Səməd bəy Mehmandarovun 160 illik yubileyi ilə əlaqədar məktəbdə keçirilən tədbirin ssenarisi Birinci aparıcı



Yüklə 62,13 Kb.
səhifə9/17
tarix21.05.2022
ölçüsü62,13 Kb.
#87634
1   ...   5   6   7   8   9   10   11   12   ...   17
ssenari

Birinci şagird:
-Yaralı zabitlərlə apardığım söhbətlərdən Mehmandarov haqqında bəzi şeyləri öyrəndim. O, cəsur, özünü çox sevən, tabeliyində olanlara tam ciddiyyətilə yanaşan bir adam idi. Onları məcbur edirdi ki, şəxsi mərdlikləri ilə hamıya nümunə olmağı bacarsınlar. Təbiətən coşqun, hərarətli olan bu adam sözünü çox kəskin deyirdi. Mehmandarov deyirdi ki, yalnız şücaət göstərməyi bacaran, ağılla özünü sevən adamları qiymətləndirir.
İkinci şagird:
Üçüncü fortun məğlubiyyəti bizim artilleriyanın vəziyyətinə pis təsir göstərdimi? — sualına Mehmandarov belə cavab verdi ki, artilleriya şəraitinin pisləşməsinə üçüncü fortun heç bir mənfi təsiri yoxdur. Kimsə döyüş meydanından belə bir xəbər gətirdi ki, bu gün general Fokla Mehmandarovun arasında ciddi mübahisə olub. Fok sübut etməyə çalışırdı ki, qala artıq dözməyəcək, Mehmandarov isə sübut edirdi ki, ayrı-ayrı istehkamların məhvi hələ qalanın sonu çatdığına sübut deyil, çünki müdafiənin ikinci xəttindən də müqavimət göstərmək olar. Döyüş meydanında isə tək-tək atırdılar.
Üçüncü şagird:
Müharibə zamanı qəribə bir hadisə baş verdi. Yapon artilleriyasının rəisi qərargahı ilə birgə qalaya gəlmişdi. Mehmandarovu axtarırdı. Səməd bəy Mehmandarov faktiki olaraq avqust ayının ortalarında bütün artilleriyaya rəhbərlik edirdi. Görüş zamanı o, belə bir söz işlətdi: Hörmətli qonaqlar yəqin səhv salıblar. Onlar çox güman ki, qala artilleriyasının rəisi, general Belını görmək istəyirlər. Lakin qonaqlar cavab verdilər ki, məhz mübarizə aparmaqda böyük əziyyət çəkdikləri, özlərinə möhtərəm rəqib sandıqları adamla — Mehmandarovla, tanış olmaq onlar üçün çox maraqlıdır. Onlar general Mehmandarovun şəninə çoxlu tərifli sözlər dedilər; etiraf etdilər ki, Port-Artur yaxınlığında yapon artilleriyasının itkiləri olduqca çoxdur. İyirmi beş minə kimi adam tələf olub, çoxlu yapon silahı məhv edilib.
Şagird 4
Həmişə ön cəbhədə olan Səməd bəy Mehmandarovun Port-Artur döyüşlərində xüsusi xidmətləri olmuşdur. Yaxşı ki, onun müasiri olan jurnalistlər Səməd bəyin döyüş fəalliyyətini qələmə almışlar. Jurnalist E. K. Nojin Port-Arturda çıxan “Novıy kray” qəzetinin xüsusi müxbiri olmuşdur. O, general Mehmandarovla həmişə ön xəttə görüşərmiş. Rus jurnalisti azərbaycanlı sərkərdənin vətəni Qafqaz üçün darıxmasının da şahidi olub. O yazırdı: Blindaja girdim. General Nadein həmişəki kimi sakitdir. Onun qərargah rəisi Stepanov yorğundur. Burda bir neçə zabit var. Mehmandarov da burdadır. Biz həmişəki kimi çox səmimi görüşdük. Mehmandarov heyranlıqla vətəni Qafqazı yad edirdi: — Qafqaz çox yaxşıdır, çox gözəldir! — deyirdi. — Təbiət hər şeyin keyfiyyətinə zəmanət verərək ona öz möhürünü vurmuşdur. Bilirsinizmi, mən indi heç nə. Mən yalnız bir azca istirahət istəyirəm. Ətrafda hər yanda mərmilər partlayırdı. Onların ikisi blindajın tavanına düşdü. Zabitlər qorxu hissi ilə ayağa durdular. İgid Mehmandarov isə heç tövrünü belə pozmadı. Onun iri, ağıllı gözlərində zərrəcə qorxu hissi yox idi.

Yüklə 62,13 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə