Şəxsiyyət mövzusu.( İ.İsgəndərov, Təşkilati davranış və menecment psixologiyası II nəşr səh 25-44)



Yüklə 54,06 Kb.
səhifə20/23
tarix13.05.2022
ölçüsü54,06 Kb.
#86906
1   ...   15   16   17   18   19   20   21   22   23
movzu 3

Stereotipləmə – insanları sadəcə bir əlamətə əsaslanaraq səciyyələndirmə, yaxud, sinifləndirmə prosesidir. İnsanların cinslərilə bağlı stereotipə əsaslanan dərketmələrə hər bir iş yerində az və ya çox dərəcədə rast gəlinir. Tipik olaraq, bu cür dərk şəxslərin malik olduqları cinsin yerinə yetirə biləcəyi tapşırıqların növünü müəyyənləşdirməyə gətirib çıxarır. Məsələn, əgər bir qadın ofisdə stol arxasında oturursa, onun çox vaxt bir məmur və ya idarə edici olmadığını düşünərlər. Əksinə, stol arxasında oturan bir kişi üçün tamamilə əksini düşünərlər.

Stereotipləmə üç mərhələdən ibarətdir: insanların kateqoriyalarının müəyyənləşdirilməsi (qadın, siyasətçi kimi), həmin kateqoriyaların müəyyən xüsusiyyətlərinin birləşdirilməsi (passivlik, saxtakarlıq kimi) və sonra da bu kateqoriyaya uyğun gələn insanlarda həmin xüsusiyyətlərin olmasına inanılması. Məsələn, əgər saxtakarlıq anlayışı siyasətçilərlə əlaqələndirilərsə, bu halda, biz bütün siyasətçilərin saxtakar olduğunu ehtimal edərik.




Yüklə 54,06 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə