Şəxsiyyət mövzusu.( İ.İsgəndərov, Təşkilati davranış və menecment psixologiyası II nəşr səh 25-44)


Güclü menecerlər üçün arzuolunan şəxsiyyət xüsusiyyətləri



Yüklə 54,06 Kb.
səhifə15/23
tarix13.05.2022
ölçüsü54,06 Kb.
#86906
1   ...   11   12   13   14   15   16   17   18   ...   23
movzu 3

Güclü menecerlər üçün arzuolunan şəxsiyyət xüsusiyyətləri


Aydındır ki, “menecerlik səriştəliyinə və menecerlərin müvəffəqiyyətinə uyğun gələn müəyyən şəxsiyyət meylləri və xüsusiyyətləri vardır. Lazımlı vərdiş və bacarıqlara sahib olmaqla yanaşı, menecerlər qeyri-müəyyənlik hallarında yüksək tolerantlıq göstərmək qabiliyyətini də özlərində inkişaf etdirməlidirlər. Təşkilatın daxili və xarici mühitində çoxlu dəyişikliklər gedir. Təbii olaraq, istənilən mürəkkəb situasiyada menecerlərin nəzarəti xaricində, proqnozlaşdırılmamış ən azı bir neçə faktor olur. Odur ki, menecerlər belə situasiyalar meydana gələn kimi, stresə düşmədən onları ələ almağı bacarmalıdırlar. Beləliklə, menecerlərdə arzuolunan cəhətlərdən biri qeyri-müəyyənliyə qarşı yüksək tolerantlıq göstərməkdir. Səriştəli, birlik yarada bilən güclü menecerlər əksər situasiyalarda müvəffəqiyyət qazanır. Bu ona görə olur ki, onlar qarşılarına qoyduqları məqsədlərə çatma və şəxsiyyətlərarası orientasiya gücünə malikdirlər. Satış və digər insan orientasiyalı vəzifələrdə ekstrovert tipli menecerlərin olması daha çox müvəffəqiyyət qazandırar. Və eyni qaydada, daxili nəzarət lokusuna malik menecerlər daha çox intellektual və səriştəli əməkdaş olaraq daha çox fayda verər.

Şəxsiyyət nisbətən stabil faktordur, ancaq bizim xüsusiyyətlərimiz şüurlu seçimlərimizlə dəyişdirilə bilər. Məsələn, bizim qeyri-müəyyənliyə qarşı səbrliliyimiz və stresi ələ alma bacarığımız kifayət qədər inkişaf etdirilə bilər, müvəffəqiyyət qazanmaq üçün nümayiş etdirdiyimiz daxili nəzarət lokusu, xarici nəzarət lokusu kimi atributlar dəyişdirilə bilər.

Menecerlik müvəffəqiyyətinin vacib elementlərini bilmək dəyişikliklər etmə yolunda ilk addımdır.


Yüklə 54,06 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə