Səməd bəy Mehmandarovun 160 illik yubileyi ilə əlaqədar məktəbdə keçirilən tədbirin ssenarisi Birinci aparıcı


(Axırıncı misranı uşaqlar xorla deyirlər.)



Yüklə 62,13 Kb.
səhifə7/17
tarix21.05.2022
ölçüsü62,13 Kb.
#87634
1   2   3   4   5   6   7   8   9   10   ...   17
ssenari

(Axırıncı misranı uşaqlar xorla deyirlər.)
Aparıcı
Port-Artur döyüşlərində, 1904-cü ildə Rus-yapon müharibəsi başlananda Səməd bəy Mehmandarovun qırx səkkiz yaşı vardı. Bir il idi ki, Yelizaveta Nikolayevna ilə ailə qurmuşdu. Yelizaveta Kiyev qadın gimnaziyasını bitirmişdi. Port-Artur hərbi səhra xəstəxanasında şəfqət bacısı işləyirdi. Səməd bəy kimi, o da zadəgan nəslindən idi.
Bir qədər də generalın şəxsi həyatından.
( Şagirdlərdən biri oxuyur)
Artıq müharibə Rus imperiyasının xeyrinə bitmək üzrə idi. Səməd bəy Mehmandarov artilleriya batalyonunun səhra hospitalında müalicə alan yaralı əsgərlərinə baş çəkməyə getmişdi. Əsgərlər komandirini görüb xeyli ruhlanmışdılar. Podpolkovnik onlarla söhbət edib zarafatlaşırdı... Tibb çadırlarını gəzən şəfqət bacısı içəri girib öz etirazını bildirdi:
- Cənab Mehmandarov, xəstələrə dincəlmək lazımdır lütfən buranı tərk edin...
Amiranə səsin sahibinə tərəf çevrilən Mehmandarov bir anlıq qaşlarını çatıb şəfqət bacısını diqqətlə süzdü, sonra isə uzaqlaşmaqda olan qızı həzin səslə çağırdı: 
- Anel, Anel...
...əsgərləri onu saxladılar: -Canab podpolkovnik, siz onu kiminləsə səhv salırsız. Tibb bacısının adı Lizadır.
Podpolkovnik qərargaha döndü. Çarpayısında uzanıb 47 illik ömür yolunu xatırlayırdı... İllər bir-birini əvəz etdikcə çiynindəki ulduzların və hərbi təltiflərin sayı da çoxalırdı. Polşada xidmət edərkən o, ömrünün ən gözəl çağlarını yaşayırdı. Burada o ilk məhəbbətini tapmışdı. Anel və Səməd bəy vaxt tapan kimi görüşürdülər. Bu eşq macərası sanki nağıllardakı kimi idi... Lakin bir gün Səməd bəy eşitdiyi xəbərdən sarsıldı. Onun Aneli çarəsi tapılmayan xəstəliyə tutulmuşdu...Anelin vəfatı heç nədən sarsılmayan hərbiçiyə böyük zərbə olmuşdu. O vaxtdan uzun müddət Mehmandarovu kimləsə münasibət qurmadı. Baş verənləri Yelizavetta Nikolayevnaya da danışmışdılar. Mehmandarov daha əsgərləri yoxlamağa getmirdi. Özünü günahkar sayan Liza bir axşam onun ardınca yollandı. Yerləşdiyi gərargahın qapısını açıb icazə istəmədən içəri keçdi:
- Olar, cənab podpolkovnik? Səməd bəy, mən sizdən üzr istəməyə gəlmişəm.
Mehmandarov cəld yerindən qalxdı:
- Nə danışırsız, xanım. Siz vəzifə borcunuzu yerinə yetirirdiniz...
- Əgər bizdən inciməmisizsə, onda yenə əsgərlənizə baş çəkməyə gəlin.

...Bir ay sonra - 1903-cü ilin martında Mehmandarov, Yelizaveta Nikolayevna ilə Peterburqa qayıtdı və həmyerlisi, dostu Əliağa Şıxlinskiya teleqram vurdu: "Səni toyuma dəvət edirəm.”


Səməd.
1904 –cü ildə rus-yapon müharibəsi başlayanda Səməd bəyin 48 yaşı vardı. Bu müharibədə Liza həyat yoldaşı ilə çiyin - çiyinə idi. Port-Artur limanında rusların eskadrasına hücum edən yaponlar zirehli gəmiləri və kreyseri yandırdılar. Ertəsi günü Səməd bəyi 7-ci Sibir atıcı –topçu diviziyasının komandiri təyin etdilər. Mehmandarovun diviziyası ərazini düşmən ordusundan təmizlədi. Göstərdiyi şücaət və şəxsi igidliklərə görə 1908-ci ilin 13 iyulunda Səməd bəyə general - leytenant rütbəsi verildi. Elə həmin ildə Mehmandarov ailəsində bir xoşbəxt hadisə baş verdi. Səməd bəy və Liza xanımın oğlu oldu. Səməd bəy körpənin adını Pir qoydu. Rus imperatoru II Nikolay bu münasibətlə Mehmandarova təbrik teleqramı göndərdi.Sonralar İqor adını daşıyan Pir Mehmandarov otuzuncu illərdə general ataya görə çox ağrılar, əzablar çəkdi.

Yüklə 62,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə