Şəxsiyyət mövzusu.( İ.İsgəndərov, Təşkilati davranış və menecment psixologiyası II nəşr səh 25-44)



Yüklə 54,06 Kb.
səhifə2/23
tarix13.05.2022
ölçüsü54,06 Kb.
#86906
1   2   3   4   5   6   7   8   9   ...   23
movzu 3

Şəxsiyyət anlayışı

Mürəkkəb fenomen hesab edilən insan davranışını mütləq terminlə izah etmək çox çətindir. O, əsasən xarici və daxili stimullara verilən reaksiyaların birləşməsidir. Bu reaksiyalar insanın psixoloji strukturunda əks olunur. Həmin reaksiyalar onları izah edən, müvafiq qaydada onlara cavab verən və nəticələrindən öyrənən bioloji və psixoloji proseslərin birləşməsinin nəticəsi ola bilər.

Şəxsiyyət, bir insanı başqalarından ayıran fiziki, zehni və ruhi xüsusiyyətlərin bütünü olaraq dəyərləndirilir. Başqa bir yanaşmada şəxsiyyət – bir insani obyektiv və subyektiv tərəfləri ilə fərqli edən duyğu, düşüncə, münasibət və davranış xüsusiyyətlərinin bütünü kimi xarakterizə edilir.

Psixoloqlar şəxsiyyəti müxtəlif formalalarda təsvir etmişlər, ancaq bu təsvirlərin hamısı üçün ortaq olan iki əsas anlayış var: bənzərsizlik və davranışın fərqləndirici xüsusiyyətləri.

Şəxsiyyət anlayışının düzgün dərk edilməsi üçün xarakter və temperament anlayışlarının izahına ehtiyac vardır.

Xarakter şəxsiyyətin mühüm və davamlı fərdi xüsusiyyətlərini özündə əks etdirərək, həmişə fəaliyyət və ünsiyyət prosesində insanın, onu əhatə edən gerçək aləmə və insanlara münasibətində təzahür edir. Eyni zamanda xarakter insan ruhunda əks olunmuş prinsiplər vasitəsi ilə ruhun sabitləşmiş formasıdır. Əgər bu prinsiplər cəmiyyətin əxlaqi xüsusiyyətləri ilə uyğunluq təşkil edərsə, onda xarakter əxlaqilik xüsusiyyətini də özündə birləşdirər ki, bu zaman da xarakter dəyəri ifadə edən bir anlayış olar.

Temperament fərdin emosional xüsusiyyətlərinin bütünü olaraq qəbul edilir. Temperament xarakter kimi şəxsiyyətin bütünlükdə xüsusiyyətləri kimi deyil, onun müəyyən hissəsi – emosional tarazlığı olaraq adlandırılır. Bu anlayış Hippokrat tərəfindən yaradılıb və o, temperament müxtəlifliyini insan orqanizmində bu və ya digər maye mühitinin üstün olması ilə izah edirdi. Öz növbəsində temperament tiplərini sanqvinik, xolerik, fleqmatik və melanxolik adlandırmış, rus alimi İvan Pavlov isə bu anlayışlara elmi izahat vermişdir. O, aşkara çıxarmışdır ki, temperamentlərdə müxtəliflik əsəb sistemi ilə bağlıdır. Əminliklə demək olar ki, temperament anadangəlmədir və onu dəyişmək mümkün deyil, sadəcə bir qədər təsir edərək idarə etmək olar. Məhz temperament xarakterin formalaşmasında əsas baza rolunu oynayır. Sanqvinik - mimika, hərəkət və kifayət qədər aktivliyi ilə seçilir. Fikrini bir yerə cəmləməyi bacarır, yeniliyə asanlıqla uyğunlaşır, həmçinin bacarıqlı olur. Hisslərin, əhvalın, məqsədin dəyişkənliyi ona xasdır. Ünsiyyətcildir, insanlarla əlaqəyə tez girir, mühit dəyişkənliyinə və istənilən vəziyyətə tez uyğunlaşır.

 
Xolerik də, aktivliyi ilə fərqlənir. O, səbirsiz, özündən tez çıxandır. Məqsəd və maraqları qətidir, diqqətin yönəlməsində çətinlikləri olur, mühit dəyişkənliyinə isə rahat uyğunlaşır. 


Fleqmatik - mimikası, hərəkəti, hətta nitqi də nəzər cəlb etməyəndir. Hisslərinə təsir etmək çətindir. Demək olar ki, həmişə sakit və təmkinlidir. Diqqətini çətinliklə cəmləyir, vərdişlərini gec dəyişir, yeniliyə can atmır, mühit dəyişkənliyi onluq deyil, ünsiyyətə gec girir, lakin enerjili və işgüzardır.


Melanxolik - hissiyyatlı və küsəyəndir. Diqqəti dəyişkəndir, mimikası nəzər cəlb etmir. Melanxolik utancaq və qərarsızdır. Bununla yanaşı gündəlik həyatda (adət etdiyi şəraitdə) kifayət qədər uğurlu və özünə əmindir.

 
Reallıqda sanqvinik və melanxoliklərə daha çox rast gəlinir. Ümumiyyətlə müəyyən temperamentə məxsus insanlar azdır, əksər hallarda qarışıq tiplərə rast gəlinir.


Yüklə 54,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə