Şərii rəy şəriətdir!



Yüklə 351,3 Kb.
Pdf görüntüsü
səhifə11/13
tarix02.12.2017
ölçüsü351,3 Kb.
#13560
1   ...   5   6   7   8   9   10   11   12   13

39 

 

Həmçinin  hər  hərəkətdən  qabaq  bir  hərəkət  olduğunu  deyən 



kəslərə  də  (Peyğəmbərin  –sallAllahu  aleyhi  və  əlihi  və  səlləm- 

üslubuna uyaraq)  bu cür deyirik:  Əgər məsələ  sizin dediyiniz kimi 

olsaydı  heç  bir  dənə  də  hərəkət  hasil  olmaz,  yaranmazdı.  Çünki 

(başlanğıca nisbətən) sonu olmayan bir şeyin yaranması mümkün 

deyil. 

Yenə  bir  nəfər  “Ey  Allahın  Peyğəmbəri!  Zövcəm  qara  uşaq 



doğubdur”  deyərək  onun  övladı  olduğunu  inkar  etmək  istədikdə, 

Peyğəmbər –sallAllahu aleyhi və əlihi və səlləm– belə buyurur: 



- Sənin dəvə sürün varmı? 

- Bəli.  



- Onların rəngi nədir?  

- Qırmızıdır.  



- Aralarında boz olanı varmı?  

- Bəli aralarında boz olanı var.  

O niyə bozdur?  

                                                           

“Yoluxma yoxdur” sözündən sonra “Cüzamlı birisindən şirdən qaçdığın kimi 

qaç” buyurması bu dediklərimə dəlildir.  

Hər şeydən qabaq bir şey var deyən Dəhriyyə etiqadını məhz  bu yöndən 

mənimsəyənlərə  görə  Allahın  xəstəlik  yaratması  mümkün  deyil.  Çünki  o 

xəstəlikdən  öncə  bir  xəstəlik  mövcuddur  və  ikinci  xəstəlik  birincidən 

keçmədir. Allah Rəsulu –sallAllahu aleyhi və əlihi və səlləm– bu sözüylə bu 

etiqadı ibtal edir və ilk xəstəliyin müstəqil bir başlanğıc olduğunu deyir. Tibb 

də  bunu  təsdiqləyir.  Başqa  bir  xəstədən  yoluxma  olmadan  müəyyən 

səbəblərlə xəstəliyin yaranması tibb sahəsində bilinən bir şeydir. 

 



40 

 

- Ola bilər əslinə bənzəyib.  



Ola bilər sənin övladın da əslinə bənzəyib.

60

  



Bu,  Allahın,  öz  Peyğəmbərinə  -sallAllahu  aleyhi  və  əlihi  və 

səlləm– “Bir şeyi bənzərinə  və mislinə  döndərmə” qaydası olaraq 

öyrətdiyi  şeydir.  Bu  bizim  üçün  başqa  məsələlərdə  də  bənzər  və 

misli əsas alaraq hökm verməmizə dəlildir.  

“Allah  Təala  məxluqata  bənzəyir,  O  cismdir”  deyənlərə

61

  də 



bununla  cavab  veririk. 

Belə  ki,  deyirik:  Əgər  əşyalardan  nəyəsə 

                                                           

60

 Buxari: 5305; Muslim: 1500. 



61

  Allahın  cism  olduğu  görüşünü  mənimsəyən  bir  çox  firqə  vardır.  Bunlar 

hamısı  zəlalət  firqələridir.  Lakin  bu  firqələrdən  bəziləri  Allahın  cism 

olduğunu  açıq  aydın  desələr  də  digərlərinin  etiqadının  yaxın  lazımı  bunu 

gərəktirir. Bu küfr etiqadı açıq aydın təsrih və təsdiq edənlərə misal olaraq 

rafizi şiələrinin bir qolu olub qurucusu Hişam bin əl Həkəmin davamçıları 

sayılan  Həkəmiyyə  firqəsini,  qeyri  rafizilərdən  isə  Həşviyyə  firqəsinin  bir 

qolu olub qurucusu Əbu Abdullah Muhəmməd bin Kərram olan Kərramiyyə 

firqəsini  göstərə  bilərik.  Açıq  aydın  deməsələr  də  məzhəblərinin  yaxın 

lazımı təcsim olan firqələrə misal olaraq isə Həşviyyə firqəsinin başqa bir 

qolu olan Hənəbilə firqəsini misal verə bilərik. Günümüzdə Vahhabiyyə və 

Sələfiyyə adıyla məşhur olan bu firqə mücəssimlərin ən təhlükəlisidir. Çünki 

Allahı açıq aydın cism adlandıranların etiqadının çürüklüyü bariz və açıqdır. 

Lakin  bu  firqə  özünü  haqq,  digər  firqələri  isə  batil  adlandırır.  Üstəlik  öz 

batillərini Quran və Sünnədən istifadə edərək haqq göstərməyə çalışırlar. 

Təcsim  inanclarını  gizləmək  üçün  isə  “Biz  bu  dediklərimizi  məxluqata 

bənzətmirik”  deyirlər.  Bunu  eşidən  avamlar  da  onlara  aldanırlar.  Halbuki 

bənzətmək  başqa  bir  mərhələ,  təcsim  isə  tamam  başqa  bir  mərhələdir. 

Bənzətmə təşbihdir. Biz bu firqəni təcsimdə ittiham edərkən onların “Biz 

bənzətmirik”  demələri,  onları  oğurluqda  ittiham  edənlərə  qarşı  “Biz 

oğurlarkən öldürməmişik” bağırmalarına bənzəyir. Bu anlamazlıq müsibəti 

təkcə bunların bəsit cahillər təbəqəsinə aid olsa idi dərd yarı olardı. Müsibət 




41 

 

bənzəsəydi ya hər yöndən ona bənzəyər ya da bəzi yöndən. Əgər 



hər yöndən bənzəsəydi, hər yöndən məxluq olması gərəkərdi. Yox 

əgər bəzi yöndən bənzəsəydi o zaman da bənzədiyi yöndən onun 

kimi məxluq olması  gərəkərdi.  Çünki  hər  iki  bənzər  şeyin  hökmü, 

bənzədikləri yöndən eynidir. Məxluqun əzəli, əzəli olanın da məxluq 

olması mümkün deyil. Allah –təala və təqaddəs– buyurur:

62

 



“Ona bənzər heç nə yoxdur”.

63

 

“Onun heç bir bənzəri yoxdur”.

64

 

“Hər bir cismin (bölündükdə) bir sonu var. Sonda elə bir cüz var 

ki bölünmür” qaydasının dəlilinə gəlincə, onun dəlili Allahın –azzə 

və cəllə- bu ayəsidir:  



“Hər bir şeyi açıq-aydın bir kitabda sayıb qeyd etmişik”.

65

  

Sonsuz  sayda  olan  bir  şeyin  sayılması  qeyri-mümkündür. 

(Bölünməz cüz dediyimiz) şeyin bölünməsi də mümkün deyil. Çünki 

bu, onun iki şey olmasını gərəktirir. Allah isə xəbər verdi ki, sayılma 

hər ikisi üzərində sabitdir.

66

 



                                                           

budur ki, bu firqənin oxumuş mürəkkəb cahilləri belə bu iki şeyin  arasını 

ayırmaqda çətinlik çəkirlər. Allah çaşqınlıqdan qorusun. 

62

 Əşari, əl Lumə Fir Raddi Alə Əhliz Zeyği Vəl Bidə, 19-20. 



63

 Şura 11. 

64

 İxlas: 4. 



65

 Yasin: 12. 

66

 Sonsuza qədər bölünsələrdi saysız olardılar. Saysız bir şey isə sayılmır. 




Yüklə 351,3 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə