Şəxsiyyət mövzusu.( İ.İsgəndərov, Təşkilati davranış və menecment psixologiyası II nəşr səh 25-44)


Avtoritarianizm (sərt idarə üsulu tərəfdarlığı) və Doqmatizm



Yüklə 54,06 Kb.
səhifə12/23
tarix13.05.2022
ölçüsü54,06 Kb.
#86906
1   ...   8   9   10   11   12   13   14   15   ...   23
movzu 3

Avtoritarianizm (sərt idarə üsulu tərəfdarlığı) və Doqmatizm

Avtoritarianizm – insanların təşkilat kimi iyerarxiyalı ictimai sistemlərdə qüvvə və status fərqlərinin vacib olduğuna inanmaqlarıdır. Məsələn, yüksək dərəcədə avtoritarian olan işçi, öz supervayzerinin verdiyi təlimat və tapşırıqları çox sual vermədən qəbul edə bilər. Avtoritarianlığı o qədər də yüksək olmayan işçi isə müdirinin verdiyi müvafiq və məntiqli təlimatları yerinə yetirə bilər. Lakin, belə insanlar çox sual yarada bilər, narazılığını ifadə edə bilər, və hətta verilən təlimatlar hər hansı səbəbdən etiraz edilə biləcək vəziyyətdədirsə, həmin işi görməyə etiraz edə bilərlər.

Doqmatizm – insanın inancları və başqalarının nöqteyi-nəzərinə açıqlıqda göstərdiyi sərtlikdir. “açıq-fikirli” və ya “qapalı-fikirli” kimi məşhur ifadələr inanclarında müvafiq olaraq daha çox və ya daha az doqmatik olan insanları ifadə edir.

Məsələn, menecerlərdən biri bir şeyi daha effektiv edilməsi fikrinə qulaq asmağa həvəssiz ola bilər.

Belə insanlara “qapalı-fikirli” və ya yüksək dərəcədə doqmatik insan deyirlər. Lakin, eyni şəraitdə yeni fikirlərə hörmətlə yanaşan və onları sınaqdan keçirməyə cəhd edən menecerlər daha açıq fikirli və ya daha az doqmatik olaraq tanınır.

Doqmatizm təşkilatlar üçün xeyirli də ola bilər zərərli də. Lakin, təşkilatların təbiətində və ətrafında baş verən dəyişikliyin dərəcəsinə uyan, doqmatik olmayan insanlar təşkilatın faydalı və məhsuldar üzvləri olur.



Riskə Meyllilik

Riskə meyllilik – insanların şansına inanıb riskli qərarlar verməsi deməkdir. Riskə yüksək dərəcədə meylli olan menecerlərin yeni fikirləri təcrübədən keçirməsi və təşkilatı yeni istiqamətlərə aparması gözlənilə bilər. Əksinə, riskə meylliliyi az olan menecerlər daha çox stabil, dəyişmək istəməyən və mühafizəkar təşkilatlara rəhbərlik etsə daha uyğun olar.




Yüklə 54,06 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə