Şəxsiyyət mövzusu.( İ.İsgəndərov, Təşkilati davranış və menecment psixologiyası II nəşr səh 25-44)


Şəxsiyyətin mühüm ölçüləri aşağıdakılardır



Yüklə 54,06 Kb.
səhifə4/23
tarix13.05.2022
ölçüsü54,06 Kb.
#86906
1   2   3   4   5   6   7   8   9   ...   23
movzu 3

Şəxsiyyətin mühüm ölçüləri aşağıdakılardır:

Özünü dərketmə

“Özüm” ifadəsi insanların şüuri mövcudluğunun nüvəsidir. İnsanların özləri barəsində məlumatlı olmağı onların özünüdərkinə bir işarədir. Sosioloq Viktor Gekas “özünüdərk” terminini “fərdin özünü fiziki, sosial və ruhi, yaxud mənəvi bir varlıq olaraq dərk etməsi” kimi izah edir. Başqa sözlə, hər bir şəxs özünü ayrıca bir fərd kimi tanıyır. Özünüdərk fikirləşmək bacarığı olmadan mümkün deyil. Bu nəzəriyyə isə bizi qəbuletməyə gətirib çıxarır. Qəbuletmə dedikdə “ətraf mühit, insanın özü və yaxud insan davranışı haqqında sahib olduğu bilik, fikir və yaxud inanc” başa düşülür. Qəbuletmənin çox müxtəlif növləri arasında gözləntilər, planlaşdırma, məqsədləri müəyyənləşdirmə, qiymətləndirmə və şəxsi standartların qoyulması kimi amillər xüsusilə təşkilati davranışla əlaqədardır.



Özeffektivlilik

Özeffektivlilik insanın xüsusi bir tapşırığı müvəffəqiyyətlə yerinə yetirə bilmə imkanına olan inancıdır. Təşkilati davranış barəsində müəlliflərdən birinə görə, “özeffektivlilik təcrübə ilə mürəkkəb qavrayışdan, sosial, linqvistik, və yaxud fiziki vərdişlərdən qazanılananlar əsasında tədricən ortaya çıxır”.

Fiziki və əqli tapşırıqların öhdəsindən gəlmə, narahatçılıqların aradan qaldırılması, pis vərdişlərə nəzarət, və xəstəliklərin müalicəsi baxımından yüksək özeffektivliliklə müvəffəqiyyət arasında güclü əlaqə vardır. Əksinə, özeffektivliliyi az olanlarda müvəffəqiyyət dərəcəsi aşağı səviyyədə olur.


Yüklə 54,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə