SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə41/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   ...   37   38   39   40   41   42   43   44   ...   56

Aralığa  yorucu  bir  sükut  çökdü.  Hamı  sakitcə  yığışırdı. 
Bir q
ədərdən  sonra  qapı  açıldı,  baş  nəzarətçi  qapının  ağzında 
dayanıb  siyahı  üzrə  bizi  çağırıb  koridora  buraxmağa  başladı. 
Bir n
əzarətçi  yalnız  familiyanı  deyirdi.  Familiyası  çağrılan 
dustaq ir
əli  yeriyib  adını,  atasının  adını,  doğulduğu  ili,  mad-
d
əsini və cəza illərinin qədərini söyləməli idi. 
Baş  nəzarətçi  bunların  hamısının  əlindəki  siyahı  üzrə 
doğru  olduğunu  müəyyən etdikdən sonra həmin məhbus 
koridora buraxılırdı. 
Koridorda  bizi  konvoylar  (müşayiət edən MVD ordusu 
əsgərləri) dəstəsi əhatə etdi. Onlar ov üzərinə şığıyan quzğunlar 
kimi üstümüz
ə  cumdular:  əvvəlcə,  bizi  avadanlığımızdan  ayı-
rıb, şeylərimizi olduqca diqqətlə yoxlamağa başladılar. Yorğan 
v
ə döşəkçələri cırıb,  yununu didişdirib, balışları  yırtıb tükünü 
əlləşdirir,  öz  deməklərinə  görə  pul,  anaşa,  tiryək, kart, spirtli 
içkil
ər və iti şeylər (bıçaq, almaz, mismar və s.) axtarırdılar. 
T
əbiidir  ki,  bu  şeylərin heç birisi bizim kimi uzun 
müdd
ət həbsxanada qalmış, ciddi  yoxlamalardan çıxmış məh-
buslarda ola bilm
əzdi. Lakin buna baxmayaraq, onlar səylə 
axtarır, balışların tükünü havaya sovururdular. 
Şeylərimiz  yoxladıqdan  sonra  özümüzün  axtarışlarımız 
başlandı.  Bu  lap  təhqiredici və  biabır  idi:  axtarış  edənlər pa-
paqlarımızın  içini,  ayaqqabılarımızın  altını,  sırınmalarımızın 
yaxasını  və  qoltuğunu  sökür,  azacıq  narazılıq  edəndə  boynu-
muzun ardına ilişdirirdilər. Mən, rus xalq nağıllarında oxudu-
ğum  “podzatılnik”  sözünün  mənasını  demək  olar ki, burada 
başa düşdüm. 
T
əxminən, bir saat çəkən bu axtarışlardan sonra, qarovul-
çular  bizi  sıraya  düzüb  həyətə  endirdilər. Oradan güclü bir 
mühafiz
ə dəstəsinin müşayiətilə yaxınlıqdakı dəmiryol xəttinin 
qırağına gətirdilər. 
Burada bizi sallağı oturmağa məcbur edib, özləri vaqon-
ları nəzərdən keçirməyə başladılar. Onu da deyim ki, bu sallağı 

162 

 


oturmaq olduqca 
əziyyətli  bir  işdir.  Bəzən bir-iki saat belə 
v
əziyyətdə  durmağa  məcbur  edildiyimiz  üçün  ayaqlarımızın 
əzələsi sızıldayır, damarlardan qan işləmədiyi üçün dizlərimiz 
qırılmaq  dərəcəsinə  gəlirdi. Lakin yerə  oturmaq, diz üstə 
çökm
ək və yaxud ayağa durmağa icazə verilmirdi. 
Aradan xeyli keçdikd
ən sonra kameraya gələn nəzarətçi 
başqa  bir  zabitlə  birlikdə  yenidən  bizi  siyahı  üzrə  çağırmağa 
başladı.  Biz  bir-bir  sıradan  çıxır  və  nəhəng  “Pulman”  vaqon-
larına  minirdik.  Burada  vaqona  o  qədər adam doldurdular ki, 
h
ətta Rostovdan Moskvaya gətirildiyimiz  zamanki  darısqallıq 
bundan şükürlü oldu. 
H
əmin gecə mühafizə dəstəsi vaqonların hər bir tərəfində 
öz yerl
ərini  tutdu və  gecə  ikən  yolu  düşdük.  Dörd  gün  yol 
getdikd
ən donra nəhayət, qatar dayandı və bizi yerə düşürdülər. 
Bura 
əsrlik meşələrin içərisində kiçicik həbs düşərgəsin-
d
ən ibarət bir yer idi. Vağzalı əvəz edən kiçik taxta daxmanın 
üz
ərində  “Сухобезводное”  yazılmışdı.  Bu  sözü  oxuduqda 
qeyri-ixtiyari gülüms
əməyə  başladıq.  Hansısa  zarafatcıl  bir 
şəxsin bu yerə istehza ilə verdiyi ad, həqiqətən bu yerin şəraiti 
il
ə nə qədər böyük təzad yaradırdı. (“Suxobezvodnoe” quru və 
susuz yer dem
əkdir. Halbuki burada hər  tərəf  bataqlıq  və 
sucaqlıq idi). Buradakı həbs düşərgəsinin qapısına çatdıqda bizi 
yenid
ən ciddi şəkildə yoxlayıb düşərgəyə buraxdılar.  
Bura, Qorki v
ə Kostroma vilayətlərində yerləşən Unja və 
Vetluqa h
əbs  düşərgəsinə  məhbuslar qəbul edən həbsxana-
düşərgə  idi. Burada əlli-altmış  nəfərlik xidmət qrupu nəzərə 
alınmazsa, demək olar ki, heç bir dustaq bir həftədən artıq sax-
lanılmırdı. 
Bizi çirkli, üfun
ətli, buz kimi soyuq olan kiçik kame-
ralara doldurdular. 
Gec
ənin bir yarısı güclü bir uğultu səsinə yuxudan ayıl-
dıq. Düşərgədə işıqlar sönmüş, hər tərəfdən acıqlı insan səsləri 
eşidilir,  ara-sıra  sındırılan  şüşələrin  cingiltisi,  qopardılan  qapı 

163 

 


v
ə  pəncərələrin  şaqqıltısı  adamı  vahiməyə  salırdı.  Bir  neçə 
d
əqiqədən sonra pulemyot  şaqqıltısı  eşidildi.  Onun  ardınca 
avtomat tüf
ənglərdən atəş açmağa başladılar. 
Bayaqdan b
əri düşərgənin ortasında o yan-bu yana qaçan, 
yüks
əkdən bağıraraq nəzarətçiləri söyən adamlar güllə səslərini 
eşitcək  çaşıb  qaldılar.  Onlar geriyə,  kameralara  doğru  yüyür-
m
əyə başladılar. Lakin kameralar tərəfdən açılan avtomat yay-
lım  atəşləri  onları  dayanmağa  məcbur  etdi.  Damların  üstünə 
çıxmış nəzarətçilər ucadan əmr edirdilər: 
– Yer
ə uzanın!  
Əlacsız qalmış dustaqlar palçığın içinə uzanmalı oldular. 
Yalnız  bundan  sonra  düşərgənin  qapıları  açıldı  və  nəzarətçi 
d
əstəsi içəri daxil oldu. 
Bütün bu müdd
ət ərzində biz, yəni, gələn siyasi dustaq-
lardan heç k
əs öz kamerasından bayıra çıxmamışdı. Lakin sın-
dırılmış pəncərələrdən bütün hadisələrin gedişini izləyirdik. 
N
əzarətçilər palçığın içinə uzanmış dustaqlara yaxınlaşıb 
onları amansız döyməyə başladılar.  
Y
əhudi kədərli bir səslə elan etdi: 
– 
Yoldaşlar, indi də müasir “Varfolomey faciəsi” əsərinə 
tamaşa edin. İndi siz quqenotların döyülməsi səhnəsinin şahidi 
olacaqsınız. 
Doğurdan da yəhudinin kinayə ilə dediyi bu sözlər əslin-
d
ə tam mənasilə həqiqət idi. Nəzarətçilər silahsız, köməksiz və 
əlini  qaldırmağa  hüquqi  olmayan  dustaqları  tüfəngin  qundağı 
il
ə  necə  gəldi  əzişdirirdilər. Bu dəhşətli mənzərə  yarım  saata 
q
ədər davam etdi. 
N
əzarətçilər  işlərini bitirib, özlərindən məmnun halda 
qayıdıb bayıra çıxdılar. 
S
əhər, gecə həyəcanının qurbanı olan 22 nəfərin meyitini 
v
ə  9 nəfər  ağır  yaralını  xərəklərə  qoyub  harasa  apardılar. 

Сухобезводное”  bizi belə  qarşıladı.  Səhər məlum oldu ki, 
gec
ə həyəcan qaldıran şəxslər Belorusiyadan gətirilmiş bir qrup 

164 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə