Səməd bəy Mehmandarovun 160 illik yubileyi ilə əlaqədar məktəbdə keçirilən tədbirin ssenarisi Birinci aparıcı



Yüklə 62,13 Kb.
səhifə15/17
tarix21.05.2022
ölçüsü62,13 Kb.
#87634
1   ...   9   10   11   12   13   14   15   16   17
ssenari

Aparıcı:
Bəli, bu günkü müasir Azərbaycanın qüdrətli ordusu məhz Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski kimi generalların, Vətənini hər şeydən çox sevən insanların sayəsində formalaşmağa başlamışdır. Belə bir deyim var: “Keçmişə məhəbbət gələcəyə xidmətdir.”
Ümummilli liderimiz Heydər Əliyev tarixdə iz qoymuş Azərbaycan generallarının xidmətlərini yüksək qiymətləndirərək deyirdi: “Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski uzun müddət çar Rusiyasının ordusunda xidmət edəndən, Xalq Cümhuriyyəti dövründə müstəqil Azərbaycan ordusunun yaranmasına rəhbərlik edəndən sonra Azərbaycan Sovet Sosialist Respublikasında da ordu qurmaq, yaratmaq, azərbaycanlılara hərbi təhsil, təlim vermək işləri ilə məşğul olmuşlar. Bu, çox maraqlıdır, səciyyəvidir, amma eyni zamanda təbiidir. Çünki hərbi peşə, ixtisas birinci növbədə hərbi təhsil, təcrübə, bilik, hərbi təlim-tərbiyə, döyüş təcrübəsi tələb edir. Bunlar olmayanda ordu qurmaq, Silahlı Qüvvələr yaratmaq mümkün deyildir. Əgər bunlar, peşəkar hərbçilər varsa, ordu quruculuğunda onlardan səmərəli istifadə etmək olar. Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski buna əyani sübutdur”.
Ulu öndər Heydər Əliyevin bu fikrindən doğan qənaət belədir ki, hərbi biliyi, təcrübəsi, peşəkarlığı ilə seçilən Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski kimi sərkərdələr illər keçdikcə Azərbaycanda hərbi işə sədaqət nümunəsi olaraq seçiləcəklər və onlardan miras qalmış hərbi irs həmişə öyrənilməyə layiqdir. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə generallarımızın yubileylərinin dövlət səviyyəsində qeyd olunması da bu irsin öyrənilməsi yolunda böyük bir addımdır.
( Sonda şeirlər şagirdlər tərəfindən səsləndirilir.)
Vətən! – desin!
Müəllif: Məmməd Araz
Bu gün gərək
Hər anımız Vətən! – desin!
Qılıncımız, qalxanımız
Vətən! – desin
Ölənlərin əvəzinə
Qalanımız Vətən! – desin.
Vətən! – desin

Yüklə 62,13 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə