g
ənc imiş. Onları elliklə (qruppovoy) əksinqilabi təbliğat
aparmaqda müq
əssir edib həbsxanaya salmış, heç bir yoxlama
aparmadan h
ərəsini 5 ildən 7 ilə qədər azadlıqdan məhrum
etmişlər. Gənclər məhkəmənin qərarı ilə razılaşmamış və şika-
y
ət vermişlər. Həbsxana rəisi təcrübəsiz gəncləri aldadıb “sizi
Moskvada danışdıracaqlar”- deyə buraya yola salıbmış. Yalnız
burada onlar aldandıqlarını başa düşmüş, səs-küy salaraq
n
əzarətçilərlə dalaşmış və prokuror çağırılmasını tələb etmişlər.
N
əticəsi isə “Varfolomey gecəsi” kimi olmuşdur.
Burada qaldığımız bir-iki gün ərzində bizə çörək və
kofed
ən başqa heç bir şey verilmədi. Üçüncü gün bizi yenidən
vaqonlara doldurub şərqə tərəf yola saldılar.
Bu d
əfə vaqonda yerimiz rahat idi. Biz, növbə ilə olsa da,
h
ər halda uzanıb yatmağa yer tapırdıq. Yavaş-yavaş bir-
birimiz
ə isinişir, bir-birimizin əhvalından, ailə vəziyyətindən,
başına gələn qəziyələrdən, etdiyi “cinayətlərdən” soruşurduq.
İki aya qədər yol getdiyimiz üçün bu müddətdə bir-
birimizin dem
ək olar ki, bütün həyatını diqqətlə öyrənmişdik.
Yol yoldaşlarımdan Kobılyatski Ukraynanın Çerniqov vila-
y
ətindəki Maryino kəndindən olan bir kolxozçu idi. Onu çar
höküm
əti zamanı rus ordusunda zabit olduğu üçün həbs etmiş-
dil
ər.
Moldo
viyalı Georgi Dimitriyeviç Kovalji onu dinləyib
dedi:
–
Qardaş, sən heç olmasa müəyyən bir işin üstündə tutul-
musan. M
ən yazıq isə heç bilmirəm ki, nə günahın sahibiyəm.
Y
əhudi sözə qarışdı:
– Bura bax, qoca! Neç
ə yaşın var?
Kovalji sualın nə üçün verdiyini bilməsə də dedi:
– 74.
Y
əhudi qəhqəhə çəkib güldü:
~
165
~
–
A kişi, hələ bir günahını da soruşursan? Sən də düz əlli
üç il çar höküm
əti zamanında yaşamısan, özün də, fikirlərin də
köhn
ədir. İndi siyasi məhbus olmaq üçün bu özü kifayətdir.
Kovalji narazı halda başını buladı:
– Siz d
ə lap qəribə adamsınız. Elə hər qoca xalq düşmə-
nidir?
– MQB-nin fikinc
ə təxminən hamısı.
Professor Savelyev söz
ə qarışdı:
–
Yakım Avramoviç, xahiş edirəm, qoyun kişi söhbətini
el
əsin, görək onu nə üçün tutublar.
Y
əhudi daha dinmədi, öz yerində uzanıb söhbəti dinlə-
m
əyə başladı.
Kovalji dedi:
– H
ə, mən üzümçülük sovxozunda sahə briqadiri idim.
Bir gün raykomdan bizim k
əndə bir təlimatçı gəlmişdi. Bu
adam t
əsərrüfatdan tamamilə xəbərsiz olduğu halda, başladı
bizi danlamağa ki, ay nə bilim pis işləyirsiniz, təsərrüfatı düz-
gün apara bilmirsiniz, yaxşı adam deyilsiz və s.
M
ən onda dedim ki, ay yoldaş, biz yaxşı işləyirik, amma
dövl
ət idarələri kolxozların vergi tədarük planlarını düzgün
mü
əyyənləşdirmədiyi üçün kolxozun gəlirinin çoxu da
t
ədarüklərə və vergilərə gedir. Axırda da kolxoz irəli gedə
bilmir.
Bayaqdan b
əri onu dinləyən yəhudi dözə bilməyib:
– El
ə orda evinizi yıxırsınız da, – dedi.
Kovalji bu atmacadan m
əmnun halda sözünə davam etdi:
– Düz deyirs
ən, qardaş. Elə evim orada yıxılıbmış. Bu
nan
əcib oğlu gedir MQB-yə bir məlumat verir. 3-4 gündən
sonra m
əni həbs etdilər. Bu zalım oğlu qızıl-qırmızı üzümə
dir
əndi ki, güya mən Sovet höküməti əleyhinə təbliğat aparır,
dövl
ət orğanlarını söyür, kolxoz quruluşunu pisləyirəmmiş. Elə
buna
əsasən də mənə düz onca il veriblər.
~
166
~
Krasnodardan olan tibb eliml
əri doktoru, professor Vesili
Petroviç Savelyev d
ərin bir ah çəkib dedi:
–
Qardaş, yenə səninki yaxşı olub, üzünə yalandan şahid
duran adam yad olub, özü d
ə sən deyəni bəzəyib, artırıb, siyasi
don geydirib. Amma m
ənimki lap qəribədir.
Bir iclasda, yeni d
ərman növləri haqda məruzə edirdim.
Öz d
ərmanlarımızdan danışandan sonra qeyd edirəm ki, son
vaxtlarda xarici ölk
ələrdə bir sıra qiymətli dərman növləri
yaradılmışdır.
El
ə həmin gecə məni MQB-yə apardılar. Burada mənim
öz aspirantlarımdan ikisi üzümə durub dedilər ki, güya mən
onlara çoxlu xarici
ədəbiyyat oxumağı tövsiyə edir, xarici
aliml
əri tərif edirəmmiş.
Bilirsinizmi, bu sonuncu ittihamın üstündə mənə nə
q
ədər işgəncə verdilər? Hamısı keçib gedər, amma birisini
bilm
əyiniz yaxşıdır. Müstəntiq butulkaları xırda-xırda sındırıb
tabut formalı xüsusi bir qaba yığdırıbmış. Məni lüt soyundurub
h
əmin tabuta uzandırdı və orada döyməyə başladı. Qayışın
ağrısından tabutda tərpəndikcə butulka qırıqları bədənimi
parça-parça edirdi. M
ən bundan sonra 2 ay müalicə olundum.
Vaqonun dib t
ərəfində uzanan və bu vaxta kimi heç
kiml
ə bir kəlmə də danışmayan uca boylu, enli kürəkli, sarışın
bir g
ənc ayağa durub bizə yanaşdı və dedi:
– Professor,
siz yaxşı qurtarmışsınız. Mən isə ömürlük
b
ədbəxt olmuşam.
Burada m
ən dayana bilmədim:
– S
ənə nə olub ki, oğlum? – dedim.
G
ənc asta-asta dedi:
–
Vallah, doğrusu danışmağa da utanıram. Müstəntiq mə-
nim başıma elə bir oyun açıb ki, onu heç ağıla yerləşdirmək
olmaz. O, m
əni lüt soyundurub, ağzı nazik parça ilə örtülmüş
bir kiçik vedr
ənin üstündə oturtdu. Üç sağlam kişi mənim çi-
yinl
ərimdən yapışdı, ilk əvvəl bunun nə demək olduğunu başa
~
167
~
Dostları ilə paylaş: |