Səməd bəy Mehmandarovun 160 illik yubileyi ilə əlaqədar məktəbdə keçirilən tədbirin ssenarisi Birinci aparıcı



Yüklə 62,13 Kb.
səhifə5/17
tarix21.05.2022
ölçüsü62,13 Kb.
#87634
1   2   3   4   5   6   7   8   9   ...   17
ssenari

Bir məktəbli şeir söyləyir:
Uzun yola çıxmışam
Yol uzaqdan uzaqdı,
Yer var bürkü, istilik,
Yer var şaxta sazaqdı.
Xeyir-dua ver, ana!
Başın çəkib bilirsən
Karvan nədi, köç nədi,
Bu karvanda, bu köçdə
Savab nədi suç nədi.
Xeyir duası yoxsa,
Keçən ömür heç nədi.
Başı bəlalar çəkən
Bütün oğullar üçün
Qəriblərə yar üçün
Xeyir dua ver, ana.
Dünyanın bu başından
Özün yola sal məni.
Dünyanın o başıdı
Mən getdiyim yer, ana.
Xeyir-dua ver, ana,
Xeyir-dua ver, ana!
Aparıcı:
Mehmandarov haqqında danışarkən qeyri-ixtiyari Əliağa Şıxlinskini xatırlayırıq. Şıxlinskinin “Xatirələrim” kitabındakı ayrı-ayrı epizodlar yada düşür. Adama elə gəlir ki, Səməd bəy Mehmandarovun ömür yolunu Əliağa Şıxlinskidən yaxşı bilən ikinci şəxs olmayıb. Ona görə də tədbir boyunca Şıxlinskinin əvəzsiz xatirələrini yada salacayıq.
İkinci aparıcı:
Onlar ilk dəfə 1888-ci ildə tanış oldular. Bu dostluq 1931-ci ilin fevralına- Mehmandarov dünyadan köçən günə qədər davam etdi. Və bir neçə müharibə alovundan, inqilab tufanından keçib neçə nəsillərə nümunə oldu. Çox təəssüf ki, Səməd bəy Mehmandarov Əliağa Şıxlinski kimi hərbi memuar yazmayıb.
Bir hərbi xadim kimi, Səməd bəyin xidmətləri əvəzsizdir. Hərbi sərkərdə kimi rus hərb tarixçiləri, yazıçıları onun artilleriya sahəsindəki böyük nüfuzundan, qorxmazlığından, istedadından iftixarla yazırlar. Bu iki generalımız Port-Arturda yaponlara, Birinci dünya müharibəsində almanlara qarşı vuruşaraq ulu babalarımızdan gələn döyüş ənənələrini bütün dünyaya yaymışlar. Birinə “artilleriyanın allahı” fəxri adı, o birinə isə «Müqəddəs Georgi» ordeninin bütün dörd dərəcəsi verilib.
Birinci aparıcı:
Əliağa Şıxlinskinin xatirələrindən məlum olur ki, Mehmandarov ilk dəfə 1900-cü il avqustun 3-də çinlilərə qarşı vuruşmada ad-san qazanmışdı. Uzaq Şərqə hərbi xidmətə gələn gənc zabit Şıxlinski həmin ili Nerçinsk şəhərində düşərgə salmış Zabaykal topçu divizionunda həmyerlisi ilə görüşünü sevinclə qeyd edir: “Divizion iki batareyadan ibarət idi: birincisinə podpolkovnik Enqelma, ikinci batareyaya isə mənim həmyerlim və köhnə tanışım podpolkovnik Səməd bəy Mehmandarov komandanlıq edirdi. Şıxlinskinin xatirələrindən aydın olur ki, o, həmyerlisi ilə fəxr edirmiş. Bu da təsadüfi deyildi. Axı hərbin sərt qanunlarında, cavan zabit oğlu az müddətdə Rusiyanın ikinci və üçüncü dərəcəli “Müqəddəs Stanislav”, ikinci dərəcəli “Müqəddəs Anna”, üçüncü dərəcəli “Müqəddəs Vladimir”, sərkərdələrə məxsus “İgidliyə görə” (qızıl qılıncla birgə) ali ordenləri ilə təltif olunmuşdur. 1875-ci ildə Peterburqdakı Konstantin yungerlər məktəbini bitirən Səməd bəy hərbi biliyə olan güclü marağı və fitri istedadı sayəsində bir il keçməmiş podporuçik rütbəsi ilə təltif olunur. Bir az əvvələ qayıtsaq görərik ki, cəmi iki il Varşava hərbi dairəsində xidmət edən mayor Səməd bəy Mehmandarov şəhər hərbi məhkəməsinin üzvü seçilib. Əliağa Şıxlinski bunları bilirdi və həmyerlisinin Uzaq Şərqdə çinlilərlə döyüşdəki məharəti ilə haqlı olaraq fəxr edirdi.
İkinci aparıcı:
Zabaykal topçu divizionunun batareya komandiri Mehmandarov tapşırıq almışdı ki, Kiçik Xinqan dağ silsiləsini düşməndən müdafiə etsin. Komandir üç sıra səngər qurdurdu. Silsilənin coğrafi şəraiti çılpaq təpələrdən ibarət olduğuna görə batareya düşmənin atəşi altında özünə mövqe tutmalı idi. Özgə çıxış yolu yox idi. Bura topların qurulması, topçuların əl-qol atması üçün münasib deyildi. Batareya döyüşə hazır olan anda Zabaykal vilayətinin rəisi, general-mayor Rennenkampf əmr verir:

Yüklə 62,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə