyada diviziyasının komandiri idi. Birinci dünya müharibəsi illərində general Mehmandarov almanları bir neçə dəfə ciddi surətdə məğlub edən istedadlı sərkərdə kimi ad-san qazanmışdı. 1914-cü il sentyabrın on beşində keçirilən Lodz əməliyyatında general Mehmandarov xüsusilə şöhrət qazandı. Alman generalı Makenzenin qoşunları güclü hücumla İvanqorod şəhərini alıb sürətlə Lodz şəhəri uğrunda əməliyyata başladı. Güclü təzyiqlə geri çəkilən rus qoşunları çox ağır vəziyyətdə idi. Bütün mövqelərdə hücuma keçən almanlar dayanmadan irəliləyərək geri çəkilən rus qoşunlarının bir hissəsinin qarşısını kəsib mühasirəyə almağa çalışırdı. Mehmandarovun iyirmi birinci piyada diviziyası səksən birinci Abşeron, səksən ikinci Dağıstan, səksən üçüncü Samur və səksən dördüncü Şirvan polklarından təşkil olunmuşdu. Bu polkların hərəsinin özünəməxsus döyüş ənənəsi vardı. Korpus komandanı öz bölmələrinin müqəddəratı üçün təşvişə düşərək Mehmandarovun diviziyasının nə vəziyyətdə olduğunu telefonla ondan xəbər aldı. Səməd bəyin telefonda komandirlərə məxsus, mərd, qısa cavabı belə oldu: «Vəziyyət ağırdır. Hücuma keçirəm!». İki rus diviziyasının geri çəkildiyi belə bir ağır vaxtda Mehmandarovun diviziyası böyük bir inamla irəliləyən düşmənə ağır zərbələr vurub onu geri oturtdu. Üç günlük ağır döyüşlərdən sonra İvanqorod şəhərinin hüdudlarına çatıb onu mühasirəyə aldı. Birinci dünya müharibəsi tarixində Mehmandarovun bu müvəffəqiyyətli əməliyyatı alman generalı Makenzenin sürətli planlarını puça çıxartdı. Geri çəkilən iki rus diviziyasını isə mühasirəyə düşmək rüsvayçılığından xilas etdi. Həmin əməliyyat zamanı general Əliağa Şıxlinski Ali Baş komandan tərəfindən səhra toplarının baş müfəttişi yanında xüsusi tapşırıq generalı vəzifəsini daşıyırdı. Sonralar o yazırdı: “O zaman rus ordusunda yeni bir silah olan ağır səhra toplarının vəziyyətini yoxlamaq və bu sahədə fəaliyyətə istiqamət vermək üçün qərb cəbhəsinə çağırıldım. Mən yeddi korpusu gəzdim və müəyyən etdim ki, yalnız Səməd bəy Mehmandarovun korpusunda ağır topların vəzifəsi düzgün başa düşülmüş və bu toplar həmin vəzifələrə uyğun yerləşdirilmişdir. Bu iş topçu olan Mehmandarovun şəxsi təşəbbüsünün nəticəsi idi”.
Bu müharibədə misilsiz qələbələrə görə Mehmandarova tam artilleriya generalı rütbəsi verildi. 1915-ci ildə o, ikinci Qafqaz ordu korpusuna komandan təyin edildi. General Səməd bəy Mehmandarovun döyüşlərdə göstərdiyi igidliyi və əsgərlərlə xoş rəftarı haqqında onun müasirləri iftixarla söhbət açırlar. Mayor Hacıağa İbrahimbəyli yazır ki, general Mehmandarov birinci dünya müharibəsi zamanı olduqca çox şöhrət qazanmışdı. Vuruşmaların ən qorxulu dəqiqələrində onun misilsiz soyuqqanlığı və hədsiz qoçaqlığı rus ordusunda məşhur olmuşdu. Bununla bərabər o, olduqca ədalətli, namuslu, düz danışan adamları sevərək onlara kömək göstərən, ürəyi düz olmayanlara qarşı amansız bir adam idi. Şəxsən Mehmandarovu görənlərin hamısı təsdiq edir ki, ona tabe olanların hamısı ondan oddan qorxan kimi qorxar, lakin onu sevər, ona inanardılar. Mehmandarov əsgərlərlə həmişə xoş rəftar edərdi və daim onların qayğısına qalardı.

Yüklə 62,13 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə