Şəxsiyyət mövzusu.( İ.İsgəndərov, Təşkilati davranış və menecment psixologiyası II nəşr səh 25-44)



Yüklə 54,06 Kb.
səhifə6/23
tarix13.05.2022
ölçüsü54,06 Kb.
#86906
1   2   3   4   5   6   7   8   9   ...   23
movzu 3

Heysiyyət və ya özünədəyər

Heysiyyət – insanın tamamilə özünü qiymətləndirməsindən asılı olaraq nəyə layiq olduğuna olan inancıdır. Heysiyyəti aşağı olan insanlar həmişə özlərinə neqativ baxırlar. Onların özləri haqqında fikirləri yaxşı olmur, başqaları ilə ünsiyyət saxlamaqda və yola getməkdə çətinlik çəkirlər, həmçinin daxili şübhələri onlara maneələr yaradır. Özünədəyəri yüksək olanlarsa, əksinə, özlərini hər şeyə layiq, bacarıqlı və hamının qəbul edə biləcəyi kimi görürlər. Yüksək özünədəyər, işlərdə daha yaxşı nəticə və daha böyük məmnuniyyət yaratması baxımından müsbət xüsusiyyət olmasına baxmayaraq, son araşdırmalar onların da çatışmazlığını ortaya çıxartdı. Xüsusiolaraq, yüksək özünədəyərli insanlar gərginlik altında işləyərkən daha çox özünəmərkəzlənmiş və təkəbbürlü olurlar.

Bununla belə, təvazökar özünədəyər daha çox arzuolunandır.

Menecerlər işçilərin özünədəyərini dörd şəkildə inkişaf etdirə bilərlər:



  1. Şəxsi problemlərinə, maraqlarına, vəziyyətlərinə və töhfələrinə diqqət etməklə dəstək göstərərək;

  2. İşçinin dəyərlərinə, vərdiş və bacarıqlarına uyğun işlər təklif edərək;

  3. Menecmentlə işçi arasında yekdilliyin və inamın yaranmasına cəhd edərək;

  4. Hər bir işçinin özünüidarə qabiliyyətinə inanaraq və müvəffəqiyyətlərini mükafatlandıraraq.

Yüklə 54,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə