SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə43/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
1   ...   39   40   41   42   43   44   45   46   ...   56

düşmədim.  Ancaq  sonra  altımdakı  vedrədən civilti səsləri 
g
əlməyə başladı. Sən demə oraya 3-4 siçovul salmış və məni 
onun üstünd
ə  oturdandan sonra vedrəyə  istilik  buraxıblarmış. 
Siçovullar isti d
əyən  kimi  çıxmağa  yer  axtarıb  üzü  yuxarı 
dırmaşmağa  və  mənim yuxa yerlərimi gəmirməyə  başladılar. 
M
ən dəli  kimi  bağırıb  qalxmağa  səy etdimsə  də, mümkün 
olmadı.  Çiyinlərimdən tutub məni  aşağı  basan  üç  kişi  və 
müst
əndiq imkan vermədilər. Siçovullar can hövlündən məni 
didir,  parçalayır,  özlərini xilas etmək üçün məni məhv edir-
dil
ər. Mən vəhşi kimi çığırır, yalvarır, hər nə istəsələr boynuma 
alacağımı  söyləyirdimsə  də, bir  şey  çıxmırdı.  Cəmisi 2-3 
d
əqiqə ərzində siçanlar məni islahatdan, insanlıqdan çıxartdı və 
m
ən ağrının dözülməzliyindən özümdən getdim. 
G
əncin  başına  gətirilən bu qeyri-insani  işgəncə  hamını 
m
əyus etdi. Aralığa süküt çökdü. Bu qədər ağır əzab verilən bu 
g
əncin nə iş tutduğu ilə maraqlandım: 
–  B
ağışlayın, oğlum, dedim, – axı siz nə iş tutmusunuz 
ki, başınıza bu oyunu gətiriblər, siz kimsiniz və nəçisiniz? 
–  M
ən  ukraynalıyam.  Adım  da  Mikola  Andreyeviç 
Svistundur,  -  dey
ə  gənc sözə  başladı.  Atam-anam  yadıma 
g
əlmir, kim idilər, nəçi idilər, bilmirəm. 5  yaşımda küçələrdə 
qalmış,  olmazın  pis  günlər  görmüşəm.  13  yaşında  ikən bir 
n
əfər müəllim məni Odessaya aparıb evində saxladı, dərs verdi, 
t
ərbiyələndirdi. 3 ildən sonra da işə gəldim. Həm oxuyur, həm 
d
ə  işləyirdim.  Bu zaman həmin müəllim qəflətən öldü. Bu, 
m
əndə böyük bir bədbinlik əmələ gəlirdi. Mən daha Odessada 
dayana bilm
əyib  Kiveyə  gəldim. Burada 2 il müxtəlif zavod-
larda f
əhləlik edə-edə orta məktəbi bitirdim. 
Sonra instituta girdim. Gündüzl
ər oxuyur, gecələr  isə 
d
əmiryol  vağzalında  yük  daşıyırdım.  Yoldaşlarım  bundan 
x
əbər tutub məni  ələ  salmağa  başladılar.  Mən bir az da 
b
ədbinləşdim.  Sizdən nə  gizlədim, elə  əvvəllər də  xırda-para 
şeir  yazırdım.  Ağır  vəziyyətim,  yoldaşların  belə  münasibəti 

168 

 


m
əni bədbin, küskün əhval-ruhiyəli  şeirlər  yazmağa  məcbur 
etdi.  Yataqxanadakı  yoldaşlarımın  birisi  bu  şeirləri  başımın 
altından  götürüb  MQB-yə  verir. Bir neçə  gündən sonra məni 
h
əbs etdilər.  
Professor Savelyev soruşdu:  
–  B
əs məhkəmədə  vəziyyəti izah etmədinizmi?  Axı  siz 
cava
n  uşaqsınız,  hər halda sizə  müəyyən bir güzəşt  olunmalı 
idi. 
Mikola azacıq gülümsündü: 
–  Vallah, nec
ə  deyim,  -  dedi, sizinki bilmirəm, mənim 
m
əhkəməm elə qəribə oldu ki... 
Y
əhudi:  
– Bizim m
əhkəmələr elə qəribə olur, - dedikdə Mikola: 
– Yox, bu m
əhkəmə lap qəribə oldu. Əvvəla, mən 1915-
ci ild
ə  anadan  olmuşam  və  bu  haqda  lazımi  sənədlər də  var. 
Amma m
əhkəmədə 2 nəfəri üzümə durquzdular ki, guya mən 
1919-cu ild
ə ağqvardiyaçılarla birlikdə Ukraynada Sovet hökü-
m
ətinə qarşı vuruşmuşam.   
Hamı təəccüb içində donub qaldı. 
– Bu nec
ə ola bilər? – deyə professor Savelyev soruşdu, – 
axı o zaman sizin 4 yaşınız olmuşdur. 
–  M
əni də  yandıran  elə  olur ki, məhkəmə  bu  ağ  yalanı 
t
əsdiq etdi. Şahiddən daha soruşmadı ki, belə şey olarmı? 
– Siz n
ə danışırsınız, ay canım, – deyə üst taxtların birin-
d
ə  uzanmış  dolğun  əndamlı,  daz  başlı,  enli  dodaqlı,  iri  yastı 
burunlu bir kişi dilləndi, - siz tələbəsiniz və sizin başınıza bu 
oyunu g
ətiriblər. Mən isə  tarix elmləri doktoruyam, profess-
soram. Amma m
əni  avam bir kəndlini mühakimə  edən kimi 
mühakim
ə ediblər.  
M
ən  Ryazandanam,  orada  doğulmuş,  orada  da  yaşamı-
şam. Adım da Spiridon Matveyeviç  İvanovdur. Ryazan Peda-
qoji  İnstitutunda dərs deyirdim. Mühazirələrin birində  mən 
göst
ərdim  ki,  çarları  və  onun sərkərdələrini idealizə  etmək 

169 

 


doğru deyil. Çünki xalqları əsrlər boyu zülm altında saxlayan 
m
əhz onlar olmuşlar. Qeyd etdim ki, Suvorov istər Rusiya da-
xilind
əki, istərsə  də  Fransadakı  inqilabi  hərakatın  yatırılma-
sında  fəal  iştirak  etmişdir.  Onu  bir  igid  sərkərdə  kimi tərif 
ed
ərkən bu barədə  də  danışmaq  lazımdır.  Çünki  tələbə  keç-
mişin  hər bir çar və  ya sərkərdəsini ancaq müsbət  şəxsiyyət 
kimi tanısa, onu az qala inqilabçı hesab edəcək, bu isə dözül-
m
əz haldır. Mənim bütün dediyim budur. Di gəl ki, mənim bəzi 
“yoldaşlarım” buna əlli cür bəzək vurub, əlavə etdikdən sonra 
MQB-y
ə məlumat veriblər. MQB isə siz bilən nə etdi?  
Y
əhudi xırda gözlərini bir az da qıyıb: 
– N
ə edəcək, – dedi, tutub bizə yoldaş elədi. 
İvanov azca gülümsədi:  
–  Düz deyirsiniz, Yakim Avramoviç, –  dedi.  –  Siz
ə 
yoldaş elədi. Amma necə? 
M
əni təkcə  çarlar  haqqındakı  mülahizəmə  görə  həbs 
ets
əydilər, bir o qədər də inciməzdim. Amma istintaq orqanları 
m
əni az yox, azacıq yox, 1905-ci il inqlabını yatıran cəza dəs-
t
ələrindən birisinin rəisi kimi qələmə verdi. Vicdansız tribunal 
da bunu t
əsdiq etdi. 
M
ən lap çaşıb qaldım:  
– Professor, – dedim, – b
əs heç bir şahid-filan olmadı? 
–  Niy
ə olmur? MQB-nin maaş alan xüsusi adamları var. 
H
ər  kimin  ki,  işinə  şahid  lazımdır,  həmin  adamları  öyrədib 
onun üzün
ə durquzdular. 
M
ənim üzümə duran şahidlər öz sənətlərində çox məha-
r
ətli idilər. Bu adamlarda həya  adlı  bir  şey  yox  idi.  Əgər 
yorulmamısınızsa,  mən  tribunalda  onların  necə  çıxış  etdiyini 
siz
ə danışım.  
– 
Meşə  kəsəndə  yorularıq,  –  deyə  yəhudi yenə  atmaca 
atdı, – indi burada nə var ki... 
H
ərə bir tərəfdən dedi: 
– 
Xahiş edirik, ətraflı söhbət edin.  

170 

 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə