Şəxsiyyət mövzusu.( İ.İsgəndərov, Təşkilati davranış və menecment psixologiyası II nəşr səh 25-44)



Yüklə 54,06 Kb.
səhifə13/23
tarix13.05.2022
ölçüsü54,06 Kb.
#86906
1   ...   9   10   11   12   13   14   15   16   ...   23
movzu 3

Makiavellianizm

Bu, öz məqsədlərinə çata bilmək üçün başqalarına birbaşa surətdə təsir etmək və ya onları manipulyasiya etmək deməkdir. Ətrafındakı sistemi qiymətləndirərkən məntiqli olan, faktları öz xeyrinə dəyişərək başqalarına təsir etməyə çalışan və sistemi öz xeyrinə manipulyasiya edərək insanlara, hadisələrə və situasiyalara və nəzarəti əlinə almağa çalışan insan daha çox Makiavelliliyə meyllidir.



A və B Tipli Şəxsiyyətlər

A tipli insanlarda həmişə xronik zaman darlığı simptomu olur, onlar nailiyyətlərinə yüksək dərəcədə orientasiya verirlər, rəqabət nümayiş etdirirlər və işləri hərhansı bir səbəbdən yavaşlasa səbirsiz olurlar. B tipli insanlar vaxt sıxıntısı olmayan və rəqabət aparmayan daha çox yola gedən olurlar. A tipli insanlar təşkilata qısa vaxtda inkişaf etməyə kömək etsələr də, özləri sağlamlıq problemləri ilə bağlı əziyyət çəkə bilərlər, bu da onların həm özləri həm də təşkilatları üçün zərərli ola bilər. A tip şəxsiyyətlər stresli mühitdə çalışırlar və öz zamanlarını daim limitləyirlər. Onlar, həmçinin sürətli çalışırlar, çünki kəmiyyəti keyfiyyətdən üstün tuturlar.

A tip şəxsiyyətlərdə aşağıdakı xüsusiyyətləri müşahidə olunur:


  • Hər zaman hərəkətlidirlər, sürətli gəzirlər;

  • İşləri gerçəkləşdirmə prosesində səbirsizdirlər.;

  • Eyni anda iki və daha artıq işi düşünmə və ya icra etməyə çalışırlar;

  • Boş zamanlarını dəyərləndirə bilmirlər(onlara görə boş zaman anlayışı yoxdur);

  • Miqdara, saya qarşı həssasdırlar;

B tipi A tipinin tərsidir, məsələn B tiplər heç bir zaman, zamana qarşı yarış hissi və onu müşahidə edən səbirsizlik duyğusundan əziyyət çəkməzlər.


Yüklə 54,06 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə