Şəxsiyyət mövzusu.( İ.İsgəndərov, Təşkilati davranış və menecment psixologiyası II nəşr səh 25-44)



Yüklə 54,06 Kb.
səhifə19/23
tarix13.05.2022
ölçüsü54,06 Kb.
#86906
1   ...   15   16   17   18   19   20   21   22   23
movzu 3

Seçici qəbuletmə – narahat olduğumuz, yaxud, bizim inanclarımıza zidd olan məlumatları nəzərə almamağımızla bağlı prosesdir. Məsələn, bir menecer işçilərindən birinə həddindən artıq müsbət münasibət bəsləyir və bir gün ona elə gəlir ki, həmin işçi çox böyük bir səhvə yol verib. Seçici qəbuletmə həmin menecerin müşahidə etdiyini səhvləri qısa vaxtda gözardı etməsinə səbəb ola bilər. Məsələn, işçi haqqında həddindən artıq mənfi düşüncəyə sahib olan bir menecer işçinin müsbət nəticələr göstərməsini görsə də, seçici dərketmə vasitəsilə bunu da gözardı edə bilər.

Bir mənada, seçici qəbuletmə faydalı bir prosesdir; çünki, bu proses sayəsində biz informasiyaların xırda detallarına vaxt itirmirik. Lakin, seçici qəbuletmə digər tərəfdən də menecerlərin mühüm informasiyalara əhəmiyyət verməməsinə gətirib çıxarar, bu isə təşkilat üçün çox zərərlidir.




Yüklə 54,06 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə