Şəxsiyyət mövzusu.( İ.İsgəndərov, Təşkilati davranış və menecment psixologiyası II nəşr səh 25-44)



Yüklə 54,06 Kb.
səhifə11/23
tarix13.05.2022
ölçüsü54,06 Kb.
#86906
1   ...   7   8   9   10   11   12   13   14   ...   23
movzu 3

Nəzarət Lokusu (yeri, mərkəzi)

Nəzarət lokusu – bir davranışa şüurlu şəkildə birbaşa təsir edə bilmə dərəcəsinə deyilir. Məsələn, bəzi insanlar düşünürlər ki, əgər çox işləsələr mütləq müvəffəqiyyət qazanacaqlar. Onlar hər bir insanın həyatının öz nəzarətləri altında olduğuna çox inanırlar. Belə insanların daxili nəzarət lokusunun olduğu deyilir. Bəzi insanlar isə əksinə, başlarına gələn hər şeyin səbəbini öz vərdişlərinin çatışmazlığında yaxud fəaliyyələrində deyil, qismət, şans, uğurda və ya başqalarının davranışlarında axtarırlar. Çünki, bu insanlar öz nəzarətləri xaricində olan qüvvələrin onların həyatlarında baş verənlərə diktə etdiyini düşünür, onların da xarici nəzarət lokuslarının olduğu düşünülür.

Şəxsiyyət atributu olaraq, nəzarət lokusunun təşkilatlara böyük təsiri vardır. Məsələn, bəzi insanlar daxili nəzarət lokusuna sahibdirlər, bu o deməkdir ki, onlar təşkilatlarının idarə olunmasında iştirak etmək və işlərini görərkən müstəqil olmaq arzusundadırlar. Beləliklə, bu tip insanlar qərar vermə haqlarına sahib olacaqları və onlara azadlıq və müstəqillik verən rəhbərlə mərkəzləşməmiş, təşkilatlarda işləməyə daha çox üstünlük verə bilərlər. Onlara fərdi fəaliyyət və töhfələrə görə verilən mükafat sistemi də xoş gələ bilər.

Əksinə, xarici nəzarət lokuslu insanlar daha çox mərkəzləşmiş təşkilat növlərinə üstünlük verirlər, cünki belə təşkilatlarda onlar hər hansı bir qərar vermək məcburiyyətində qalmırlar. Bu tip insanlara standart prosedurları müəyyənləşdirilmiş strukturlu işlər daha çox sərfəlidir. Onlar qərarların böyük əksəriyyətini verən rəhbərləri və ədalətli ölçü meyarlarına deyil müqayisəyə əsaslanan mükafat sistemlərini üstün tutarlar.




Yüklə 54,06 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə