Sərbəst iş Ad: Yusif Soyad: Cəfərov İxtisas: Sosiologiya Qrup: 814 Kurs: IV fənn


Gəlirlərin tərkibinin statistik öyrənilməsi



Yüklə 56,03 Kb.
səhifə5/7
tarix11.05.2022
ölçüsü56,03 Kb.
#86773
1   2   3   4   5   6   7
Cəfərov Yusif 814. Sosial statistika

4. Gəlirlərin tərkibinin statistik öyrənilməsi

Həyat səviyyəsinin mühüm və müəyyənedici iqtisadi göstəricisi əhalinin gəlirləridir. Gəlirlər əhalinin istehlak mallarına və xidmətlərə şəxsi tələbatının ödənilməsinin əsas mənbəyidir və həyat səviyyəsinin göstəricilər sistemi onunla başlayır. Statistika gəlirlərin real məzmununu və tərkibini, onların əldə edilməsi və istifadəsi istiqamətlərini öyrənir.

Gəlirlərin xeyli hissəsi pul ifadəsində olur və onun quruluşunun öyrənilməsi statistikanın vəzifələrindən hesab edilir. Gəlirlər statistikasının köməyi ilə bütövlükdə əhalinin, onun müxtəlif sosial qruplar və ev təsərrüfatlarının gəlirlərinin səviyyə və dinamikası qiymətləndirilir. Xüsusən iqtisadiyyatın sahələri, ölkənin ərazi, ev təsərrüfatının tipləri üzrə gəlirlərin dinamikası, habelə hər nəfərə düşən orta gəlirlər müəyyən edilir. Əhalinin yoxsulluğu qiymətləndirilir.

Müasir dövrdə əhalinin gəlirlərinin əsas mənbələri aşağıdakılardır:

- işçilərin öz əməyinə görə aldığı (pul və natural formada) əmək haqqı və digər ödəmələr (məsələn mükafat, komission, məzuniyyət müxtəlif əlavələr və s.);

- fərdi əmək fəaliyyətindən gəlirlər;

- ictimai istehlak fondlarından, xüsusi fondlardan güzəştlər və ödəmələr (transfertlər, pensiya, təqaüd və s.) həyatın sığortalanmasından illik ödəmələr;

- mülkiyyətdən gəlirlər ( məsələn, maliyyə aktivlərindən, binadan, torpaqdan, müəlliflik hüququndan, patentdən və s. istifadəyə görə ödəmələr);

- şəxsi yardımçı təsərrüfatdan, bağdan, bostandan əldə edilən (xalis məhsulun dəyəri) gəlirlər;

Gəlirlərin digər mənbələri də mövcuddur (lotoreya uduşları, yarışda, müsabiqədə qalibliyə görə mükafatlar və s.)

Məcmu gəlirin tərkibində başlıca yerlərdən birini bütün təsərrüfat vahidlərinin işçilərinin əmək haqqı tutur. Bu yerinə yetirilən muzdlu işə görə haqq kimi pul və natura formada həyata keçirilir. Milli Hesablar Sisteminin gəlirinin yaranması hesabında əmək haqqı aşağıdakıları əhatə edir: işə muzd, tarif dərəcəsi, vəzifə maaşı üzrə hesablanan əmək haqqı, maaşa əlavə xüsusi şəraitli işlərə ödəmələr, işdən əlavə, gecə vaxtı işləməyə, istirahət və bayram günlərinə, ödəmələr, mükafatlar, tutulan mənfəətdə iştirak, natural formada əmək haqqı qaydasında verilən məhsulun dəyəri, ezamiyyət xərcləri, verilən geyimlərin, ayaqqabıların və yeməklərin dəyəri, işçilərin təhsili və ixtisasın artırılması xərcləri, işçilərin isə çatdırılması xərcləri, maddi kömək, istirahət və müalicə putyovkalarının haqqı və s. Gəlirlərdə ən mühüm hissəni, bir qayda olaraq sosial təminat və sosial müdafiə üzrə işçilərə ödənilən yardımlar təşkil edir.

Sosial təminat qanunvericilikdə əks olunmuş sosial-iqtisadi tədbirlər sistemidir. Bu sistem vətəndaş qocaldıqda, əmək qabiliyyətinə malik olduğu dövrdə, hamiləlikdə, ailə başçısını itirdikdə və s. maddi baxımdan təmin edilməsinə təminat verir. Sosial təminatın bütün növləri pulsuz, yaxud güzəştli şərtlərlə həyata keçirilir.

Sosial transfertlərin əsas növləri əmək və sosial pensiya, yaş üzrə şikəstlik, ailə başçısını itirdiyinə görə ödənilir. Əhalinin sosial təminatı üzrə digər yardımlar və ödənişlər Dövlət Məşğulluq Fondundan, Sosial Sığorta fondundan məcburi Tibbi Sığorta Fondundan, dövlətin büdcədənkənar fondlarından, xüsusi fondlardan, sığorta təşkilatlarında həmkarlar ittifaqından, digər ictimai təşkilatlardan və xeyriyyə fondlarından verilir. Ali təhsil müəssisələrində oxuyan tələbələrə, aspirantlara, doktorantlara və s. verilən təqaüdlər, yardımlar və digər sosial ödəmələr müvafiq büdcələr hesabına maliyyələşdirilir.

Ölkədə bələdiyyələrin yaranması və fəaliyyət göstərməsi əhalinin sosial təminatı və sosial müdafiəsi üzrə bələdiyyə xidmətinin formalaşmasına imkan vermişdir.

İqtisadiyyatı normal fəaliyyət göstərən xarici ölkələrdə əhalinin sosial təminatının çoxillik təcrübəsi göstərir ki, öz işçilərinin sosial müdafiəsində müəssisənin sosial fondunun rolu əhəmiyyətli dərəcədə artır.

Ölkədə əhalinin gəlirlərinin mühüm və getdikcə artan hissəsini şəxsi yardımçı təsərrüfatlardan (ŞYT), kollektiv bağçılıqdan, fərdi və xüsusi istehsaldan gələn gəlirlər təşkil edir. Son dövrlərdə respublikada ŞYT-nin inkişaf miqyası xeyli genişlənmişdir. İndi ŞYT-i ölkənin ərzaq ehtiyatını və əhalinin real gəlirlərini əhəmiyyətli dərəcədə artıran kənd təsərrüfatı istehsalının həlqələrindən biridir.

Əhalinin ümumi gəlirində birdəfəlik ödəmələr və qonorarlar, mülkiyyətdən gəlirlər (bank kreditləri üzrə faizlər, dividendlər, renta, sığorta polisinin sahibinə aid mülkiyyətdən gəlir), sahibkarlıq gəlirləri və maliyyə sistemindən pul daxilolmaları, bundan başqa ayrı-ayrı vətəndaşların gizli iqtisadiyyatın formalarından biri kimi “qara bazar” vasitəsilə əldə etdikləri qeyri-qanuni pul gəlirləri əhəmiyyətli yer tutur.

“Qara bazar” dedikdə bağlaşmanın subyektləri və satışın obyektləri rəsmi qeydiyyata alınmayan və qanuni rəsmiləşdirilməmiş mal və xidmətlər bazarı başa düşülür.

Statistika təcrübəsində gizli iqtisadiyyatdan daxil olan pul gəlirlərinin həcmini ekspert qiymətləndirir, makro-iqtisadi statistikanın, sosioloji tədqiqatların və büdcə statistikasının məlumatları əsasında həyata keçirilən hesablamalar yolu ilə müəyyən edilir.

Əhalinin gəlirlərinin tərkibi haqda məlumatlar müxtəlif istiqamətlərdə - gəlirlərin formalaşmasının mülkiyyət formaları üzrə mənbələri (dövlət, bələdiyyə, kollektiv, səhmdar, xüsusi), formalar üzrə gəlirlərin bölgüsü (əmək haqqı üzrə gəlirlər, ŞYT-dan, bağçılıqdan və bostançılıqdan, fərdi və xüsusi istehsaldan və s. gəlirlər), gəlirlərin növləri (əmək haqqı və onun tipləri üzrə gəlirlər, mülkiyyətdən və sahibkarlıqdan daxil olan gəlirlər, pensiya, yardım, təqaüd, maddi kömək, borc, faiz və dividendlər, qeyri-qanuni pul gəlirləri) onların quruluşunu və dinamikasını öyrənməyə imkan verir.

Əhalinin gəlirlərinin quruluşundan başqa əhalinin ödəməqabiliyyətli tələbi müəyyən edilir, onun alıcılıq fondu göstəricisi ölçülür.

Burada - alıcılıq fondu, - əhalinin ümumi pul gəlirlərini, - qeyri-mal xərclərini və yığımı göstərir.

Deməli, alıcılıq fondu, pul formasında əhalinin xərclərinin minimal hissəsi kimi çıxış edir və onu ümumi pul gəlirlərinin kəmiyyəti ilə müqayisə etməklə əhalinin ödəmə qabiliyyətli tələbinin xüsusi çəkisi müəyyən edilir.

Əhalinin gəlirlərinin səviyyəsi və quruluşunun statistik qiymətləndirilməsi üçün onun müxtəlif tərəflərini səciyyələndirən bir sıra göstəricilərdən istifadə edilir. Gəlirləri müəyyən edərkən ilin göstəriciləri kimi əhalinin şəxsi gəlirləri, ümumi gəlirləri, nominal, sərəncamda qalan və real gəlirləri çıxış edir. Əhalinin şəxsi gəlirləri pul və natura formasında əhalinin əldə etdiyi bütün növ gəlirlərin cəmidir. Əhalinin ümumi gəlirləri şəxsi gəlirlərlə sosial fondlar hesabına əhaliyə göstərilən pulsuz və güzəştli xidmətlərin dəyərini cəmləməklə müəyyən edilir.

Nominal gəlirlər göstəricisi cari qiymətlərlə hesablanmış bütün gəlirlərin cəmini xarakterizə edir. Əmək gəlirlərinin pul göstəricisi, yəni nominal əmək haqqı yerinə yetirilən işlərə görə haqq kimi işçilərə hesablanan pulun cəmidir. Əhalinin şəxsi nominal gəlirlərindən (ŞNG) vergiləri,məcburi ödənişləri və ictimai təşkilatlara üzvlük haqqını çıxdıqdan sonra sərəncamda qalan şəxsi gəlirlər, yəni faktiki sərəncamda qalan və istehlaka, yığıma yönəldilən məbləğ tapılır. Yəni


Yüklə 56,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə