Şəxsiyyət mövzusu.( İ.İsgəndərov, Təşkilati davranış və menecment psixologiyası II nəşr səh 25-44)



Yüklə 54,06 Kb.
səhifə7/23
tarix13.05.2022
ölçüsü54,06 Kb.
#86906
1   2   3   4   5   6   7   8   9   10   ...   23
movzu 3

Fərdi müxtəlifliklər


Fərdi müxtəlifliklər insandan-insana dəyişən şəxsi atributlardır ki, bunlar fiziki və psixoloji ola bilər.

Təşkilati davranışda fərdi müxtəliflik qavramı fərdlərin düşünmə, hissetmə və davranış baxımından sərgilədikləri fərqlilikləri ifadə edir. İki insanın bir-birinə bütünlükdə bənzəməsi mümkünsüz olduğu kimi, bir-birindən tamamilə fərqli olmaqları da qəbul edilən deyil.Fərdi müxtəlifliklər məhsuldarlığı artıran faktor kimi qəbul olunur. Müasir dövrdə də komanda işlərində uğur qazanmış menecerlərin öz komandalarını bir-birindən fərqli xüsusiyyətlərə malik insanlardan formalaşdırdığını müşahidə edirik.

Fərdi müxtəlifliklər menecerin işini həddindən artıq çətinləşdirir. Faktiki olaraq, aparılmış araşdırmaların nəticələrinə əsasən, işçilər arasında müxtəliflik hər bir səviyyədə vacibdir, ancaq bu müxtəliflik ciddi bir şəkildə, işin mürəkkəbliyi ilə birlikdə artır.

Artan işçi qüvvəsinin müxtəlifliyi menecerləri fərdi müxtəliflik məsələsinə daha yeni yanaşma ilə baxmağa məcbur edir. Liderlər indi daha tez-tez “müxtəlifliklərin qiymətləndirilməsi”ndən bəhs edir və “fərqliliklərin menecmenti”ni öyrənirlər. Beləliklə, bu günün menecerləri keçmişdə olduğu kimi müxtəliflikləri məhdudlaşdırmaq yerinə, işçilərin müxtəlifliklərini və individual fərqlərini daha yaxşı başa düşməyə və bir-birilə uyğunlaşdırmağa ehtiyac duyurlar.



Yüklə 54,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə