Şəxsiyyət mövzusu.( İ.İsgəndərov, Təşkilati davranış və menecment psixologiyası II nəşr səh 25-44)



Yüklə 54,06 Kb.
səhifə21/23
tarix13.05.2022
ölçüsü54,06 Kb.
#86906
1   ...   15   16   17   18   19   20   21   22   23
movzu 3

Qəbuletmə və yönəlmə: Qəbuletmə yönəlmə adlanan digər bir proseslə də sıx əlaqəlidir. Davranışı müşahidə etmə və sonradan ona müəyyən səbəblər yönəltmə mexanizmi yönəlmə adlanır. Yönəlmə nəzəriyyəsinə görə, biz bir davranışı müşahidə edərkən həmin davranışı fikir həmrəyliyi və ya konsensus, ahəng və səciyyələndirmə baxımından qiymətləndiririk. Konsensus başqa insanların da eyni situasiyada eyni cür davranmasıdır. Ahəng eyni insanın müxtəlif vaxtlarda eyni cür davranması dərəcəsidir. Səciyyələndirmə insanın müxtəlif situasiyalarda eyni cür davranmasıdır. İnsanın daxilində və xaricində olan qüvvələr onun davranışına səbəb olur.

Məsələn, əgər bir işçinin ətrafındakı insanlarla müqayisədə daha çox motivasiyalı olduğunu (aşağı konsensus), motivasiyasının ahəngdar olduğunu (yüksək ahəngdarlıq) və tapşırıq nə olursa olsun işinə ciddi yanaşdığını müşahidə edirsinizsə, siz həmin davranışa daxili faktorların səbəb olduğu nəticəsinə gələ bilərsiniz.



Digər bir nümunə iclasa gecikən işçini müşahidə edən menecerlə bağlıdır. Menecer həmin işçinin iclasa gecikən yeganə işçi olduğunu (aşağı konsensus) başa düşsə, həmin işçinin digər iclaslara da tez-tez gecikdiyini (yüksək ahəngdarlıq) xatırlaya və müvafiq olaraq, həmin işçinin bəzi hallarda işə gecikdiyini (aşağı səciyyələndirmə) fikirləşə bilər. Yönəlmənin bu nümunələri menecerin həmin işçinin davranışının dəyişməsinin lazım olduğuna qərar verməsinə gətirib çıxara bilər. Bu zaman, gələcəkdə yayınmalara yol verməmək üçün, menecer həmin işçi ilə görüşərək intizam yaratmalıdır.



Yüklə 54,06 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə