Səməd bəy Mehmandarovun 160 illik yubileyi ilə əlaqədar məktəbdə keçirilən tədbirin ssenarisi Birinci aparıcı



Yüklə 62,13 Kb.
səhifə3/17
tarix21.05.2022
ölçüsü62,13 Kb.
#87634
1   2   3   4   5   6   7   8   9   ...   17
ssenari

Səhnəcik:
Hərbi təhsil dalınca
Aparıcı oxuyur:
1871-ci ildə Mehmandarovlar ailəsində şadlıq keçirilirdi. Sadıq bəy oğlunun orta təhsil alması münasibətilə Bakıda yaxın dostlarından ibarət bir məclis düzəltmişdi. Qarabağdan adlı-sanlı bəylər, yaxın qohumlar, Lənkərandan qulluq yoldaşları Sadıq bəyin sevincinə şərik olmağa gəlmişdilər. Şuşadan gələn qonaqlar özlərilə xanəndə də gətirmişdilər.Xanəndə Qarabağın igidlərini vəsf edirdi. Gecədən xeyli keçənə qədər davam edən məclisdən hamı deyə-gülə dağılışdı. Uzaqdan gələn yaxın qohumlar ailəvi söhbəti hələ də davam etdirirdilər.
Xanı bəy —yaxşı, Səməd bəy təhsilini kamil elədi. Biz də yığışıb onu təbrik elədik. Bəs sonrası, indi hansı ali məktəbə hazırlaşır?
Sadıq bəy—Ötən il, özü ilə söhbətimiz belə olub ki, gimnaziyaya getsin, müəllim olsun, onu da istəməz, bəyənməz doxtur, mühəndis... Bunların hansını istərsə... Xanı bəy-Yaxşı, bu, ötən ilin söhbəti, bəs indi, bu il nə fikirləşib?
Sadıq bəy-Bu nə sözdü canım, fikirləşmək də nə kəlimədi? Nə fikirləşəcək, kişinin sözü bir olar.
Xanı bəy-Nə bilim, ay qardaş, əgər sən deyən kimidirsə, bu ilin qərarını yəqin ki, özü vermiş olar. Çağır özündən soruşaq.
Sadıq bəy: -Oğul, bir bura zəhmət çək. Gəl, əminlə görüş, oğul.
Xanı bəy:—İgidin alnından öpərlər, sən ki, məktəbi əla bitirdin, demək igidsən. Eşq olsun sənə, qardaş oğlu. Yaxşı, qardaş oğlu, məktəbi bitirdin, yəni möhtəşəm bilik məbədinə gedən pilləkənin birini çıxdın, bəs sonrası, indi fikrin nədir, hara oxumağa gedəcəksən?
Aparıcı:
Səməd bəy susurdu. Dinmək istəyirdi, ancaq atasından ehtiyat edirdi. Axşamdan özlüyündə fikirləşmişdi ki, arzusunu əmisinə təklikdə deyəcək, o da bəlkə atasını yola gətirdi. Bir ilə yaxın idi ki, qəti qərara gəlmişdi: oxumağa hərbiyyə məktəbinə gedəcək.
Sadıq bəy: —Hə, dillən oğul, qonaqları, əmini intizarda qoyma. Hara istəyirsən? Tiflis gimnaziyasına, Xarkova, yoxsa Peterburqa?.. Maşallah, özün daha böyük oğlansan. Bəlkə mühəndis olmaq istəyirsən, bəlkə fikrindən təbabət elmi keçir?


Aparıcı:
Ata, demək olar, bütün sənətləri saydı, bircə Səməd bəyin bir ilə yaxın ürəyini hər eşidəndə sürətlə döyündürən hərbi kəlməsini dilinə gətirmədi. Bu qədər ağsaqqalın yanında susmağı nəzakətsizlik sayan Səməd bəy özünü toplayıb bəy oğluna məxsus təmkinlə cavab verdi:

Yüklə 62,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə