Şəxsiyyət mövzusu.( İ.İsgəndərov, Təşkilati davranış və menecment psixologiyası II nəşr səh 25-44)



Yüklə 54,06 Kb.
səhifə8/23
tarix13.05.2022
ölçüsü54,06 Kb.
#86906
1   ...   4   5   6   7   8   9   10   11   ...   23
movzu 3

Şəxsiyyət tipləri


Psixoloqlar şəxsiyyəti hər zaman fərqləndirici xüsusiyyətlərinə görə təsnifləşdirmişlər. Psixologiya tarixində bir neçə tip yaranıb ki, onun vasitəsilə insanları bu və ya digər qruplara ayırmaq mümkündür. Bu qruplar özünüaparma, emosionallıq və digər psixoloji vəziyyətlərə görə formalaşır.

Beş Böyük Şəxsiyyət Modeli (Big Five Factor)

Beş böyük şəxsiyyət modeli (Big Five Factor) psixoloqların apardıqları araşdırmaya əsasən insan quruluşunu ən mükəmməl formada əks etdirən tipologiya hesab olunur. Beş böyük şəxsiyyət modelinin əsas tədqiqatçıları Allport və Odbert olmuşdur. Günümüzdə şəxsiyyətin təsnifləşdirilməsi ilə bağlı bir çox araşdırmanın fundamentini təşkil edən beş böyük şəxsiyyət modeli insan şəxsiyyətindəki fərqliliklərin əksəriyyətini əhatə edir.

Aşağıdakılar Beş böyük şəxsiyyət modelinin faktorlarıdır:


  • Ekstroversiya

Ektroversiyaya malik insanlar özlərindən kənardakı hadisələrə baxar, fəaliyyət göstərə biləcəkləri xarici stimullar axtararlar. Ekstrovertlər daha söhbətcil və rəngarəng olur və kənardan stimul və yaxud hiss mübadiləsi gözləyir. Bu cür insanlar başqalarıyla üz-üzə ünsiyyətdə ola biləcəyi satış şöbələrində, ictimai idarələrdə, beynəlxalq əlaqələr şöbəsində, və s. yerlərdə işlədikləri vaxt daha çox müvəffəqiyyət qazanırlar.

İntrovertlər isə sakit, düşüncəli, introspektiv1 və intellektual insanlar olur və onlar yalnız ən yaxın dostları və yaxınları ilə ünsiyyət saxlamaq istəyirlər. İntrovertlər abstrakt ideyalar, məsələn, tədqiqat və araşdırma işləri üzərində, nisbətən sakit mühitdə işləyəndə daha çox müvəffəqiyyətli olurlar.

Hamımızda həm introversiya və həm də ekstraversiya elementləri olmasına baxmayaraq, bəzilərimizdə bu meyllərdən biri, digərlərimizdə isə o biri daha çox müşahidə edilir.


  • Mülayimlik (razılaşma)

Bu tip insanlar bir şəxsin kollektivə uyğunlaşa bilmə tendensiyasına işarət edir. Mühitə uyğunlaşa bilən şəxslər əməkdaşlıq etməyi sevən və inanılan şəxslərdirlər.

Beş böyük şəxsiyyət tipi üzrə aparılmış testlərdə mülayimlik bəndindən aşağı nəticə göstərmiş şəxslər soyuq, ətrafa uyğunlaşa bilməyən və müxalif quruluşda olurlar.


1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə