Şəxsiyyət mövzusu.( İ.İsgəndərov, Təşkilati davranış və menecment psixologiyası II nəşr səh 25-44)



Yüklə 54,06 Kb.
səhifə9/23
tarix13.05.2022
ölçüsü54,06 Kb.
#86906
1   ...   5   6   7   8   9   10   11   12   ...   23
movzu 3

Məsuliyyətlilik (düzgünlük)

Məsuliyyətli, etibarlı, möhkəm xarakterli və nailiyyət qazanmağa hədəflənmiş şəxslərdirlər. Testlərin bu bəndindənaşağı nəticə göstərmiş şəxslər tez təsirlənən, nizamsız, etibarsız şəxslərdir.

  • Emosional stabillik

Təsniflədirmənin bu bəndi əslində verilən fikrin tərsi anlamında izah olunur. Belə ki, bu bir şəxsin stresli mühitə tab gətirə bilmə qabiliyyəti ilə ölçülür. Gərginlik, güvənsizlik və əsəbilik kimi neqativ tərəflərini idarəedə bilmə qabiliyyəti ilə ölçülür. Testlərdə bu bənddən yüksək nəticə göstərmiş şəxslər sakit, özgüvəni yüksək və etibarlı şəxslərdir. Aşağı nəticə göstərmiş şəxslər isə əsəbi, narahat, pessimist kimi xüsusiyyətlərə sahibdirlər.

  • Təcrübəyə açıqlıq

Təcrübəyə açıqlıq təsnifləşdirilməsi şəxsin yeniliyə maraq dairəsini sorğulayır. Testlərdə bu təsnifat üzrə yüksək nəticə göstərmiş şəxslər təxəyyülü güclü, rəssamlıq qabiliyyəti olan və intellektual xüsusiyyətə malik olurlar. Digər qrup insanlar isə mühafizəkar və xarici nəzarət lokusuna sahib şəxs olurlar.

Bu şəxsiyyət faktorlarını müsbət və güclü şəkildə iş fəaliyyəti ilə daxilən əlaqələnməsi işçilərin seçimi, təlimləndirilməsi və qiymətləndirilməsində çox əhəmiyyətli olardı. Güclü məsuliyyət və müəyyənləşdirmə hislərinin daxil olduğu davranışlar nümayiş etdirən işçilər bu hisləri olmayanlarla müqayisədə daha yaxşı nəticələr göstərirlər. Fəaliyyətlə əlaqədar olan yuxarıdakı “5 böyük” xüsusiyyətin müəyyənləşdirilməsi şəxsiyyətin təşkilati davranışda oynadığı rolun mühümlüyünü ortaya çıxarır. Bundan başqa, təşkilatda şəxsiyyətlə bağlı fiziki görünüş və şəxsi xüsusiyyətlər, özünü qiymətləndirmə və öz effektivlilik kimi, özünü qavrayışla əlaqəli şəxsiyyət aspektləri, həmçinin şəxs-situasiya münasibətləri də vacib əhəmiyyətə malikdir.



Yüklə 54,06 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə