Şəxsiyyət mövzusu.( İ.İsgəndərov, Təşkilati davranış və menecment psixologiyası II nəşr səh 25-44)



Yüklə 54,06 Kb.
səhifə14/23
tarix13.05.2022
ölçüsü54,06 Kb.
#86906
1   ...   10   11   12   13   14   15   16   17   ...   23
movzu 3

İş əxlaqı orientasiyası

İnsanların bəziləri yüksək dərəcədə iş orientasiyalı olduğu halda, digərləri sadəcə işi əldə etmək üçün lazım olan qədər qüvvə sərf etməklə və özünü işə görə “öldürmədən” ən az əməklə bunu etməyə çalışır. İşində son dərəcə orientasiyalı olan insanlar işlərinə son dərəcə bağlı olurlar. Həddindən artıq iş əxlaqı dəyərləri “işqolik”liyə gətirib çıxarır ki, bu zaman insanlar heç bir kənar maraqlara diqqət verə bilmir. İşqoliklər üçün bəzən özlərini işə həsr etmək -işlə əlaqəli problemlərdən qaçmaq üçün əvəzedilməz alterantiv olur. Üzvlərinin iş əxlaqına yüksək dərəcədə orientasiyalılığı təşkilatın məqsədlərinə çatmaq üçün yaxşı bir göstəricidir. Buna baxmayaraq, həddindən artıq işqoliklik vaxtından əvvəl gələn fiziki və əqli yoğunluğa və sağlamlıq problemlərinə səbəb ola bilər və bu da həm təşkilat, həm də işqoliklərin fəaliyyətini azaldar.

Yuxarıda qeyd olunan 10 fərqli şəxsiyət meyilləri fərdi, menecerlik və təşkilati effektivlik üçün vacibdir.

Qeyri-müəyyənlik hallarına qarşı səbrlilik (tolerantlıq)

Şəxsiyyətin bu xüsusiyyəti insanların qeyri–müəyyənlik hallarında stresə düşmədən effektiv şəkildə işini görə bilmə bacarığını və bu prosesdə göstərdiyi səbrin dərəcəsini göstərir. Menecerlər fövqəladə, qeyri-müəyyənlik və informasiya çatışmazlığı hallarında belə yaxşı işləməlidir. Bu, xüsusilə, təşkilatın xarici mühitində baş verənlər sürətlə dəyişəndə vacibdir. Qeyri-müəyyənlik hallarında tolerantlığını qorumaq bacarığı yüksək olan menecerlər bu cür halların öhdəsindən rahat gələ bilirlər. Eyni şəraitdə tolerantlıq bacarıqları aşağı olan menecerlər isə strukturu olan işlərdə effektiv ola bilərlər, ancaq, ətrafda baş verənlər sürətlə dəyişəndə və gələcək addımlar haqqında kifayət qədər məlumatları olmayanda fəaliyyətləri, demək olar ki, effektiv olmur.

Beləliklə, qeyri-müəyyənlik hallarında göstərilən tolerantlıq müvəffəqiyyətli menecmentlik üçün zəruri olan bir şəxsiyyət atributudur.


Yüklə 54,06 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə