Səməd bəy Mehmandarovun 160 illik yubileyi ilə əlaqədar məktəbdə keçirilən tədbirin ssenarisi Birinci aparıcı


Səməd bəy—Ata, Peterburqa, amma hərbiyyə məktəbinə getmək istəyirəm. Sadıq bəy



Yüklə 62,13 Kb.
səhifə4/17
tarix21.05.2022
ölçüsü62,13 Kb.
#87634
1   2   3   4   5   6   7   8   9   ...   17
ssenari

Səməd bəy—Ata, Peterburqa, amma hərbiyyə məktəbinə getmək istəyirəm.
Sadıq bəy hərbiyyə sözünü eşidib yerində qurcalandı. Təəccüb və heyrətlə: —Hara dedin, oğul?
Səməd bəy:—Hərbiyyə məktəbinə getmək çoxdankı arzumdur. Mən ora hazırlaşmışam, ata!
Səsinin tonu dəyişmiş Xanı bəy: —Baho, qardaş oğlu, bu nə çətin oldu. Gələcəyin yolu yaman enişli-yoxuşlu oldu, qardaş oğlu. Bəri başdan yaxşı fikirləş ha...
Səməd bəy:-Bu mənim qəti qərarımdır, əmi!
Xanı bəy üzrxahlıq edib Sadıq bəyə təsəlli verdi: —Qardaş, uşağın arzusuna qarşı çıxma, hiss olunur ki, hərbiyyə işinə çox həvəsi var. Səməd bəy qanacaqsız uşaq deyil. Özün məndən yaxşı tanıyırsan. O sənəti sevməsə, bu qədər ağsaqqal hüzurunda deməzdi ki, bu mənim qəti qərarımdır. Allah xeyir versin...
Sadıq bəy hirslə: —Yava-yava danışma, mənim on beş oğlum yoxdur ki, birinin də başından keçib rusa verəm.
Xanı bəy—Rusa niyə verirsən, oxuyub qayıdacaq. Bakı, Gəncə, Tiflis qarnizonlarından birində xidmət edəcək. Xalqımızın bir silah tutan oğlu da artacaq.
Digər qonaq dillənir— Ay canım, gözüm, Mirzə Sadıq bəy, niyə belə danışırsan ey, bir de görüm, sən özün Peterburq Universitetinin hüquq fakültəsini bitirməmisən? İngilis, firənk və alman dillərini də orda oxuyanda öyrənməmisən? Sən şuşalı Hüseyn bəyin oğlu, qatırçı Muradın nəvəsi Rusiyada oxuyub gələndən sonra Muğanda pristav, Şamaxıda sahə iclasçısı, indi də Lənkəranda quberniya katibi deyilsən? Əşi, sevin ki, sənin gedib-gəldiyin yolu oğlun da gedir...
Sadıq bəy—Bəs o, gecə-gündüz Nizami, Füzuli oxuyurdu. Vidadi, Vaqif şerlərini əzbərləyirdi. Fars, türk dillərinin qrammatikasını öyrənirdi. Mən də sevindim ki, oğlum müəllim olacaq, xalqına gərək olan maarif işində çalışacaq.
Sadıq bəy hirslə —Oğul, bu sənin qəti qərarındır?
Səməd bəy —Bəli, ata...
Sadıq bəy—Axı, sən onu bilirsənmi ki, sənin atan Sadıq bəyin indiyədək nə hökumət qulluğunda, nə dostlar arasında, nə də ki, evdə bir sözü iki olmayıb. Heç kəs onun sözünün qabağına söz deməyib. Bizim nəsildə indiyədək bir nəfər belə hərbçi olmayıb. Bu mənasız fikir hardan sənin ağlına gəlib? Get, fikirləş, qərarını dəyiş, — kinayə ilə. — hərbçi olacaq,.. yox bir ...Elə bilirsən asandı gecə- gündüz çöllərdə qalmaq? Bu nə sənətdi? Qızmar günəşdə, sərt ayazda, dizə çıxan palçıqda günlərlə, aylarla çöllərdə qalacaqsan. Səni kimsə yoldan çıxardıb, yəqin ki... Dəyiş qərarını... On altı yaşın var, özünə sənət seçib, gün ağlaya bilmirsən.
Səməd bəy—Əziz ata, ilk dəfə sözündən çıxdığım üçün üzr istəyirəm. O ki, qaldı hərbiçi olmağa... hərbçi qızlardan olmur. Hərbiçi elə mənim kimi oğullardan olur...
Anası Böyüknənə dözə bilməyib oğluna qahmar çıxdı: —A kişi, uşağı bu qədər danlama, özün də boş yerə hirslənib əsib-coşma. Uşaqdı, indi deyib, bəlkə səhərə, o biri günə fikrini dəyişdi.
Sadıq bəy hirslə stulunu qabağa çəkib: —Görmürsən deyir ki, bu mənim qəti qərarımdır. Mənim də qəti qərarım, oğul, eşit və bil, ondan ibarətdir ki, səni heç yerə göndərməyə, nə də hərbiyyə məktəbində oxutmağa bir qəpik belə pulum yoxdur. Xoş gəldin, get, otur evdə mənim hərbiyyə məktəbinə göndərəsi oğlum yoxdu
Səməd bəy—Ata, mən qız deyiləm ki, evdə oturam. Sizin yardımınız olmasa da Peterburqa hərbiyyə məktəbinə oxumağa gedəcəm... Bu qəti qərarımdır. Çalışacam ki, vətənimə, obama layiqli övlad olum. Mənə xeyir dua verin. Hərbiçi olmaq təkcə arzu deyil, Mən damarlarımda axan qandan hiss edirəm ki, hərbiçi olmaq üçün doğulmuşam.
Aparıcı:
Öz qəti qərarını verən Səməd bəy ilk hərbi təhsil almağa beləcə getdi. Ailəsi hər nə qədər bu peşəyə isti münasibət bəsləməsə də o qərarını verdi. Nə yaxşı ki, hərbiçi oldu. Xalqımız daha bir layiqli oğul qazandı.

Yüklə 62,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə