Sərbəst iş Ad: Yusif Soyad: Cəfərov İxtisas: Sosiologiya Qrup: 814 Kurs: IV fənn



Yüklə 56,03 Kb.
səhifə6/7
tarix11.05.2022
ölçüsü56,03 Kb.
#86773
1   2   3   4   5   6   7
Cəfərov Yusif 814. Sosial statistika

ŞSQG=ŞNG-BÖ

BuradaŞSQG– sərəncamda qalan şəxsi gəlirlər, ŞNG– şəxsi nominal gəlirlər,bütün ödəmələr, yəni vergilər, məcburi ödəmələr, ictimai təşkilatlara üzvlük haqları.

Əhalinin real gəlirləri öz şəxsi tələbatlarını ödəmək məqsədilə son gəlirlərinə əldə etdikləri istehlak malları və pullu xidmətlərin kəmiyyətini xarakterizə edir. Deməli, real gəlirlər istehlak malları və xidmətlərin qiymət dinamikasından asılıdır. Odur ki, müəyyən dövr üçün əhalinin real gəlirləri son gəlirlərin istehlak qiymətləri indeksinə nisbəti kimi müəyyən olunur.

Məlumdur ki, iqtisadiyyatda mövcud olarkən pul gəlirlərinin hər cür artımıəhalinin həyat səviyyəsinin yaxşılaşdığını göstərmir. Pulun alıcılıq qabiliyyətinin dəyişməsinə gətirib çıxaran qiymətin dəyişməsi amilini kənarlaşdırmaq məqsədilə əhalinin nominal və sərəncamda qalan pul gəlirləri (xərcləri) istehlak qiymətləri indeksi nəzərə alınmaqla real ifadədə hesablanır. Göstəricilərin real ifadədə hesablanması cari dövrün müvafiq göstəricilərini istehlak qiymətləri indeksinə bölməklə, yaxud pulun alıcılıq qabiliyyəti indeksinə vurmaqla həyata keçirilir.

Sərəncamda qalan real gəlirlərin dəyişməsi 3 amildən: nominal gəlirlərin artım sürətindən, vergi ödəmələrinin dərəcəsinin dəyişməsindən və pulun alıcılıq qabiliyyətinin dəyişməsindən asılıdır.

G


ƏÜG

SG

ƏRG
əlirləri öyrənərkən həm əhalinin və onun əsas sosial qrupları üzrə gəlir göstəricilərindən, həm də hər nəfərə düşən, bəzən də ev təsərrüfatları üzrə orta göstəricilərdən istifadə edilir. Onlar il ərzində müvafiq gəliri əhalinin orta illik sayına bölmək yolu ilə hesablanır və gəlirlərin səviyyə göstəriciləri kimi çıxış edir. Əhalinin hər nəfərinə düşən ümumi, son və real gəlirləri müvafiq olaraq aşağıdakı düsturlarla hesablanır.




Kh.n =

Kh.s ===




Kh.r =


Burada - əhalinin orta illik sayıdır. Statistik təhlildə orta nominal və real əmək haqqı, orta pensiya, yardım və təqaüd kimi göstəricilərin xüsusi əhəmiyyəti vardır. Ayrı-ayrı müəssisələrin, firmaların, sahənin və bütövlükdə ölkənin işçilərinin orta nominal əmək haqqı fondunu müvafiq işçilərin sayına (məşğul olanların sayına) bölməklə hesablanır.

Orta real əmək haqqı orta nomunal əmək haqqını mal və xidmətlərin qiymət indeksinə bölməklə hesablanır. Bu göstərici orta nominal əmək haqqının alıcılıq qabiliyyətini əks etdirir.

Müəyyən dövrə orta pensiyanı hesablamaq üçün kompensasiya ödəmələri də nəzərə alınmaqla sosial pensiyanın, xidmət illərinə, ailə başçısını itirdiyinə, şikəst­li­yə və əlilliyə görə pensiyanın məbləği həmin dövrə pensiyaçıların orta sayına bölünür. Yardımın və təqaüdün orta göstəricisi hesablanmış yardım və təqaüdün ümumi məbləğini bunlardan istifadə edən əhalinin orta sayına bölməklə hesablanır. Bu göstəricilərin alıcılıq qabiliyyəti (yəni orta real pensiya, yardım) onların nominal səviyyəsinə mal və xidmətlərin qiymət indeksi ilə düzəlişlər etməklə hesablanır.

Sosial normativlər arasında əhalinin minimal gəlirləri böyük rol oynayır. Onlar qanunvericilik qaydasında təsdiq olunur və statistik göstərici deyildir. Mahiyyət etibarilə onlar nail olunan həyat səviyyəsinin müqayisəli qiymətləndirilməsi üçün baza kimi çıxış edir. Söhbət minimum gəlirdən, minimum əmək haqqından və qocalığa görə minimum pensiyadan gedir. Bu, əhalinin gəlirlərinin mühüm ümumdövlət təminatıdır və ölkənin nail olunan sosial-iqtisadi inkişaf səviyyəsindən çıxış edərək təmin edilməlidir.

Minimal gəlir (yaşayış minimumu) – bu iqtisadiyyatın müəyyən inkişaf səviyyəsində insanın həyat fəaliyyətini və sağlamlığını saxlamaq üçün zəruri olan nemət və xidmətlərin minimal dəstinin əldə edilməsini təmin edən gəlir səviyyəsidir. Ona qida məhsullarına çəkilən xərclər qeyri-ərzaq mallarına və xidmətlərə çəkilən xərclər, habelə vergilər və məcburi ödəmələr daxil edilir.




Yüklə 56,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə