70
asanlıqla yeridə bilərsən. Kapitan Məhəmmədin fikrinə
münasibət bildirmişdi: – Mən təkliyə çəkilib Allaha ibadə-
timi edirəm. Formalizm nəyə lazımdır? Əgər imkan varsa,
o heç, məscidə də gedərəm, ibadətimi də orda rahat edə-
rəm, amma bu cür hallarda sənin dediyini qəbul etmirəm.
Bunları düşündükcə Elçinin çöhrəsində təbəssüm ya-
ranırdı. Yanağındakı qara ət xalı sığalladı, gülümsündü.
Bu təbəssümdə dosta sevgi, insani məhəbbət var idi. Mü-
bahisə etmələrinə baxmayaraq, bir-birilərinin əvəzinə ölü-
mü gözə ala biləcək dostlar idi onlar. Ona gülümsünürdü,
amma mübahisələr o həddə çatırdı ki, hətta Məhəmməd
az qalırdı, Elçini vursun. Sonra yenə hər şey unudulur,
yaddan çıxır, qəlb dostları bir-birilərinə qarşı sevgi ilə ya-
naşırdılar.
Bunun yaranmasına səbəb olan əlbəttə ki, din deyildi.
Yaradılmışların bir-birinə gen bağlılığı, ruh bağlılığı idi...
Dədə Əfəndinin üçüncü söhbəti
Arslan artıq kürəyini qayanı parçalayaraq göyə uca-
lan ayıfındığı ağacına söykəyib çömbəlmişdi. Əli “AKM-
S”-in tətiyində idi. Gözləri isə meşənin dərinliklərini gö-
rəcək qədər uzağa zillənmişdi. Ətrafı 180 dərəcə görəcək
qədər bərəlmiş gözləri dostlarını qorumaqda idi. Hər kə-
sin öz dünyası olduğu kimi, onun da düşüncəsinə Dədə
Əfəndinin fikirləri hakim kəsilmişdi. Əgər Elçin bunun da
düşündüklərini duya bilsəydi, bəlkə də, ucadan bağırardı
ki, bu da insan beynini zəhərləmək üçün meydana atılmış
bir düşüncədir. Bu da dinin başqa formasıdır. Amma eşit-
mirdi, görmürdü. Arslan isə Dədə Əfəndinin ona dediklə-
71
rini bir anlıq belə unuda bilmirdi. .. Eynən Yunis Əmrənin
Tapdıq Əmrəni unuda bilmədiyi kimi...
***
Oğul, “Quran” ayələri Məhəmməd peyğəmbərə heç
də göydən o cür gəlməmişdi. Sadəcə həm Məhəmməd
peyğəmbər, həm də ondan əvvəlki peyğəmbərlər Tanrı-
nın, Yaradanın insanlığa belə bir yaşam qanunları gön-
dərdiyini bilirdilər. Onun dediklərinin əksəriyyəti Tanrı-
nın sözüdür, amma bəzi məsələləri dövrə, şəraitə və mə-
kana görə ya dəyişmiş, ya da əlavələr etmişlər.
Məhəmməd Şərqi yaxşı öyrənən, yaxşı tanıyan bir fi-
losofdur. Onun zəkası, biliyi, ağlı yaşadığı dövrün insan-
larından çox-çox öndə idi. O, oxuyub mənimsədiyi kitab-
ları, atalarımızdan eşitdiyi fikirləri yaxşıca təhlil edib, mü-
qayisələr apardı. Və öz dövrü üçün bəşəriyyətə mükəm-
məl bir şəkildə təqdim etdi. Onun bu düşüncələri türklə-
rin arasında o qədər qeyri-adi ola bilməzdi. O, sadəcə, ge-
ridə qalmış ərəbi haqq yoluna çağıra, yönləndirə və idarə
edə bilərdi. Necə ki etdi də.
Heç düşündünmü ki, müqəddəs kitablarda adı çəki-
lən Peyğəmbərlər niyə məhz eyni məkandan çıxdı? Çünki
onlar hamısı Tanrının qoyduğu qadağalara əməl etmə-
yənlərin əməli idi. Onların-Tanrı ocağından qovulmuşla-
rın qanı qarışıq, kirli qan idi. Saf qanlılarla mübarizənin
çətin olacağını bildikləri üçün özlərindən peyğəmbərlər
uydurmağa başladılar. Və ya İbrahim kimi, Musa kimi,
İsa kimi, Məhəmməd kimi ağıllı və seçilmiş insanların ət-
rafında birləşərək onların ideyalarından, gücündən, qabi-
liyyətindən, istedadından istifadə edib dünyaya hökm-
ranlıq etmək həmin insanların başlıca məqsədinə çevrildi.
72
Onlar ya özlərindən kimisə seçib əllərində olan biliklərlə
göylərə qaldırır, ya da İbrahim peyğəmbərdən üzü bu tə-
rəfə Məhəmmədə kimi seçilmişləri özlərinə peyğəmbər
edir, onlardan yararlanmağa çalışırdılar. İbrahim əslən
Şumerlərdən idi. Bağ Atanın üçüncü oğludur. Şumerlər
də bizim vərəsəmizin ən ulusudur. Yadına sal, səncə, niyə
Məhəmməd özünə “Arabi musaribe” (ərəbləşmiş ərəb)
deyirdi. Çünki o, doğrudan da, ərəbləşmiş ərəb idi.
Məhəmməd əslində bir elm yaratmaq istəyində idi,
yaşam elmi. Oxuduğu kitablardan ən əfsəl, mükəmməl fi-
kirlərin əsasında ideal bir yaşam elmi yaratmaq arzusun-
da idi. Yaratdı da.. Sadəcə, ətrafındakılar onu başqa cür
inkişaf etdirdi. “Quran”ın təhrifi əsasında yaradılan bu
elm isə Türkün Gök Tanrı elmi əsasında yaranırdı.
Heç bilirsənmi bu gün qiblə dediyin məfhum niyə ya-
ranıb? Yox, bilmirsən, oğul, hardan biləsən? Bir də sual
versəm, deyəcəksən ki, bəs Kəbəyə görə. Yox, oğul, yox.
Dahi Məhəmməd hansısa bir tikiliyə görə bütün insanları
ora sitayiş etdirməzdi. O, insanları Gök Tanrıya, (Bağa,
Boqa) Onun günəşinə tərəf sitayişə çağırırdı. Axı türklə-
rin tarixini yadına salsan, görərsən ki, Gök Tanrı dinində
günəş məşriqdən çıxdığı üçün şərq tərəf daha üstün və
müqəddəs sayılırdı. Türk Xaqanlarının çadırı həmişə şər-
qə tərəf açıq olar, xaqan taxt üstündə üzü şərqə sarı otu-
rardı. Bax qiblə məsələsi burdan yaranıb. Sadəcə Kəbə
simvolik olaraq seçildi. Açarı da elə türklərə etibar edildi.
Sonra Məhəmməd bütə inanan avam ərəbləri inan-
dırmaq üçün Kəbədəki qara daşdan istifadə etdi. Dünyanı
dərk edə bilməyən insanlar üçün göydən düşən daş – me-
teor parçası müqəddəs və qeyri-adi bir şeydir, oğul. Bütə
tapınan insanları müdrikcəsinə bütlərdən ayırıb, daşa ta-
73
pındırdı. İndi fikirləş gör, nə fərqi var bu bütlə qara da-
şın? Bax Məhəmmədin böyüklüyü elə bunda idi, oğul.
Hamımız üçün də sirli məqamlar var. Hamısı o kitablarda
yazılıb. Bizim üçün də qaranlıq qalan mətləblər bax o ki-
tablarda yatır. Sənin birinci işin Muğannanı bir də oxu-
maq olsun. Onda Məhəmmədin kim olduğunu biləcək-
sən. O da seçilmişlərdən idi. O da Dədə Qorqud kimi se-
çilmiş, qanı təmizlərdən idi. Gök Tanrı elmini başqa for-
mada ərəblərə satdı. Halbuki dədəmiz Mete xan əllərində
olan ideyanı əsas tutaraq deyirdi ki, barış istəyən insanla-
rı qurtarmaq üçün Tanrı məni vəzifələndirdi. Biçarə in-
sanları qorumaq üçün onun əmrinə uyaraq xaqan oldum.
Dünyaya başçılıq etmək ideyası ilk dəfə türklərdə yara-
nıb. Babamız böyük Atilla Gök Tanrıçılığa xidmət etdiyini
belə ifadə etmişdir: – Mən və mənim millətim Tanrının
qırmancıyıq. Tanrı yolundan çıxmış millətləri cəzalandır-
maq üçün bizi göndərib. Bəli, Tanrı türkləri yeri sahmana
salmaq, onu qreklərdən təmizləmək üçün yaradıb və ona
güc verib.
Bunları bilməlisən, oğul. Fikir ver İslamın (mənası
“təslim ol” deməkdir) yarandığı ilk illərdə türklərin döv-
lətçiliyi zəifləmişdi. Çünki onların silahı əllərindən oğur-
lanmışdı. Fikir, ideya, düşüncə silahı idi bu. Bir neçə yüz
ildən sonra özlərinə gəldilər. Öz yaratdıqları yaşam tərzi-
nə sahib çıxdılar. İstər İslamı, istərsə də türkçülüyü xilas
etdilər.
“Quran”ın göydən kəlmə-kəlmə, surələrlə, ayələrlə,
gəldiyi fikir də yanlışdır, oğul. Bizi Yaradan, səncə, o qə-
dər dar düşüncəyə malik idi ki, insanlıq üçün fikirlər söy-
ləsin, sonra da onların keçərsiz olduğunu qeyd etsin. İs-
lam tarixini yadına salsan, görərsən ki, Məhəmmədin
Dostları ilə paylaş: |