Səməd bəy Mehmandarovun 160 illik yubileyi ilə əlaqədar məktəbdə keçirilən tədbirin ssenarisi Birinci aparıcı



Yüklə 62,13 Kb.
səhifə6/17
tarix21.05.2022
ölçüsü62,13 Kb.
#87634
1   2   3   4   5   6   7   8   9   ...   17
ssenari

Səhnəcik
Rennenkampf: çinli əsgərlər Sisikara şəhərindən çıxır, onlara atəş açın.
Mehmandarov: Necə?? Atəş??
Rennenkampf: Siz mənim əmrimi müzakirə edirsiniz? Dərhal əmri yerinə yetirin
Mehmandarov: Bağışlayın cənab general. Bu əmri yerinə yetirə bilmərəm.
Rennenkampf : Mehmandarov siz əmri yerinə yetirmədiyinizə görə, batareya komandirliyindən çıxarılıb məhkəməyə veriləcəksiniz.
Mehmandarov: Mən hərbiçiyəm. Cani yox. Silahsız insanlara atəş açmağın qəti əleyhinəyəm. Bu əmriniz yerinə yetirilməyəcək.
Aparıcı:
Bu vaxt silahsız, hərbi paltarda, iki dəstə düşmən əsgəri təntənə ilə şəhərdən çıxmağa başladı. General nə qədər qışqırıb bağırdısa, Mehmandarov silahsız adamlara atəş açmadı. Bu əhvalatın canlı şahidi Əliağa Şıxlinski olub. Mehmandarov şəhərdən çıxan çinlilərin başı üstündən atəş açdırıb onları geri qaytardı. Sisikara şəhərində bir nəfərin belə qanı axıdılmadan Mehmandarovun batareyası tərəfindən alındı.
İkinci aparıcı:
Polkovnik Səməd bəy Mehmandarovun artilleriya batareyası 1902-ci ildə Mancuriya ərazisində öz xidməti borcunu yerinə yetirirdi. Komandanlıq ona mühüm bir tapşırıq vermişdi: Siyan-sin rayonunda yapon agentlərini— xunxuzların quldur dəstələrini ləğv etmək. Az bir müddətdə quldur dəstələrini ləğv edən Mehmandarovun divizionu onların başçısı, xunxuz generalı Çembeyinin özünü də əsir aldı. Həmin əməliyyatlardakı əla döyüş xidmətlərinə görə komandir Səməd bəy Mehmandarov üçüncü dərəcəli «Müqəddəs Vladimir» ordeni ilə təltif olundu. Əliağa Şıxlinskinin xatirələrində yazılır: «Mehmandarov bizdən ayrı olduğu bu müddətdə batareyaya mən komandanlıq edirdim. O, hissəmizə qayıdanda həyata keçirdiyim bütün tədbirlərlə tanış oldu, çox razı qaldı... Mehmandarov batareyanı qəbul etdi. Bütün dəftərlərdə və pulun qəbul edilməsi aktına qol çəkdi.
(Şagirdlər bu səhnəni canlandırırlar.)
Səhnəcik:
Şıxlınski: Buyurun.
(Bu rolu canlandıran şagird əlindəki zərfi Mehmandarov rolunu canlandıran şagirdə təqdim edir. Amma Mehmandarov pulları saymır..)
Şıxlınski təəccübünü gizlətmədən:
-Pulları niyə saymadınız cənab Mehmandarov:
Mehmandarov: ( gülümsünərək)— Siz ki, saymısınız, mənim saymağıma ehtiyac yoxdur.
(Mehmandarov həmişə kefi saz halda papağını yan qoyaraq, açarı cibinə qoyur və gedir.)
Kiçik rütbəli yoldaşlar da bu işə çox təəccüb edərək deyirlər:
- Bu necə ola bilər? Mehmandarov hər zaman dövlət pulu üçün necə can yandıran olub.
Şıxlınski: Mehmandarov kimi adamlar, adama bir dəfə inandılarmı, hər cəhətdən inanarlar. Məni isə Səməd bəy Mehmandarov 1888-ci ildən tanıyır.


Aparıcı:
Bəli bu iki generalın dostluğu möhkəm idi. Azərbaycan tarixinə adları qızıl hərflərlə yazılan iki tarixi şəxsiyyəti Səməd bəy Mehmandarovu və Əliağa Şıxlınskini bir-birinə vətənə sədaqət, sarsılmaz inam bağlayırdı.
Yaz, əziz qardaşım, qolun var olsun,
Eşqin Vətənimin bir ilk baharı.
Yaz, yarat, düşmənə çalsın qılıncı,
Məğrur "Azərbaycan generalları".

Yüklə 62,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə